13.02.2013

Suriya müxalifətini İsrailin hazırladığı bir daha təsdiqləndi

Suriya müxalifətinin lideri Qərbdən kömək aldığını boynuna alıb

QafqAzNews “SANA” agentliyinə istinadən xəbər verir ki, Suriya müxalifətinin lideri Muaz əl-Xətib İsrailin “Yedioth Ahronoth” qəzetinə müsahibə verərək deyib: "Suriyanın yeni hökuməti İsrailə düşmən olmayacaq və ona hücum etməyəcək.”
Əl-Xətib əlavə edib ki, "İsrail əmin olmalıdır ki, müxalifət kimyəvi silahlar daxil olmaqla rejimin silah anbarlarına sahib olacaq və bu silahların Hizbullahın əlinə keçməsinin qarşısını alacaq.”
Hizbullahı "şeytanın oğlu"adlandıran müxalifət lideri deyib: "Hər hansı bir hərbi və ya kimyəvi silahın onlara keçməsinə maneə olmaq üçün səylərimizi əsirgəməyəcəyik. Biz başa düşürük ki, bu mövzu İsrail üçün böyük bir narahatlıqdır və beynəlxalq tərəflərlə bizə bu baxımdan kömək etmələri üçün əməkdaşlıq etməyə hazırıq."
Əl-Xətib ABŞ, Fransa və Almaniya kəşfiyyatından Suriya ordusunun hərəkətləri haqqında məlumat aldıqlarını da etiraf edib.

Комментариев нет:

Отправить комментарий