20.01.2013

Böyümüşəm...

Gunel TREU

Topladım ürəyimin qırıntılarını
Sapa keçirdim bir-bir
               isti-isti, qanlı-qanlı
                yaraları  sağalmamış....

O buğ qalxan, qanı axan tikələri
Su altına tutdum bir-bir
                arındırdım, suya çəkdim
                       yaxaladım...

Olanları, keçənləri
ürəyimi tapdağ edib keçənləri
     şah qanımı içənləri
Sol əlimə bıçağ alıb,
    elə kəsdim ağrımadan


Təmizlədim yaddaşımı,
Keçdim güzgü qarşısına,
Birdəfəlik silib, atdım
                 göz yaşımı....

Dua etdim canlarına,
   məni əzib, döyənlərin.
Sayənizdə bərkiyibdi çiyinlərim!

Ürəyimə vaxtlı-vaxtsız,
o çəkilən dağlar var ya,
o dağların sayəsində bərkimişəm,
             böyümüşəm
             dağ olmuşam....

Комментариев нет:

Отправить комментарий