13.02.2013

Azərbaycan musiqisini daha çağdaş görmək istəyirəm

Qadir Cəfəri

Caz musiqisi Azərbaycana yanılmasam Vaqif Mustafazadəylə gəlib. Ama heç zaman bu çeşid musiqi zövqümü oxşamayıb. Mənə heç maraq doğurub, etgiləndirə bilməyib. Dinləməyə həvəsim də olmamış heç. Ama dünən sağ olsun Həmid Cabbarli dostum, Sevda Ələkbərzadənin oxumaqlarını verdi. Heyifsiləndim niyə bura qədər Caz dinləmirmişəm. Bilmirəm bu ləzzət Sevdanın səs gücündən idi, yoxsa musiqi içində yerliliyimizi əks etdirən və özünə bir tür doğmalıq qazandıran elementlərdənmi gəlirdi. Hər nə idisə insafən ləzzətliydi. Əlbəttə deyim ki, qabaqca Sevdadan "Uzun incə bir yoldayım" mahnısını dinləmişdim.
Bununla belə inanmıram Caz musiqisi kütlə arasında yer aça bilsin. Olduqca özəl rühiyyə tələb edən musiqidi. Birdə bilmirəm niyə bizim musiqidə yeniliklər, mahnı sözlərində irəliləmir. Muğamda Alim Qasımov bu qədər cəsarətlə və digər şairlərə muraciətlərlə, eləcə sahib olduğu o qızıl səslə, çağdaş ədəbiyyata muraciəti yoxdu. Sevda Ələkbərzadədə də belədi. Mən şəxsən bu xalq mahnılarını müxtəlif formada oxumaqdan, təkrar sözləri fərqli müğənninin ifasında görməkdən bezmişəm. Ədəbiyyatda deyərlər formayla, içərik səsləşməlidi. Musiqidə əski formaları sındırmaq da, özüylə yeni içərik tələb edir. Bu bəlkə də toplumda buna gərək duyulmadığından Quzeydə istənilmir, Amma bəs sənətçinin öz hünəri zövqü və duyumu hara gedir? Demirəm heç Sərbəst şerlərə müraciət olunsun, Amma Ramiz Rövşəni ki, oxumaq olar.
Pop musiqisinə gəldikdə də durum o qədər fərqlənmir. Baxmayaraq ki Röya Ayxanın musiqsindən ləzzət almaq olur (əlbəttə yalnız musiqisindən). Hər halda olduqca zəngin Muğam, Estrada, simfonik əsərlər... sahib olan Azərbaycan musiqisini daha çağdaş görmək istəyirəm. Bir də Rak və Metalika görünür heç bizə gəlmək istəmir. Bu xalqda heç etiraz ruhu yoxmu kökündən? Coşğu və həyacan istəmirikmi heç? Haluk Levent, Emrə Aydın və digər Türkiyə müğənnilərinə baxanda həsrət çəkirik fəqət. hələ o vəhşi Merlin Mansonu demirəm.

Комментариев нет:

Отправить комментарий