17.08.2012

Şəmkirdəki olaylarla bağlı sensasiyalı iddia

Əhaliyə hücum edənlərin vəhhabilər yox, rayona köçürülmüş Şimali İraq kürdlərinin olduğuna dair məlumatlar yayılıb

Azərbaycanda kürd problemi ilə bağlı illərdir müxtəlif məlumatlar dolaşır. Yerli mətbuat bununla bağlı yazır ki, hakimiyyətdə təmsil olunan bəzi yüksək çinli məmurlar öz təhlükəsizliklərini təmin etmək məqsədi ilə Türkiyə, Şimali İraq və İrandan xeyli sayda kürdləri Azərbaycana köçürüblər.
Hətta bir müddət əvvəl «Azadlıq radiosu» Bakıda apardığı araşdırma zamanı məlum olmuşdu ki, Mardindən gətirilmiş xeyli sayda kürd ailələri şəhərin kənarındakı yaşayış məntəqələrinə yerləşdirilib. Hal hazırda da düşüncə belədir ki, aralarında PKK-çıların belə olduğu kürdlərin köçü davam edir və bu köçün məskunlaşdığı yerlər sırasında Gəncəbasar bölgəsi də var.

Qeyd edək ki, bu yaxınlarda Şəmkir rayonunda baş vermiş məlum hadisələrdən sonra kürd məsələsi yenidən aktuallaşıb. Həmin olaylarla əlaqədar ilkin versiya bundan ibarət olub ki, hadisəni törədənlər rayonda yaşayan vəhhabilərdir. Lakin sonradan başqa bir versiya ortaya çıxdı və iddia olundu ki, naməlum bir dəli qadınlara hücum edərək, onlara zərər yetirir. Şəmkir polisi isə apardığı araşdırmalardan sonra ortada «nə fal, nə də yumurta»nın olduğunu bildirdi. Və rayonda insanları vahiməyə salmış həmin şəxslərin kimliyi bununla da qapanmış oldu.
JAM.AZ-a daxil olan bəzi məlumatlara görə, Şəmkir olaylarının arxasında Şimali İraqdan gətirilmiş kürdlərin dayandığı iddia olunur. Həmin iddialara görə, bir neçə il bundan əvvəl rayona Şimali İraqdan 150-yə yaxın kürd ailəsi köçürülüb. Onlar üçün məskənlər salınıb və aylıq əmək haqqıya bağlanıblar. Məlumatı verənlər iddia edirlər ki, zəmin kürd ailələri bir müddət dinc oturduqdan sonra yaxınlıqdakı kəndələrə hücum etməyə başlayıblar. İlk hücumlar isə yerli sakinlərin heyvanlarının yoxa çıxması ilə başlayıb. Ardından isə gəlmələr kəndələrə girərək, qadınlara qarşı zorakılıq etməyə başlayıblar. Daha sonra isə bu proses kişiləri də əhatə edib.
Mənbələrin iddiasına görə, Şəmkir polisi də məsələdən xəbərdardır. Onların sözlərinə görə, hadisənin kimlər tərəfindən törədlidiyini bilən yerli polis həmin şəxsləri həbs etməkdə çətinlik çəkir. Elə bu səbəbdən də baş verənlərin üzərini bağlamaq üçün mümkün imkanlardan istifadə edir. Hətta o da iddia olunur ki, «dəli» məsələsinin ortaya atılması da məqsədli olub və izi itirmək niyyətindən irəli gəlib.

Комментариев нет:

Отправить комментарий