12.02.2013

Ya Qarabağ, ya ölüm...

Günel Eyvazlı

Təqvimdə qara rənglə işarələnmiş tarixlərə baxmaq şəxsən mənim üçün çox ürək ağradan mənzərədir. Qarşıdan Xocalı hadisələri gəlir. Yenə  göz yaşı, inildəmək, ağlamaq. Yazıqlıq töküləcək nəzərlərimizdən. Nə vaxta qədər ?
Yazılarım həmişə sosial yönümlü olub. Ənənəmə sadiq qalaraq gördüklərimi, müşahidələrimi sizinlə bölüşmək istəyirəm.
Demək olar ki, hər il Heradotun “Tarix” kitabını oxuyuram. Orada yalnız tarix yazılmayıb, müşahidələr, insan həyatları da təsvir edilib.

Bir hekayə mənə o qədər təsir edib ki, bunu ikinci dəfə xatırladacağımı mənə qüsur tutmayın. İlk hekayəmdə də qeyd etmişdim. Qıssaca nəql edirəm.
Günlərin bir günü adını unutduğum hökmdar bir ərazini zəbt edir. Birinci qərarı kişiləri qılıncdan keçirmək olur. Fərman vermək istərkən, vəziri onun qarşısını alır və deyir:
“Hökmdarım, əgər sən bu qərarı versən, xalqın yaddaşında zülmkar kimi qalacaqsan, amma, desən ki, daha silahlar atılsın, əllərə lira (musiqi aləti) verilsin, hamı incəsənətlə məşğul olsun, əgər bir neçə ildən sonra bura qayıdıb, kişi tapsan, qılıncdan keçirərsən”.
Anladınız məni?
Anlamayanlara izah edirəm: Kişi məvhumu mənim üçün bütövlük, mərdlik deməkdir. Bioloji bir ünsir kimi qəbul etmirəm. Mənim vətənimin, ağzı bütöv, sözü keçərli, dəyanətli, mərd və.s kimi keyfiyyətləri özündə daşıyan fərdi- kişidir. Elə mən də özümü bu klateqoriyada görürəm.
Mən üzümü Azərbaycan anasına və atasına tuturam. Vətənə oğul verin, sözün həqiqi mənasında. Vətənə qız verin, sözün həqiqi mənasında. Tələbələri müşahidə edirəm, kəkilli, incə yerişli, ədalı baxışlı, şalvarı düşük- üzr istəyirəm ifadəmə görə- kəsləri görəndə, yaxasından yapışıb hesab sormaq istəyirəm.
Birinci səndən, ana. Övladını qapıdan yola salan ana.
Oğul dünyaya gətirərkən az qala başına tac qoyurdular. Bilməlisən ki, böyütdüyün oğul təkcə sənin deyil. Sən cəmiyyətə - savadlı, intellektual, qeyrətli, namuslu fərd təhvil verməlisən. Manikürlü, pedikürlü gədə yox. Sən cəmiyyətə məsuliyyətli ata verməlisən, igid əsgər verməlisən.
Eləcədə qızlara aidddir. Qadın doğulmurlar, qadın olurlar. Bir şairənin dediyi kəlmədir. Bəli. Nəzərimdən yayınmır qızların hərəkətləri. Doğrusu, bəzən heyvanat aləmində dişilərin, erkəklərə bəzəkli lələklərini nümayiş etdirərək toruna salan zoo nümayəndələrinə bənzədirəm. Mənim Sizi təhqir etmək fikrim yoxdur. Sadəcə insan olan kəs tovuzquşu kimi bər-bəzəyi ilə deyil, ağlı və intellekti ilə qarşı tərəfi cəlb etməlidir. Bəlkə siz daha yaxşı variant bilirsiniz? Bağışlayın mənim üçün bundan alternativ variant yoxdur.
Qayıdıram hekayəyə, demə belə şəxslərin ətrafımızda sayı çoxaldıqca, qılınclarımız qınında çox yatacaq. Beynimiz paslanacaq. Yadırğayacayıq döyüşə.
Mən şəxsən qələbə istəyirəm. Qələbə. Mənə Qarabağı verin. Mənim vətənim üçün oğul və qızlar yetişdirin. Kəmiyyətə deyil, keyfiyyətə fikir verin. Nəyimə lazımdır, hər 3 aydan bir gözümə girən artım. 8 milyon idik, 9 milyona çatmışıq. Mənə belə artım lazım deyil.
Çökmüş Yapon iqtisadiyyatını, intellektli gənclər, savadlı şəxslər ayağa qaldırdı. Bəli, bugün mən keçmişə əl uzadıb, vətənimi parça-parça didmiş, pay vermiş, sonra “Vətəndən pay olmaz” kimi bayağı ifadələri beynimə sırımış babalarımın yaxasından yapışa bilmirəm. Deyə bilmirəm, sənin mənə qoyduğun bu miras, bu qədər problemi həll eləmək üçün indi qəbirdən xortda və səhvini düzəlt. Deyə bilmirəm.
Amma, sənə üz tutub demək iqtidarındayam, gənclik. Elə özümədə. Səninlə birlikdə əlimə silah götürüb vətənimi azad etməyə hazıram. Lap güllə ata bilməsəm, yaranı sarıya bilərəm.
Həmişə səhvi hər kəs özündə də görməlidir. Rüşvətdən şikayətlənənlərə, deyirəm. Niyə verirsən ? Haqqını tələb elə. Məncə hər şeyin kökündə savadsızlıq dayanır. Adi bir ərizəni yaza bilməyən kəslərə deyirəm. Bax,  bacarmadığın üçün əlindən güclə alırlar pulunu.
Məncə kifayət qədər nağıl danışmışıq, şeirlər qoşmuşuq. Bilirəm müharibə nə deməkdir, ölüm deməkdir, qan deməkdir.
Ya zəkanı inkişaf etdirib, haqqını ağlın ilə tələb edəcəksən, ya da bəzək-düzəkdən əl çəkib biləngini gücləndirəcəksən. Qolunu qüvvətləndirəcəklsən. Seçim sənindi. Bu məsuliyyət bizim çiyinlərimizdədir. Gəlin biz də gələcək nəsilə problemləri qoymayaq.
İndi sənin dövründü gənclik. Tarix sənindi. Sən yaz.

Комментариев нет:

Отправить комментарий