13.02.2013

Sevgililər günü notları

Qadir Cəfəri

Yazıq rənglər və boyaların bilmirəm suçu nə idi ki, simvol axtaran insan onları öz uğrunda xərclədi. Məsələn, tutaq bu İranda son zamanlarda tanış olduğumuz Yaşıl rənginin bədbəxtliyini. Çözəlliyinə də baxıb ləzzət alanmırım day. İndi portağal da yemək istəyəndə Ukrayna gözümün qabağında canlanır. Devrimçi rənglər. Elə boyalarnan yaranan devrim də rəngbərəng olar. Səhər də istədiyi rəngə düşər. Bu burda qalsın.
İndi gələk bir ayrı rəng üstünə. Əziz Qırmızıya baxanda bu yazıqa o qədər ağır yüklər yüklənib ki lap şaşırıb qalırsan. Hardasa susyalizmi, qan və qətli cinayəti, çağdaşlıq və modernizmə doğru hərəkəti, lap bu hərəkətdə olmanın özünü də daşımalıdı.
Çıxın məndən simgələr, buyurun eşiyə lütfən. Axı bu qədər İzm içində adam öz izini də itirər valla. Bunu qısa sözü niyə yazdım sizcə? İndi deyim. Nəzərdə alaraq kı sevgilim zadım yoxdu, dostların biri dedi büyün Sevgililər günüdü. Deyəsən onu qutlayırmışlar və o da məni qutladı. Bu məndə gözləmədiyim bir kədər oyatdı. Kiş kiş, qaç get qapızda oya qəm. Mən evdə Siqaret çəkə bilmətəm. Yeriniz boş xəyalımda alışdırdım birini (Özüdə Winiston light-Ama Azərbaycan malı yox ha) və hələ də tüstüsü gözümə dolur. Axı Ramiz Rövşənin dili ilə desək bizim " Nə çiçək verməyə bir kimsəmiz var-nə bir kimsəmiz var çiçək ummağa". Hər halda burdakı çiçək qırmızı bir çiçək olur həmişə. Yadıma düşdü bu yazıq qırmızının bir anlamı da sevgiymiş. Və necədə yozlaşdırmışıq bu anlamı. Hansısa cinayət işlənib bu boyalar haqqında. özəlliklə büyünlə uyğun olan qırmızı rəngə.
Bu qədər deyindim(10 sətir), Avropalıların Sevgi günü bizə nə dəxli var? Ay bizim Sonayımız var, nə bilim özümüzə ayid günümüz var, deməyin. Çün umuram bütün günləriniz sevgi ilə dolu olsun. Hər halda qəlbimin bir bucağında bəlkə yaşayan bir zaman sevgilim olan bir qız varsa ona da mən təbrik deyirəm. Sonra bunu oxuyan hər bir kəsə.

Комментариев нет:

Отправить комментарий