19.02.2013

Dünya bu brenddən imtina edir: "İçmə, öldürür!"

Lalə Mehralı

Onun hazırlanmasında kokain, böcək, kofein, kansoregen maddələr və bəzi şübhəli kimyəvi maddələrdən istifadə edilir...

"Coca-cola” bütün dünyada "Qlobal kapitalizmin uğur hekayəsi” kimi qələmə verilir. Onu dövrünün ən yaxşı, unikal içkisi kimi də xarekterizə edirlər. Bütün dünyada reklamına milyardlarla dollar xərclənən bu içkinin vacibliyi kütləvi təlqinlərdən istifadə edilərək "buz kimi”, "sərinlik üçün əvəzedilməz”, "həyatın dadı” kimi sloqanlarla insan zehninə yeridilir.


Bəşəriyyəti bu bəlaya düçar edən kim olub?

"Coca-Cola” ilk dəfə 1886-cı ildə əczaçı Con Pemberton tərəfindən kəşf edilib. Hazırlanma düsturunda "kokain” adlı narkotik maddənin də olduğu bir sirop formasında hazırlanan "Coca-Cola” Con Pembertonun ölümündən sonra Asa Kandlerin əlinə keçir. Kandler "Coca-Cola”nın müəlliflik huququnu 2300 dollara satın alır və 1892-ci ildə "The Coca-Cola Company” adlı firma təsis edir.
Bunun səbəbi ilk dəfə istehsalına başlandığı zamanlarda olduğu kimi hələ də "Coca-Cola”nın tərkibinə kokain vurulması ilə əlaqədardır. Bir litr "Coca-Cola”da təxminən 400 kalori ekvivalenti şəkər, 0,15 qram kafein, fərqli miqdarlarda rəngləndirici və kansoregen maddələr, "orijinal dadı təmin edən kola” və fosfor turşusu var.
Mütəxəssislərin fikrincə, "Coca-Cola”nın tərkibində təbii olan heç nə yoxdur, "kolanın özü” deyə təqdim edilən uydurma ad içkinin tərkibindəki narkotik və kansoregen maddələri gizləmək üçün bir vasitədir.
Milyard tonlarla ölçülən qlobal istehlakı ödəyəcək qədər "Coca” bitkisi yoxdur və ola da bilməz. Tərkibin tamamilə süni kimyəvi maddələrdən ibarət olmasını deməyə təkcə bu fakt kifayət edər.

Onun tərkibi sadəcə dəhşətdir!

"Coca-Cola”nın tərkibindəki fosfat turşusu (E338) kəskin bir dada malikdir, digər dadvericilərə nisbətən daha ucuz və asan tapılan bir maddə olduğu üçün bu tip şəkərli içkilərin hazırlanmasında çox istifadə edilir. Ekspertlər bu turşunun insan orqanizminə zərərlərini sümüklərin kövrəkliyinə səbəb olması, osteaxondroz xəstəliyi yaratması kimi xarakterizə edilir.
Fosfat çoxluğu yarananda bədənin kimyəvi balans mexanizmi bu tarazlığa davam gətirmək üçün sümükdəki kalsiumun çölə çıxarılmasına gətirib çıxarar. Nəticədə fosfor-kalsiumun çoxu bədəndən çölə atılır və bədəndə məsaməli və getdikcə zəifləyən bir sümük quruluşu yaranır. Bəzən rast gəldiyimiz sümük qırılması, əyilması, çatlaması məhz bu səbəbdən yaranır.
"Coca-Cola”nın tərkibindəki kofeinə gəlincə isə, bu, insanları bu tip içkilərdən asılı hala salır. Belə ki, tərkibində kofein olan qidalara aludə olan insanda rastlanan narahatlıq, əsəbilik, həyəcan, yuxusuzluq, üz qızarıqlığı, daha çox sidiyə getmə və həzm şikayətləri kimi narahatlıqlar eynilə "Coka-Cola”ya aludə olan insanlarda da rastlanır.
Gündə 1 qram kofein qəbul etmək əzələ səyriməsinə, düşüncə və danışma pozuqluğuna, qulaqlarda küy, işıqlı yerlərdə narahatlıq kimi hallar yaradır. Doza artırıldıqca nəfəs almaq problemi və ani ölüm halları baş verir.

Tərkibindəki boya və dadlandırıcılar kansorogen maddələrdir...

"Coca-Cola”nın tərkibindəki boya maddəsi olan Karamel (E150) normal şərtlərdə şəkərin vam odda 170 C dərəcəyə qədər isidilməsi nəticəsində əldə edilir. Başda "Coka-cola” olmaq şərtilə müxtəlif içki, konfetlər, kekslər və un məmulatlarında boya maddəsi olaraq istifadə edilir. Allergiya həssaslığı olan insanların bu tip tərkibli qida vasitələrindən uzaq olması məsləhət görülsə də, əksəriyyət karamelin bol olduğu "Coca-Cola”nı məmnunluqla içir.
CO2 Qazı (E290, Karbon 4 oksid) sağlamlığa zərərli bir qazdır. Şəkərli və qazlı içkilərlə ifrata varan miqdarlarda qatılması zamanı müxtəlif narahatlıqlara səbəb olur. "Coca-cola”nın tərkibində vurulan bu qaz ani ölümlərə səbəb olur.
Karmin (E120) isə rəngləndiricidir, bu maddə Kanar adalarında və Meksikada yayılan "Cochineal” adlı xüsusi böcəklərin dişilərindən və yumurtalarından əldə edilən xüsusi maye halında olur. Karmin qara çalarlı qırmızı rəngli boya maddəsidir, kosmetik vasitələrdə, şampan şərablarında, meyvə şirələrində, konfetlərdə və digər qidalarda istifadə edilir.
Astma yaratması artıq dünyanın müxtəlif ölkələrindəki (Kanada, Avstriya, Almaniya, İngiltərə, Rusiya) həkimlər tərəfindən sübut edilib. Çox ciddi allergik səbəblər yaradır. Bundan əlavə, islam dini tərkibində bu maddələr olan qidaları haram hesab edir.
"Coca-Cola”nın tərkibindəki süni dadlandırıcılar Aspartam (E951), Asesulfan (E950), Sakarin (E954) digər şəkərli içkilərdə də istifadə edilir. Bir neçə ay qabaq ingilis alimlər bu maddələrin alzeymer xəstəliyi yaratması faktını aşkarladılar. "Coca-Cola”nın tərkibindəki "fenil alalin” adlı amin turşusu isə uşaqların zəka inkişaflarını əngəlləyir, bunu da rus alimlər sübut etdilər.
"Coca-cola” və "Pepsi”nin tərkibindəki pH-nin miqdarı dişləri və sümükləri əritmək üçün kifayətdir. Qeyd edək ki, adlarında və dadlarında fərq olan bu cür içkilərin hazırlanma texnologiyası eynidir. Dad fərqini isə kimyəvi dadlandırıcılarla dəyişirlər.

Diqqət, bədənimizə yad maddə daxil oldu!

Alimlər 1 litr "Coca Cola” içəndən sonra bədəndə baş verən prosesi qısa təsvirini belə verirlər:
•10 dəqiqə ərzində: Qanınıza dərhal 10 çay qaşığı qədər şəkər daxil olur. Bu normal gündəlik dozanın 100 misli qədərdir. Mədə bulanması baş vermir, çünki fosfor turşusu bunun qarşısını almaq üçündür.
•20 dəqiqə ərzində: Qan şəkəriniz həddindən artıq yüksəlir. Bunun nəticəsində mədəaltı vəzdə həddindən artıq dinsilin ifraz olunur və qan şəkərinin çoxu qaraciyərdə yağ olaraq yığılmağa başlayır.
•40 dəqiqə ərzində: Kafeninin hamısı bədənə, damarlara sorulmuş olur. Qan təzyiqi yüksəlir, qaraciyərdən daha çox şəkər qana keçir və qan təzyiqi təkrar yüksəlir.
•45 dəqiqə ərzində: Beyində "dopamin” adlı maddənin istehsalı artır, insan özünü xoşbəxt hiss etməyə başlayır. Bu maddənin yaranmasına səbəb isə kolanın tərkibindəki kokaindir.
•60 dəqiqə ərzində: Ani aclıq hissi meydana gəlir və siz hazır qidalara və ya şirniyyata hücum edirsiniz.
•Bütün bu prosesin sonunda qaraciyərdə və qarında piylənmə yaranır, bütün bədən hüceyrələrinin insulinə müqaviməti yaranır.
•Və nəhayət, siz artıq xəstələnmisiniz! Piylənmə, mədəaltı vəz, astma, allergik xəstəliklər, ürəyin ritminin pozulması, böyrək çatışmazlığı və bu kimi onlarla xəstəlik artıq yaranıb!

Onun "güc”ünü bilirsinizmi?

Bütün bunlar "Coca-cola” istehlak edən insanların daxilində baş verir və insan ciddi xəstələnənə qədər bunları görmür. Orası da doğrudur ki, bizim ölkədə insan orqanizminin bu içkilər sayəsində təhlükəli hala gələcəyini anlayan həkimlər də çox azdır. "Coca-cola”nın zərərlərini gözü ilə görmək istəyənlər üçün də kiçik bir sıralama hazırladıq:
•Tualeti təmizləmək üçün: Bir şüşə kolanı unitazın ərp bağlamış hissəsinə tökün və bir saatdan sonra suyu buraxın. Koladakı sitrik turşusu ərp və ləkələri yox edəcək.
•Pas ləkələrini yox etmək üçün: Siqaretlərin içində olan xüsusi kağızı kol ilə isladıb pas ləkələrini ovun, ləkələr təmizlənəcək.
•Paslanmış qapı petləsinə, avtomobilin paslı hissələrinə kömək edir: Kolaya batırılmış bir tənzifi bir neçə dəqiqə paslı qapı petləsinin, paslı dəmir parçalarının üstündə saxlayın, həm pas yox olacaq, həm də parıltı yaranacaq.
•Paltarınızdakı yağ ləkəsini təmizləyir: Bir şüşə kolanı ləkəli geyimin üstünə boşaldın, yuyucu tozu əlavə edin və həmişə yuduğunuz kimi yuyun. "Coca-cola” yağ ləkələrini təmizləyəcək.

"Coca-cola”nın aldığı canlar

"Coca-Cola”nın tərkibindəki kafeinin miqdarı azdan çoxa doğru yüksəldikcə ölüm halı lübüddür. Belə ki, gündəlik 3-4 litrdən çox "Coka-cola” qəbul edən insanların ölüm faktına tez-tez rast gəlirik.
Yeni Zelandiya sakini 30 yaşlı Nataşa Harrisin ölümünə səbəb də məhz hər gün 10 litrə yaxın "Coca-Cola” qəbul etməsi olub. Meyidin yarılmasından sonra ölümünə səbəb kimi xeyli miqdarda kola təsirini göstərirlər. Onun orqanizmindən bir kiloqramdan artıq şəkər və 970 milliqram kofein tapılıb. Bu orqanizm üçün kofeinin təhlükəsizlik həddindən 2 dəfə və şəkərin təhlükəsizlik həddindən 11 dəfə çoxdur.
İngiltərədə 18 yaşlı Zizali Kross adlı qız da bu "şeytan əməli”nin qurbanı oldu. Çox kola içdiyindən xəstəxanalıq olan qızın hər gün 10 litrdən çox kola içdiyi məlum olub. Həkimlər dəfələrlə ona orqanizminin bu qədər şəkər və kafeinə dözməyəcəyini söyləsə də o əhəmiyyət verməyib və ifrat kola qəbul etdiyi günlərin birində öldü.
Avstraliyada yaşayan Vilyam Kennevelin bütün dişlərini itirməsinə səbəb də məhz "Coca-cola” olub. 25 yaşlı gənc fasiləsiz qəbul etdiyi bu içkinin zərərləri barədə dəfələrlə həkimlər tərəfindən xəbərdar edilsə də etinasız yanaşıb. O gündə 6-8 litr kola qəbul edir. O indi protez dişlərlə yaşayır.
Türkiyədə ötən il 33 yaşlı qadın ifrat kola istehlakından sonra mədə xərçəngi xəstəliyinə tutuldu, xəstəlik dönəmində belə içkinin yaratdığı asılılıqdan qurtula bilməyən Yeşim Süsenci gün ərzində minimum 5-6 litr kola içirdi. Həkimlərin və tibbi gücü onu yalnız 4-5 ay çox yaşada bildi.

Dünya ondan yavaş-yavaş imtina edir...

Əvvəlcə bu addımı Hindistan atdı, daha sonra İngiltərə və Ukraynada, habelə Rusiyada orta məktəblərdə bu içkinin satılmasına izin verilmədi. Daha sonra Belçika, Hollandiya, Fransa, İspaniya da eyni addımı atdı. Belçikada hakim orqan bu addımı 42 uşağın koladan zəhərlənməsinə, Hollandiya və Fransa isə Belçikada olan hadisəyə görə qadağan etdi.
Bir çox müsəlman ölkəsində də istehlak edilməyən bu içkilər daha çox Amerikada tələb edilir. Dünyada ən çox kola istehlak edən ölkələr isə Amerika və İslandiyadır. Azərbaycanda kola istehlakı demək olar ki, faciəvi səviyyədədir. Belə ki, qeyri-rəsmi məlumatlara, eləcə də vətəndaş cəmiyyətlərinin müşahidələrinə görə adambaşına düşən "Cola” istehlakına görə Azərbaycan keçmiş SSRİ məkanında 1-ci yeri tutur.
Bütün hallarda "Coca-Cola” və bu qəbildən olan bütün şəkərli içkilərdən uzaq olmaq üçün qlobal təxribatlara uymamaq, sağlamlığımız və gələcəyimizlə oynayan yalan və bayağı reklamlara əhəmiyyət verməməliyik.
Bəzi ölkələrdə rəsmi qurumlar tərəfindən bu içkinin tərkibindəki maddələrin araşdırılması barədə göstərişlər verilsə də, hər dəfə hansısa gizli qüvvələr buna mane olub. Bütün hallarda "Coca-Cola”nın sirli tərkibini öyrənmək cəhdləri boşa çıxıb; ya alim-ekspertlər müəmmalı şəkildə dünyasını dəyişib, ya da araşdıramaya göstəriş verən səlahiyyətlilər təzyiqlərə dözməyib işi təxirə salıb.

bakuinfo.az

Комментариев нет:

Отправить комментарий