Mərdan Əzimov
Hal-hazırda Azərbaycan qatardakı stolun üstündə isti çayla dolu stəkan kimidir. Qatar tərpənir çay dağılır.
Birisi xaricdən video göndərir, birisinin xaricdən meyiti gəlir, biri də ölkədə həbs olunub mandatı əlindən alınır. Çoxları da qorxu içərisində yatır, durur... Fürsətdən istifadə edən “atanşiklər”sə basıb talıyırlar. İnsanlar pulsuzluqdan əziyyət çəkir, “kefli İsgəndər”lərsə 100 ailənin bir aylıq ərzaq tədarükünün pulunu 10-ca dəqiqənin içində şərab butulkasının ağzını açaraq məhv edirlər. Kimisi şərab içib şükür edir, kimisi “soğan supu”... İl dəyişir, gün dəyişir gün-güzəran dəyişmir ki dəyişmir. Köhnə kişilər demişkən elə “köhnə hamam, köhnə tas” olur.
Köhnə kişi demişkən, bir neçə gün bundan qabaq ictimai nəqliyyat vasitəsi olan nömrəli marşrutlarda 2 ağsaqqalın ölkənin bu günkü vəziyyətini müzakirə etmələri diqqətimi çəkdi.
Mədəniyyətsizlik kimi alınsa da ürəyim dözmədi, qulaq asdım. Kişinin biri deyirdi ki; “Ölkə tamam pis vəziyyətdədir, hamı acınnan ölür, pul yoxdur.” O birisi ona cavab olaraq dedi: “Biz acınnan ölürük ona görə elə bilirik ki, hamı acınnan ölür. Millət kef edir, sənin xəbərin yoxdu.” O ağsaqqalların ikisinin də fikiri ilə razılaşdım, amma bildirmədim... Birinci saqqalı da olmasa ağsaqqal adlanan yaşlı pensiyaner kişi tamamilə doğru vurğuladı, amma ikinci ağsaqqallı yaşlı kişi quşu lap gözünnən vurdu. Atalar sözləri adama burda lazım olur. Deyirlər ki; “qoz yeyən elə bilir ki, hamının qozu var, hamı qoz yeyir”. Daha bilmirlər ki, qozun içindən ləpə, qabığından kül qabı, ağacınnansa piano düzəldib xalqa Hüseyn Abdullayevin “Həyat davam edir” semfoniyasını “dınqıldadıb” sədasında qoznan qara kişmiş yeyirlər.

Комментариев нет:
Отправить комментарий