12.02.2013

Demokratiya qurmaq, yoxsa Liviya neftini ələ keçirmək?

Asif Həsənli

“Neft bi­zim­dir, ame­ri­kan­la­rın deyil; öz nef­ti­mizə sa­hib çıx­maq­dan ötrü nef­ti­mizi əli­miz­dən zor­la al­maq is­tə­yən­lərə qar­şı ölüm-di­rim sa­va­şına gir­mi­şik”
                     
Li­viya hö­ku­mə­ti­nin dev­ril­mə­sini və Qəd­dafi re­ji­mi­nin sü­qut et­mə­sini ilk ba­xış­dan bu öl­kədə və­tən­daş mü­ha­ri­bə­sin­də üs­yan­çı­la­rın qə­ləbə çal­ması kimi qiy­mət­lən­dir­mək olar. Amma si­yasi ba­xım­dan üs­yan­çı­la­rın qə­ləbə çal­ma­sını və Li­vi­yada de­mok­ra­tiya qu­rul­ma­sını de­mək olmaz. NATO qüv­və­ləri  üs­yan­çı­lara kö­mək et­mək­lə və öz­lə­rinə ya­xın si­yasi re­jimi qur­maq­la əs­lin­də Li­viya nef­tini ələ ke­çi­rir­di­lər.

Hələ üs­yan­çı­lar 28 mart 2011-ci ildə Qə­tər hö­ku­məti ilə da­nı­şıq­lara baş­la­mış və neft ix­ra­cına dair mü­qa­vilə im­za­la­mış­dı­lar. Qeyd edək ki, Qə­tər ABŞ-ın ərəb öl­kə­lə­rinə qar­şı bü­tün tə­ca­vüz­kar si­ya­sə­tin­də dəh­liz ro­lunu oy­na­mış­dı. İraq mü­ha­ri­bə­sin­də isə ABŞ Qə­tər­də öz ştab-qə­rar­ga­hını ya­rat­mış­dı. Bu ba­xım­dan ay­dın olur ki, Li­viya üs­yan­çı­la­rı­nın bu ölkə ilə mü­qa­vilə im­za­la­ması heç də tə­sa­düf de­yil­di. Yeni ya­ran­mış Mil­li Ke­çid Şu­ra­sı­nın ABŞ-ın diq­təsi ilə ilk mü­qa­vi­lə­nin məhz Qə­tər­lə bağ­la­ması da ar­tıq yeni neft si­ya­sə­ti­nin qu­rul­ma­sın­dan xə­bər ve­rir­di. Qəd­dafi re­jimi isə hə­mişə Qə­tər hö­ku­mə­tini sat­qın­lıq­da və ərəb dün­ya­sına qar­şı xə­ya­nət­də gü­nah­lan­dı­rır, ABŞ-ın İraqa hü­cumu za­manı Qə­təri əda­lət­li möv­qe tut­mağa, dəh­liz ver­mə­məyə ça­ğı­rır­dı.
Hət­ta Müəm­mar Qəd­dafi bunu iki qar­daş­dan bi­ri­nin o bi­rinə qar­şı xə­ya­nəti və sat­qın­lığı ad­lan­dı­ra­raq Qə­tər hö­ku­mə­tinə öz kəs­kin eti­ra­zını belə bil­dir­miş­di:
«İki qar­da­şın bir-biri ilə açıq mü­ha­ribə apar­ma­sına döz­mək olar, amma qar­daş­lar­dan bi­ri­nin öz qar­da­şına xə­ya­nət edə­rək və öz na­mu­sunu sa­ta­raq ümumi duş­mənə bo­yun əy­mə­sinə döz­mək olmaz» (Əl-Cə­ma­hi­riy­yə agent­liyi, 28 mart 2011-ci il).
Bö­yük Bri­ta­niya hər­bi hava qüv­və­ləri 2011-ci il ap­re­lin 7-də Sa­rir neft ya­taq­la­rı­nın əra­zi­lə­rini bom­bard­man et­di­lər, 10 nə­fər­dən çox ölən və ya­ra­la­nan oldu. NATO qo­şun­la­rı­nın hər­bi əmə­liy­yat üzrə baş ko­man­danı Şarl Bu­şer isə bu bom­bard­man­da Bri­ta­niya hərb­çi­lə­rini yox, Qəd­dafi re­ji­mini qı­nadı. Bu­şer Qəd­da­fini təs­lim ol­mağa ça­ğır­dı və nef­tin ona yox, Li­viya xal­qına məx­sus ol­du­ğunu bil­dir­di.
Şarl Bu­şe­rin bu söz­lə­rini ana­li­tik təh­lil etsək, gö­rə­rik ki, NATO-nun adın­dan da­nı­şan Bu­şer bu ifa­dəni iş­lət­mək­lə əs­lin­də özünü və bü­tün NATO qüv­və­lə­rini, o cüm­lə­dən, ABŞ-ı bia­bır edib. Ay­dın­dır ki, neft Qəd­da­fiyə deyil, Li­viya xal­qına məx­sus­dur. Belə ol­duq­da Bö­yük Bri­ta­niya hər­bi hava qüv­və­lə­ri­nin Li­viya xal­qına məx­sus olan neft ya­taq­la­rını han­sı məq­səd­lə bom­bard­man et­di­yini başa düş­mək olmur.
Mə­gər xal­qa məx­sus olan nef­ti məhv et­mək olar? Neft xal­qın təbii sər­və­ti­dir və bu sər­vət nəin­ki Qəd­da­fi­nin, hət­ta heç bir di­gər döv­lət baş­çı­sı­nın şəx­si əm­lakı ola bil­məz. Buna görə də hər han­sı bir xal­qın təbii sər­və­tinə qar­şı mü­ba­rizə apar­maq və hə­min xal­qın neft ya­taq­la­rını bom­bard­man et­mək ən ağır ci­na­yət­dir!
Ap­re­lin 20-21-də NATO qüv­və­ləri Cadu və Avil­ya şə­hər­lə­rin­dəki neft ya­taq­la­rını ələ ke­çir­di­lər. «Arabian Qulf Oyl Kom­pani» neft şir­kəti neft müəs­si­sə­lə­rin­də it­kiyə və zə­də­lərə görə NATO hər­bi qo­şun­la­rını gü­nah­lan­dır­dı.
14 iyul 2011-ci ildə Li­viya hö­ku­mə­ti­nin rəs­misi İb­ra­him Musa belə bir açıq­lama yaydı:
«Biz öz tor­pa­ğı­mız və nef­ti­miz uğ­run­da şə­hid ola­na­dək dö­yü­şə­cə­yik. Neft bi­zim­dir, ame­ri­kan­la­rın deyil. Öz nef­ti­mizə sa­hib çıx­maq­dan ötrü nef­ti­mizi əli­miz­dən zor­la al­maq is­tə­yən­lərə qar­şı ölüm-di­rim sa­va­şına gir­mi­şik. Biz başa dü­şü­rük ki, ABŞ Li­vi­yaya de­mok­ra­tiya qur­maq üçün gəl­mə­yib, o, nef­ti­mizə sa­hib çıx­mağa gəlib».
23 av­qust 2011-ci ildə Li­vi­ya­nın Bir­ləş­miş Ərəb Əmir­lik­lə­rin­dəki sə­firi Arif Əli Ha­yət Li­vi­ya­nın Əz-Za­vi­yə­dəki bu­tun neft sə­naye komp­lek­si­nin məhv edil­di­yini vur­ğu­ladı.
La­kin bir neçə gün­dən son­ra neft şir­kəti belə bir bə­ya­nat yaydı: «Ya­xın bir həf­tə ər­zin­də öl­kədə sut­kada 500-600 min bar­rel neft is­teh­sal edi­lə­cək».
Qeyd edək ki, Li­vi­ya­nın ümumi neft eh­ti­yatı 36 mil­yard bar­rel­dən çox­dur. Nef­tin bir bar­re­li­nin qiy­mə­ti­nin 103,15 ABŞ dol­ları məb­lə­ğin­də ol­du­ğunu nə­zərə alsaq, neft eh­ti­ya­tı­nın 3,8 tril­yon ABŞ dol­la­rına bə­ra­bər  ol­du­ğunu gö­rə­rik.
Qaz eh­ti­yatı isə 1,2 tril­yon kub metr­dir ki, bu da hər min kub met­ri 306 ABŞ dol­ları ol­maq­la, cəmi 370 mil­yard ABŞ dol­ları təş­kil edir.
Ливийский пират и другие фотографии

Комментариев нет:

Отправить комментарий