13.02.2013

Hazif Hazıyev: "Azərbaycan xalqına yaxşılıq yoxdur"

 "Azərbaycan xalqına yaxşılıq yoxdur. Onu təhqir edən, aşağılayan birisini cəzalandırmaq istəyirik, amma buna imkan vermirlər".

"Ümumiyyətlə, dövlətin siyasətinə qarşı çıxanları çırpıb-döyəcəyik. Qoy ağılları başlarına gəlsin".


“Onun qulağını kəsməyə hazır olan çoxlu sayda gənc var. Izləyirlər. Tapan kimi qulağını kəsib mənə gətirəcəklər və 10 min manatlarını alacaqlar".


“Qulaq kəsmək insan öldürmək deyil. Adi bir cəzadır. Qulaqdı da kəsilib atılacaq. Bir qulaqla kimdi Əkrəmi tanıyan”.



Bunu Teleqraf.com-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib. Onun sözlərinə görə, qərarı verəndə onun top-tüfənglə qarşılanacağına əmin idi: “Bilirdim ki, bunu qəbul etməyənlər olacaq. Azərbaycan xalqına yaxşılıq yoxdur. Onu təhqir edən, aşağılayan birisini cəzalandırmaq istəyirik, amma buna imkan vermirlər. Burada yerlibazlıq edirlər. Sərdar Cəlaloğlu deyir ki, Hafiz Hacıyevi məsuliyyətə cəlb etmək lazımdır. Əsas günahkar qalıb bir tərəfdə mənim üzərimə düşürlər. Belə şey olar?”
H.Hacıyev onun qərarını qınayan Musa Qulievi də ittiham elədi: “Musa Quliyevin ağlı Əkrəm Əylisli səviyyəsindədir. Onun mənim səviyyəmə çatmağına hələ çox var. Utanmadan mənim kimi siyasi xadim barəsində ağzına gələni danışır. Mənim ayağımın bildiyini, onların başı bilmir. Ümumiyyətlə, dövlətin siyasətinə qarşı çıxanları çırpıb-döyəcəyik. Qoy ağılları başlarına gəlsin. Görsünlər ki, qarşılarındakı necə cəsarətli siyasətçidir”.
H.Hacıyev İdarə Heyətinin bu gün keçirilən iclasında Əkrəm Əylislilə bağlı qərarın icra mexanizmlərinin müzakirə olunacağını bildirdi: “Müxtəlif təkliflər var. Birisi deyir ki, qərar gecikib, birisi deyir ki, qərarı təxirə salmaq lazımdır. Başqa bir təklifə görə, Əkrəm üzr istəməli və ya ölkədən çıxmalıdır. Yekun qərar müzakirələrdən sonra bilinəcək”.
Partiya sədri bildirdi ki, hazırda Əkrəm Əylislinin izlənmə prosesi gedir: “Onun qulağını kəsməyə hazır olan çoxlu sayda gənc var. Izləyirlər. Tapan kimi qulağını kəsib mənə gətirəcəklər və 10 min manatlarını alacaqlar. Bizə mükafatı ödəmək üçün pul yardımları da edirlər. Vətənpərvər azərbaycanlılar kifayət qədərdir”.

Комментариев нет:

Отправить комментарий