17.08.2012

Suriya ordusu Hələbdə terrorçuların qərargahına girdi


İki günlük ağır döyüşlərdən sonra terrorçular böyük itkilər verərək şimala doğru çəkilirlər

İslamazeri.az İnternet Qəzetinin ANNA-ya istinadən verdiyi xəbərə görə, Suriya Xalq Ordusu artıq Hələb şəhərində terrorçuların qərargahına girə bilib.
Bir aydan çox terrorçuların işğalında qalan ərazidə artıq Suriya bayrağı qaldırılıb.
Bildirilib ki, ən gərgin döyüşlər məhz bu səmtdə avqustun 12-də baş verib. İki günlük ağır döyüşlərdən sonra avqustun 14-dən etibarən terrorçular qərargahı tərk etmək məcburiyyətində qalıblar və böyük itkilər verərək şimala doğru çəkilirlər.
Hələbdən qaça bilməyən dinc sakinləri canlı sipərə çevirən terrorçuların məhv edilməsi  yerli əhali tərəfindən də sevinclə qarşəlanıb. Hələblilər əllərində Suriya bayraqları ilə ordunu salamlayıblar.

Комментариев нет:

Отправить комментарий