13.02.2013

Əsrin sevgisi Türkiyədə yaşandı

“Yeddi ildir ki, küçəyə çıxa bilmirdim. Həyatdan küsmüş, həyatolan bütün bağlarım qopmuşdu. Ansaq Hüseyn məni yenidən həyata bağladı. Heç vaxt həyatdan küsməyin və mübarizə aparın”

Türkiyənin Elazığ vilayətində maraqlı və tükürpədici bir hadisə baş verib. 27 yaşında türk vətəndaşı oDilək Sürgünün qəza nəticəsində üzü tamamilə məhv olub. Həkimlər üz nəqli edəcəklərini dəfələrlə desələr də , 6 il o həyatdan küskün şəkildə yaşayıb. İnsanların arasına çıxa bilməyib..Gün üzünə həsrət, nə az nə çox düz altı il öz dünyasına qapılıb.
“Yaxa.org” Türkiyə mətbuatına istinadən  xəbər verir ki, həmin o talehsiz qızın bu yaxınlarda  toyu olub.
Sevgi onu yenidən bu həyata geri qaytarıb. Bu barədə danışan 33 yaşlı Diləyin sözlərinə görə, bütün bu çətinliklərin öhdəsindən nişanlısının sayəsində gəlib. “Sevgim üçün yaşayacağam. Məni həyata bağlayan insan üçün yaşayacağam. Mənim vəziyyətimdə olan yüzlərlə insana üzümü tutub demək istəyirəm ki, heç vaxt həyatda ümidlərini itirməsinlər, əllərini üzməsinlər. Sevgi çox şeyə qadirdir və mən bunu öz sevdiyim insanı tapdıqdan sonra başa düşdüm. Sevgi və qarşılıqlı hömət hər şeyə qadirdir”.

yaxa.org

Комментариев нет:

Отправить комментарий