15.02.2013

40 Rəqəmi haqqında araşdırma

haber
Mahir Şəkərov
Bakı İslam universitetinin Lənkəran şöbəsinin məzunu

Tarix boyu insanlar həmişə ədədlərin müqəddəsliyinə, sirlərinə və gizli rəmzlərinə maraq göstərmişdir. Qədim dinlərin fəlsəfəsində ədədlərdə ilahi cizgilər müşahidə olunurdu.Hindistanda 1 ədədi “Brahma” hesab edilir.Qədim Yunanıstanda Pifaqor öz məktəbini ədədlərin xüsusiyyətləri əsasında qurmuşdur. Həm İslam əsərlərinin, həm də yəhudi və qədim yunan yazılarının irfani-məntiqi şərhlərində həriflərin və ədədlərin mənaları böyük əhəmiyyətə malik idilər. Belə ki, İslam elmlərinin sırasında həriflər və ədədlərin əsasında təşəkkül tapan “Cəbr” elmi yaranır. Bu elm bir başa ədədlər və həriflərin sirləri ilə məşğul olaraq naməlum məfhumların kəşfinə yol tapmışdır. Bəzi rəqəmlər var ki,onlar insanların nəzərində müqəddəsləşmiş və həyatlarında özünəməxsus yer tutmuşdur. Elə başlayaq 40 rəqəmindən.


40 rəqəmi haqqında ümumi məlumat

Çoxsaylı xalqlar arasında, xüsusən sami irqindən olan xalqlarda 40 ədədi çox mühüm əhəmiyyətə malikdir.Qədim Misirdə nucum elminin dövrləri illik hesabla ölçülürdü.Tövratda da 40 ədədi məxsusi yer tutur.İbranilər və Misirlilər insan ömrünün dövrlərini 40 ədədi əsasında bölürlər.Babilər,aramilər,yəhudi xalqları və ərəblər 40 rəqəmini müqəddəs sayırlar.Babilərin əqidəsinə görə Əgər Surəyya ulduzu 40 gün gözə görünməsə bu bir fəlakətin baş verməsinin əlamətidir.İslamda olduğu kimi qədim İsraildə də saflaşma və ölü ilə bağlı mərasim 40 ədədi ilə ölçülürdü.İsrail xalqının bəla dövrləri 40 ədədilə hesaba alınırdı.Nuhun tufanı 40 gün davam etmişdi.İsrail övladlarının səhrada dolanmağı 40 il sürmüşdür.40 ədədi qədim İncildə “bir nəsil” mənasını daşıyır və bu da dünyəvi bir meyar sayılır.Pifaqorun sistemində 40 kamil bir ədədin kubu sayılır.

(40*10)

Fars və Türk mifologiyasında qadınlar möcüzəli şəkildə 40 övlad dünyaya gətirirdilər.Rəvayətə əsasən toy və şənliklər 40 gün 40 gecə davam edirdi.Bir çox məntəqələrdə su və hava proqnozlarını 40 gün müddəti üçün təyin edirlər.İnsan hamiləliyi yeddi dəfə 40 günlük dövrədə tamamlanır.Bir işi 40 dəfə təkrar-təkrar etdikdə o artıq adət halını alır.

İslam mədəniyyətində 40 ədəddi

Digər xalqlar kimi ərəblər arasında da rəqəmlər xüsusi yer tutur.Ərəblər arasinda bəzi ədədlər mütləq məna daşıyır, yəni məqsəd ədədin özü deyil, onun çoxluq və mübaliğə mənasi kimi işlədilməsidir, məsələn:7, 70, 700 ədədləri kimi. 40 ədədi də həmin qəbildəndir.Ərəblər qırxayaq adlı həşərata 44-dün anası (Ummu ərbəə və ərbəin) deyirlər, halbuki, bu həşəratin ayaqlarının sayı 44-dən çoxdur.Vəya İran mədəniyyətində olduğu kimi; İranlılar dərin su ambarına qırxpillə deyirlər (baxmayaraq ki,o pillələr 40-dan çoxdur.) İslam mədəniyyətində də həmçinin bəzi ədədlər mütləq məna daşıyır.Qurani kərimdə buyrulur: “Misalı yeddi sünbül cücərdən...” (Bəqərə 261) “Başqa bir ayədə buyurur: “Əgər onlar üçün yetmiş dəfə bağışlanma diləsən də...”( Tövbə 80)  Həmçinin Allah Rəsulu (s) buyurur: İbadət 70 hissədir. Ayə və hədislərdə məqsəd 7 və 70 deyil, əslində burada çoxluq və mübaliğə nəzərdə tutulur.Başqa sözlə desək 7 və 70 ədədi yalnız çoxluq və mübaliğənin göstəricisi olduğu halda 40 ədədi sırf çoxluq və mübaliğənin kamalla tamamlanmasını bəyan edir.Məsələn: Hz Mühəmmədə (s) 40 yaşında peyğəmbərliyin verilməsi kimi.Çünki, bu yaşda insan əql və kamalın zirvəsinə qədəm qoyur,kamilliyin axırıncı mərhəlisini keçərək kamil insan olur.

40 rəqəmi və hədislər

Qeyd olunmalıdır ki, İslami mənbələrdə də 40 rəqəmi ilə bağlı çoxlu hədis və rəvayətlər bizə gəlib çatmışdır. Məsələn: İslam peyğəmbəri (s) buyurur:Kim 40 gün halal ruzi yeyərsə Allah onun qəlbini nurani edər. Vəya başqa bir hədisdə hz Əli (ə)-ma buyurur: “Ya Əli! Şərab içənin 40 gün namazı qəbul olmaz.Əgər bu gün içində ölərsə kafir hökmündə ölmüşdür.”
Maraqlıdır niyə şərab içənin nə az, nə çox, yalnız 40 gün namazı qəbul olunmur? Sualımıza cavab tapmaq üçün yenidən hədisə müraciət edək. Hədis:Həqiqətən Allah insanın yaradılışından belə təqdir etmişdir ki, tərtiblə 40 gün nütfə halında, 40 gün qan laxtası və 40 gün ət parçası halında qalsın.Şərab içən zaman bu nəcis olan şərab insanın ilkin yaradıldığı şeylər miqdarında (yəni 40 gün) qalır.Bütün yeyilən və içilən şeylərin hökmü belədir, 40 gün insanın canında qalırlar.Hədisdən aydın oldu ki, insanın qəbul etdiyi qidalar onun mənəvi cəhətdən kim olmasını təyin edir.Belə ki,əgər qəbul olunan qida halal olarsa onun qəlbini nurani edər və onu mənəvi cəhətdən ucaldar.Əgər belə olmasa onda haram tikə də öz təsirini göstərərək onun ibadətlərini puç edər və duaları qəbul olmaz.Necəki Allah rəsulu (s) buyurur:Kim bir tikə haram yeyərsə 40 gecə namazı və 40 gün namazı qəbul olmaz.
40 rəqəmi ilə bağlı başqa bir hədisə də diqqət edək. Hədis: Hər kim qeybət etsə onun 40 gün ibadəti qəbul olmaz. Sual:Niyə qeybət edənin 40 gün ibadəti qəbul olunmur? Axı qeybət şərab və haram tikə kimi deyil ki, yeyilə və insanın bədənində 40 gün qaldığından duasının qəbulu üçün maniə yaratsın. Cavab:Uca Allah buyurur:Bir-birinizin qeybətini etməyin.Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı? Bu sizdə ikrah hissi oyadar.(qeybət də belədir) Allahdan qorxun! Həqiqətən o tövbələri qəbul edəndir,rəhmlidir. (Hucurat 12)
Söhbətin bu yerində daha bir sual meydana çıxır. Sual: Qeybət müəyyən söz və hərəkətlərdən ibarət olduğu halda niyə Quran onu ölü əti yeməyə bənzədir? Bu suala cavab tapmaqla yuxarıdakı suala da cavab tapmış olarıq.Cavab: Qeybət zahirən müəyyən söz və hərəkətlərdən ibarətdirsə, həqiqətdə isə o ölü əti yemək kimidir.Qurani kərim də məsələnin zahirindən deyil, əsl həqiqətindən söz açır.Deməli qeybət edən ölü əti yeyir lakin günah pərdələri gözünü bağladığı üçün o həqiqəti görə bilmir. Ancaq bəzən bu həqiqət özünü açıq şəkildə göstərmişdir. Necəki İslam peyğəmbərinin (s) dövründə üç qadın Hz peyğəmbərin (s) yanına gələrək iftar etmək üçün xurma istədilər.Peyğəmbər (s) buyurdu:Siz oruc deyilsiniz! Qadınlar: Xeyr ey Allahın Rəsulu (s) biz oruc tutmuşuq. Peyğəmbər (s) buyurdu:Siz oruc deyilsiniz! Qadınlar israr etdikdə peyğəmbər (s)onlara bir qab uzatdı və onlar hərəsi bir tikə ət qusdu.Qadınlar bu işə təəccüb etdikdə peyğəmbər (s) buyurdu:Niyə təəccüb edirsiniz? Məgər Quranın bu ayəsindən xəbərsizsiniz? Hər şeydən pak və münəzzəh olan uca xaliq buyurur: “Bir-birinizin qeybətini etməyin.Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?...”
Ayə və hədisin izahından başa düşüldüyü kimi qeybət edən əslində ölü əti yeyir.Bu da onun bədənində 40 gün qaldığı üçün ibadət və dualarının qəbul olmamasına gətirib çıxarar.
40 rəqəmi ilə bağlı digər tarixi hadisə və hədislərərə  də nəzər salaq:  1.Bir rəvayətə əsasən İslam peyğəmbəri (s) cümə günü sübh vaxtı, digər rəvayətə görə zöhr vaxtı Fil ilində Rəbiul-əvvəl ayının 12-də, besətdən 40 il əvvəl dünyaya gəlmişdir. 2. İslam peyğəmbəri (s) Hz Xədicə ilə evlənəndə, Hz Xədicənin 40 yaşı var idi. 3. Hz peyğəmbər (s) 40 yaşında peyğəmbərliyə çatdı  4. Bir qrup yəhudi Peyğəmbərin (s) yanına gələrək dedilər: Sən iddia edirsən ki göylərdən sənə xəbər gəlir? Əgər dediklərin doğrudursa bizə Zülqərnəyn və Əshabi-kəhf haqqında danış.Peyğəmbər (s) buyurdu:Sabah bunların cavabını verərəm.Peyğəmbər (s) bunu deyərkən “İnşallah” demədi.Bu hadisədən sonra 40 gün peyğəmbərə vəhy gəlmədi. O vaxta qədər ki, bəziləri onun peyğəmbərliyinə şəkk etdilər və onu məzəmmət etdilər.40  gündən sonra Hz Cəbrail (ə)nazil olaraq   Hz   Zülqərnəyn və Əshabi-kəhf haqqında olan ayələri peyğəmbərə gətirdi. Peyğəmbər (s)soruşdu:Niyə 40 gün məni məəttəl və camaatın məzəmmətinə düçar qoydun. Hz Cəbrail (ə):Çünki, siz onlara vədə verdiniz, amma “inşallah” demədiniz.Buna görə vəhy 40 gün gecikdi.Sonra bu ayəni oxudu: Ey mənim peyğəmbərim! İnşallah demədən, heç vaxt bu işi sabah yerinə yetirəcəyəm demə (Kəhf 24) 5. Hz Əli (ə) hicrətin 40-cı ili şəhid oldu. 6. Allah Rəsulu (s) buyurur: “insan öldükdən sonra üç gün sonra ruhu deyər: Allahım mənə izn ver gedim öz cəsədimi görüm.İzn alandan sonra qəbrə tərəf gedib, bədəninə baxar və görər ki, beyinin suyu burnunun iki deşiyindən, ağzından,qulaqlarından çölə axır.Onun halına çox ağlayar, ona bəzi sirli sözlər deyər və gedər. 5 – ci gün yenə izn alıb cəsədin yanına gələr, ona sirli sözlər deyər və təəssüflər edib gedər. 7-ci gün bir də gələr, ondan hal əhval tutar yenə gedər və bir daha geri qayıtmaz. Lakin ruhun bədənlə əlaqəsi 40 gün davam edir, 40 gündən sonra ruhun bədənlə əlaqəsi qiyamət gününədək kəsilir. 7. Hz Adəm (ə)-mın yaranışı da 40 gün davam etdi. 8. Hz Adəm cənnətdən ayrı düşdüyünə və Allah dərgahından xaric olduğuna görə Səfa dağının üstündə 40 gün səcdə halında ağlamışdı.Həmçinin Adəm (ə) oğlu Qabilin ölümünə də 40 gecə ağladı. 9. Hz Əli (ə) buyurur:Allah Hz Davuda vəhy göndərdi:Ey Davud, öz əlin ilə bir sənət sahibi olsan yaxşı bəndə olarsan.Davud (ə) Allahın bu məzəmmətindən və danlağından 40 gün ağladı.  10. Yaqub (ə) Yusifin ayrılığından 40 il ağladı.Yaqubun övladları dedi:Ey ata, 40 ildir ki bizimlə bir kəlmə belə kəsmirsən və bizə dua etmirsən. 11. Bəzi rəvayətlərə görə Hz Yunus (ə) da 40 gün balığın qarnında Allahı təsbeh (subhənəllah) etdi. 12. Nəmrudun xəstəliyi də 40 gün davam etd: Allah zəif bir həşərata əmr etdi ki, onun burnundan daxil olub yuxarı qalxsın.Həşərat onun burnundan daxil olub, yuxarı qalxdı və Nəmrudun beynini yeməyə başladı. Nəhayət Nəmrud taqətdən düşərək, bir dəstəyə əmr etdi ki,onun başına ağır əmudlar vursunlar bəlkə, bu bəladan xilas ola.40 gün bu halətdə qaldı, iman gətirmədi və cəhənnəmə vasil oldu. 13.Firon bir vaxt belə demişdi: “Mən sizin ən uca rəbbinizəm” ( Naziat 24) O bu  sözü dedikdən sonra Allah ona 40 il möhlət verdi ki,o tövbə etsin. 14. 40 ədədi qoyunun, qızıl və gümüşün zəkat meyarıdır.

40 rəqəminin digər sirləri

Heyvanat aləmində 40 rəqəmi:İlan barəsində yazırlar:Qocalanda 40 gün ac qalar, çətinliyə və aclığa dözər, sonra torpağa batar.Çölə çıxanda köhnə dərisi düşmüş və cavanlaşmış halda çıxar.Bəzi mənbələr dəvənin və şirin ömrünü 40 il hesablayırlar.
40 rəqəmi təbiətdə: Fizikada deyilir kamal dərəcisinə çatmaq istəyən hər bir işıq özündən aşağı və yuxarıda olan 40 spektri özündə cəm etməlidir. Qırmızı yalnız özündən 40 spektr aşağı və yuxarını bir yerdə cəm edən zaman qırmızı rəng verir. Dekabrın 22-dən Yanvarın 30-dək qışın böyük çiləsi (40 günü) mövsümü adlanır.
40 rəqəmi Coğrafiyada: “Abadlıqlar və coğrafiya” lüğətlərində dünyanın bir neçə məntəqəsində aşağıdakı adlara rast gəlmək olur.”Qırx su”, “Qırx quzu”,  “Qırx dalan,”   ”Qırx əmir”,  “Qırx pillə”,  “Qırx çeşmə”, “Qırx toxum,”  “Qırx hücrə”,  “Qırx hasar”,  “Qırx qız,”  “Qırx sirr,”  “Qırx daş,”  “Qırx kaman,”  “Qırx gəz,”  “Qırx quş,”  “Qırx minar və s.

40 ədədinin Qurandakı yeri

Quranın 40-cı sürəsi “Mumin” adlanır. Quranın 58-ci sürəsi olan “Mucadilə”də “Allah” adı 40 dəfə çəkilir. “Vəzzuha” surəsi 40 kəlmədən ibarətdir. “Qiyamət” və “Nəbə”sürələri də 40 ayədir. Allah Quranda  40  şeyə and içir.Bunlardan 20-si səma varlıqlarına və 20-si yer varlıqlarına aiddir.
Qeyd:40 rəqəmi haqqında olan məlumatlar bununla bitməsədə, biz bunula kifayətlənirik.

Комментариев нет:

Отправить комментарий