13.02.2013

Nicat Cəfər. Unutma Qarabağ səsləyir bizi!


Face və agentdə öldürmə vaxtı,
Vətən torpağının bu curdu baxtı ,
Erməni Şuşada qurursa taxtı
Unutma Qarabağ səsləyir bizi!

Şəhidlər ölməzdi, vətən bölünməz,
Bu millət igiddir sınmaz, əyilməz,
O qanlı tarixdi heç vaxt silinməz,
Unutma Qarabağ səsləyir bizi!

Vallah boğub məni bu cür istirab,
Ordakı əsirlər çəkirlər əzab,
Qarabağ haqqında yazardım kitab,
Unutma Qarabağ səsləyir bizi!


Can kasıb vətənçün canından keçər,
Varlı sağlığına vətənin içər,
Qeyrət nədi bilən vətəndə bilər,
Unutma Qarabağ səsləyir bizi!

***
Səni, ey gül, özümə, sevgili canan bildim,
Üzər axır məni bu nisgilü hicran, bildim

Yoxdu bir kimsə tuta hali-dilimdən xəbəri,
Qəlbimə tək səni qəmxar və dərman bildim.

Eylədin könlümü viran sən, ey leylivəşim,
Bağlanıb zülfünə gülzarı biyaban bildim.

Sənlə olmaq mənə əlbəttə səadətdi, gülüm,
Bülbülün yoxsa əgər na`ləsi nöqsan bildim.

Ey Nicat, yarın əlində bu qədər etmə giley,
İbrət al, canımı mən yarıma qurban bildim.

Комментариев нет:

Отправить комментарий