13.02.2013

Silbo Gomero – İspaniya adalarının fit dili

İspaniyanın La Gomera adasında istifadəsi daralan qədim fit dili – Silbo Gomero - yenidən canlanmaqdadır.
İki sait və 4 samitdən ibarət fit dili dərin vadilər və sıldırımlı qayalara malik landşaftda mükəmməl ünsiyyət vasitəsidir. 3.2 km məsafəni qət etməyə qadir olan fit bu cəhətdən adi nitq imkanlarını üstələyir.
Dilin yaranması barədə dəqiq məlumat mövcud deyil. Lakin məlumdur ki, 15-ci əsrdə avropalıların adada məskunlaşmağa başladığı vaxtı Şimali Afika mənşəli yerli sakinlər La Gomera fit dilindən istifadə ediblər.
1990-cı illərdə Silbo Gomeronun məktəb tədris proqramına daxil edilməsilə qədim dilə maraq yenidən oyanmağa başlayıb.

bbc.co.uk

Комментариев нет:

Отправить комментарий