15.02.2013

Payız yuxularımda bir qadının çılpaq yarpaq tökümü

Kiyan Xiyav

*
yarın
baharın ən vurğun günü...

Şəhər meydanında bir salxım söyüd
özünü tapşırmış
ağ yağacaq kimi yağışa boylu
dolğun buluda...

Günəş qonaq kimi düşür
salxım söyüdün mor damarlarına...

Bugün duz günü
yerini aragünüylə dəyişməkdə...


*
din
dan
dan
bütün saniyələr
başımda və ürəyimdə yol döyürlər!...

Yol
yol
yol
mən ölmə-diril əskimiş bir araba
və ürəyim sükkanında
günəş ayası!...

*
indi bildim
dağların erkəkliyinə sovrulan nəymiş!
Kəsili hörüklər varmış
çəkili dırnaqlar!
Bahar qandan su içirmiş bizim yerlərdə!

*
yuvalanmaz yellər;
ayaqlarım gəldi...

Dönüşü olmayan yollar;
əllərim uzandı...

Haçalanmış dağlar;
Ürəyim sındı....

Dolğun buludlar;
qanadlarım lələk-lələk töküldü...

Məni özünə çağıran şəhər
özünü harda saldırmışdı,bilmədim.
Mənə kölgə verəcək iydə ağacı
harda kökündən...

Sevəgi
acı qoxuyurdu
qurumuş axarında.
Yenilmiş qürurumsa
tarixin ən uca
ən yarası baca-baca
ən uçuq bir qalasıydı təbərizin...

Bundan daha dözülməz nə var?
Toğrol quşu
ölüm öpüşündən yanmış lələkləri ylə
bir leş quşu ayağının altında!...

Öncə uçdum gəldim
sonra gəldim uçuldum...

Toğrolları
qurudub qoydular atlaz evlərə
bir qanadını daşdan
bir qanadını duvardan tökdülər
duvarlarınsa heeeeeç qanadları olmaz
uçanda,
ulduz səssiz ölür kimi
içlərindən uçarlar...

*
ardalanlar
savalanın od dənizindən sıçramış
əllərində sevginin ət torpağından bir sənək
səp sərin sulara varırlar...

*
bu gecə,
ölüm qızının,
adından dan sökülə cək.
Aaaa...
Din-dan-dan...
Saniyələr
qulağımda adını dingildədir...

*
qurd dağın qoşuqçusudur
serçə bağın
mən sənin...

Unutma!...
Bir əlim başmağındır,gey!
Bir əlim çantandır çiynindən asla!
Götür özünü qucumda sevdiyin harayasa!
"Yasa?"
Burax!
Yalnız uçcə nöqtə qoy üstünə!
"Yaşa!"

*
içimdə
çağlayan gür xəzərin toy- cünbüşü;
bulud məleyəkələrinin şabaşıdır yağış
və qıyıdan qıyıya ışaran günəş ışartısı!
Könlümün eşi- oxşarı bulunmaz prənsesidir
bir baldırı çılpaq dəniz pərisi...

*
illər oldu
cığıra sırnaq basmadı
qobustan qoxulu hürkək marallar
sənmi kəpənəkliyinlə gəlirsən
kiprikəlrimin ucundan yol al gəl!
Gəl
xalları sonsuz gözəlliklər simgəsi
əlləri yağmalamayan dərdinlə!

*
gecənin ucsuz-bucaqsız yalnızlığında
payız qoxulu bir qatran dənizi
qatran dənizində qağayı quşu...
Nisgil körpüsü uzanır tanrının əli
barmaqlarının ucunda
gələn sam yelində gedən yarpaqlarıyla...

Barmaqlarımı payıza sürtürəm
bir ağacın boyuna
yazlıq serçə civiltiləri düşür...

Və dənizdən gilavar gəmi keçər
gilavar tanrı səsi, səs tanrısı
keçər dalqaların yeddi qatından
nisgil körpüsü...

Barmaqlarımı qatrana sürtürəm
bir kağız boylu qalır bir qoşuğa...

Quşa bax, qoşuğa bax
yerlə göyün öpüşdüyü yerdə qocalır.

Saça bax, dənizə bax
bütün ormanları qıdalandırır.

Mil- mil qanadlarına bax qağayının
o mənim xırqamdır tirlı- tikanlı.

Çaxnaşıq ləpələrə bax
ulduza dönürlər tanrı qoynunda...

*
indi nə söylərsəm dustaq
medosa saçlarının
ilan qıvrımlarında...

Acun sevgi quyusu
dibində mən
başında kin dəvəsinin ağırlığı...

Buludları yağmalanmış
yağmur daşı talanmış bir ölkədə
indi nə söylərsəm yanğın
və yanğının dörd çevrəsini boşaltmış
dibini çoxdan saldırmış vestal qızları...

Buğda tarlaları yanmış
iki yanı güdükçülü bir sınırda
indi nə söylərsəm qaranlıq,nisgil
bir qurul titandır ancaq gəlir quşlar
bir ad altında:
qatar!

Qatar bu gün savalana qonaq gəlmiş
sıra dağları üstüstə qalamış
yol irəli
varacaq yeri yüksəliş...

Zeusun boğarsıqları dişində
ıldırımları özünü yemədə
və mən daha nə söylərsəm
ən böyük mutluluq
ən böyük sevinc!...

*
iki pilot;
məzlumlqq və məhkumluq anlatısı
gözəlrimdə
düşündürücü qoşuqlar sırası.

İki pilot;
iki damcı yaşdır düşər
aldırmaz qısır torpaq
aldırmaz qısır torpağın bic dölləri.

İki pilot;
iki sonsuz düzün səssiz türküsü...

Gecə gözü
göy uzünə baxıram
sarı saatlar dənizində
sonsuz yalnızlığın qaranlıq çağı.

Qulaqlarımda din-dan-dan
ikiyə irmi beş dəyqə dınqıldayır
saysız payız saatları...

*
hardasa bir ağ hörütün içində
dibi varılmaz qaranlıq
iç-içə dalanlar...

Və hardasa bir canlı dikey kubism art
önüncə-ardınca
kölgəsinə daldalananlar...

Mənsə...

Gül dalını
solmasın deyə yırqalar bülbül
durqunluğu dalqalandırmaq istəyər göl ördəyi
və muradına ərdirən düşgününü
yaşam bulağı başında xızırxan...

Hey,xızır xan!
Var get işinin ardınca
ölülər su içməzlər...

*
arxayınlıq bəbənək gülü
gözəl-gözəl qoxuyur qollarımda.
Qanadları bənövşə xallı bir kəpənək olsaydın!...

Qucağımda
bir yaylaq səni özləyir
varsansa yelgələrini sər sərgiyə.

Varmısan?!...

*
sarıl çiyinlərimin ululuğuna
sar aslan fıqorlu şüş qayalığımı
sıcaq-sıcaq qon pətəkliyimə
qızmış günəşə salam ver başımın kasasında
sonra gəvənliyimin yanqınında küllüyü düşün
təki kül suyuq olmasın dilə
günümüzdə döyünməz ürəkələr kimi...

*
yorqun uçuşlarını sər
anıların gecəlik sonsuzluğuna
qoru artıq sağ böyründə
heç də gözləyişlər səni sarmasın
sadəcə bir qəlyan altına tələs
bir istikan seyrək rəngli çay
və bir qələm qızılı nobat
yaşam bunlardan oluşur,sevdicək!

*
tüfəyim aynalı deyil
aynaları tüfəksiz sevirəm çoxdandır
inanmasan
axırıncı aşırımın yamacında
sarı güllər astanasında
ölmüşümə sor bunu
yaylaqların yenilmiş qaçağı
ölmüşümə...

*
qoşuqlar ölməsin deyə səni
sən ölməyəsən deyə qoşuqları
sevirəm.
Qoşuqlarsa
janvaljanı altına alan kalisqədir bu gecə
kozet eşqinə...

*
çiçək leçəyi titrək
çırpıntı,çalxanışdayam
ürəyində
sam yellərinin ağzında
mövsümsüz;
mən o bəlirsiz bir nəsə...

*
məndən sənə uzanan bir dizə var bu an
şehli havasıyla...

Bütün suçların boynuma
gəl alım qoynuma deyir
səndən turşaşirin axan zinə bulaqları...

*
qoşuq qumarbazıyam mən
var qoyur varlıq qoyuram
masamın üstündə.

Batırdığım özümün
qazandığım sənin...

*
gözlə
çağıracağam
mən səs tanrısıyam
səsim bütün dib otaqlarda göyərmiş bir acı çayır olsa da
səni kiçik adınla çağıracağam.

Bunca çıxmaz uramların hörütündə
ən acı bir mahnı olduğuma baxma!
Yalnızlığın tutarlı bir səsi var
və o səsin hardasa bir tanrısı
mütləq çağıracaq səni.

İzlə məni
özlə
gözlə
yalnız sağın bu gözləyişi gizlə!...

*
məndən şeir istəməyin.Şeir külə dönmüşümdür.Əl vursanız,altından atəş qopar.

*
təbrizin uramlarında
qızıl güllər kölgəsində uyuyar acun
mənimsə dib otağımda
tanrıyla şeytan dartışar gecələr!...

*
24 saat yuxuyla oyaqlıq arasında
çəkdiyin çilə gecəsindən başlandın
qışla bir gündə yağdın yağıntılarını.

Sən
qar dənizində yanan
cocuqsu duyğularınla şıltaq bir qızdın
evindən çıxıb düşmüşdün
önsüz-sonsuz düzlərə.

Sənin xanımlığının ilk günüydü
qışın ilk günü.

Və indi kimdir qımız qanını içən
çəkdiyin başqa bir çilə gecəsində?!...

Ah e...Y özgürlüyün şıltaq ərköyün qızı
E...Y qucağı sevgisizliyin uşaq anası!
Kim kiçicik bir yaşamdan
böyük ölümlərə sürükləyir səni?
Və kim ən içindən sevir
uşaqkən saçlarının qış dənizini?

Bütün suçların boynuma
gəl alım qoynuma səni
gəl qucağını doldurum
düşlədiyin bir dəvə oyuncağı kimi!...

*
məsaj detayllarında
saat
başa düşən yuxuları zil çalır
yuxularsa
gözlərin çuxurundan baş qaldırmış
uzaq şəhərlər yolunda pərən-pərən...

otaq yatağımdan yoxsun
yataq gövdəmdən
gövdə məndən.
Uçub-uçub-uçub gedir
tinim tanınmaz yerlərin
aylı-sanaylı ışıq qaşlarına...

*
bir damlacıq limon
bir kəhriz xurma arağı önündə
bir dəniz ətəş doğurur qolayca
və mən bir ətəş dalğıcı
yosunlar mansırasında...

*
sənlə mənim ayrıq bir duyumuz var:
sən büsbütün qoxuları sevirsən
mən yalnız sənin qoxunu!
Sorun da budur demirəm
düşünsənə!...

*
qış,qarıyla dəm alır
mənimsə ürək evim
haçansa çalınacaq qapı zilini
gələcək bir qonağı yuxu görür.

Sevdiyim,gözlə diyim başqa bir şəhərdədir
şəpə ayrılıq çiləyir yollara
kipriklərimdə donur qonaq gəlişi
və məni o sevə bilməz bir qadın
hardasa yol qırağı bir kafişapın nisgilində gecələyir.
Uzaqdan onun adını dadıram
dadını yaz adlayıram
yazıram
barmaqlarımda bütün göylərin qanı buz donur
bütün zamanlar bir araya gəlirlər
yaz çıxmaz günəşin qaranlıq töküntüsüylə
qış qarıyla dəm alır ürəyimdə/

Gözlərimin ürəyi
Ürəyimin gözü aydın deyil.
Uzaqdadır
buralarda mənə gəlmir
sözcüklərim
yatağımda sülələyən gecədir.

*
sənə bir qoşuq qoşunca
varlığından oluşduğum motivlərim dağılır.
Ölüm diləklərin ən qolayıdır
səni yaradınca.
Bunca tanrın olmasaydım ölməzdim
oysa tanrı üçün
ölmək də heç duruma uyğun deyil.
İnanırmısan mənə?!

*
əllərin
şəhərin ucqar yerində
bir özləm bağçasıdır
sığınmağa gedirəm
sığınıram.
Bağça özü deyil
özəlm özü deyil
şəhər özü deyil
insanlar özü deyil
əllərin
və tanrılar.

Tanrılar zor edirlər
tanrılar zor gəlirlər
oturmuş durmuş baxırlar manqurt inamlara
manqurt varlığa.

Özümü itirirəm
inamımı itirirəm
varlığım yoxluq kimi
absurd anlar,anılar içindəyəm.

Əllərinin adresini yolla gəlsin
sığınmasam dözə bilməm yaşamı
şəhərdən uzaq bir özləm bağçasına...

*
mən də sənin kimi sussam
bütün sözlər incinəcək
dizələr,dizilər darıxma tutacaq
sözcüklər sığınacaqsız qalacaq.

Mən də sənin kimi sussam
səsdən,soraqdan boşalacaq gözələr
və qopacaq bir qiyamət,
damar salacaq sevdalar kökünə.

Sus,susalım
böyləsi yaşam absurd
və qiyamət gərkli!...

*
nə olacaq
qıp qızıl qımızdan başqa?
Nə olacaq
dop-dolu bir səni düşləməkədən başqa?
Nə olacaq
up-uzun bir yaşamın
çox çox yaxınlaşan son anından başqa?

Bizimkisi böylə gəlmiş
böylə getməməliydi ancaq sevimlim!
Bu filmimizin sonuna yazılacaq the end in anşəsidir.

Daha nə olsun dilrədin?
Daha ayrılıqdan başqa nə ola bilər sonunda?

*
duvarı pəncərəsiz
pəncərəsi pərdəsiz bir otaqdayam
köksümü tağ ha tağ açıram sənə
və ikindi küləyiylə
özqıyıma çırpınıram sənsiz...

Комментариев нет:

Отправить комментарий