15.02.2013

Əlixan Qaya. Fikrimdə düzülən naxışlar

Qaranlıq gecədən sükut içində
İç dünyam hər zaman xəyal köçündə
Bir mesajdan ürək yenə döyündü
Qaçdı bu Tehrandan Təbrizə kimi
Uçdu yer üzündən ulduza kimi
Bir qucaq əmniyyət məni qoruyur
Terrorist gözlərin baxışlarından
Qanım damarımda donub quruyur
Fikrimdə düzülən naxışlarımdan
Naxışlar akvarium balığı kimi
Çıxmamış şüşədən nə də ki sudan
Fikirlər narkotik maddəsi kimi
Beynimin qanını sorub qurudan.

Комментариев нет:

Отправить комментарий