11.02.2013

Ədalət Əsgəroğlu. Könlümcədir bu dağ, gözəl


Olum, ölüm haqq işidir
O da gözəl, bu da gözəl.
Yarın yara can borcu var
Yar bağrımı buda gözəl.

Sığmır səbətə hər çiçək
Tər çiçəyin özü gerçək.
Söz də zamanında göyçək
Aynasında buta gözəl.

Əsgəroğlum, eşqimdi şah.
Şahələnib budaq-budaq.
Qüdrətdən çəkilib bu dağ
Könlümcədir bu dağ, gözəl.

Комментариев нет:

Отправить комментарий