14.02.2013

Qaçın, bu şəhərdən qaçın...

El Nur

Neçə il qalıb yuxudan
oyanmağımıza?
Neçə il qalıb xoş bir sabaha?
Neçə il qalıb sürünməkdən doyub
yaşamağa başlamağa?
Neçə il qalıb Lazım’ın gəlməyinə?
Neçə il qalıb düz söz eşitməyə?
Neçə il qalıb içdən «vətən»
bağırmağa?
Neçə il qalıb adam yox, insan
olmağa?
Neçə il qalıb bu qədər
parklar açıb
doymağa?
Neçə il qalıb Bakıya utanmadan
baxmağa?

Neçə il qalıb «sarı gəlin»i tapmağa?
Neçə il qalıb o ilə?
İllər Bakını unudub,
İllər Bakıdan yorulub..
Bakının sərəncamı saxtadı,
Bakının adı, statusu saxtadı..
Bakı sağlamlığa ziyandı...
Heçnə düzəlməyəcək
İllər bir bəhanədi...
Qaçın, bu şəhərdən qaçın...

Комментариев нет:

Отправить комментарий