14.06.2013

Məhv edilmiş qadınlıq, yaxud Amerika arzusu

Ülviyyə Tahir

 Seksual inqilab Amerikalı qadınlar üçün ugurlu oldumu?! Qətiyyən. Bu gün faktiki olaraq Amerika cəmiyyətini ən çox narahat edən məsələlərdən biri də budur.
 Seksual inqilab qadınlar üçün əsas fəlakətlərdən biridir. ABŞ-da kişilər qadınlara yalnız qarşı cinsın istək mənbəyi kimi baxırlar  və bu da fövqaladə şəkildə mədəniyyətin deqredasiyasına gətirib çıxarmışdır. Nəticə olaraq Amerika bu gün yeniyetmə hamiləliyinə görə dünyada birinci yerdədir. Təkcə STD virusuna ildə 19 milyon insan yoluxur. Ən ümdəsi isə doğulan uşaqların demək olar ki, yarısı nikahdan kənar doğulanlardır. Bu da Amerikada ənənəvi ailə sistemlərinin çökməsinə gətirib çıxarır ki, bunu artıq özləri də etiraf etməyə başlayıblar. Amma hələ ki, kimsə çıxıb amerikan qadınına nigaha qədər özünü qoru və ya daha qapalı geyin deməyib.
Əgər ikisindən birinə əməl olunsaydı bu gün Amerika yeniyetmə hamiləliyindən, AİDS-dən və nigahdan kənar dogulan uşaqların kütləvi abortundan əziyyət çəkməzdi.
Statistika seksual inqilabın qadın üzərindəki təsirlərini bir neçə maddəyə ayırıblar ki, çalışıb aşagıda sizi onlarla tanış edəcəyik.
 Hər il 19 milyon insan STD-ə yoluxur.  Bu hal əsasən 18-24 yaş arası gəncləri əhatə edir ki, onların çoxu bununla da sağlamlıqlarınıı itirirlər.
ABŞ-da hər il cinsi xəstəliklərin müalicəsi üçün 17 000 000 000 dollar ayrılır.
 2011-ci ilin məlumatına görə ABŞ-da xlamida virusunun 14 milyondan çox səbəbi müəyyən edilmişdir. Bu səbəblərin 33%-i gənclərin 20 yaşlarında yoluxmagı ilə nəticələnmişdir.
 Amerikada 14-49 yaş arası hər altı nəfərdən birində cinsi herpesi xəstəliyi vardır.
 24 000 Amerkan qadını hələ də naməlum (gizli) STD vəziyyətində yaşayır.
 Bugün Amerikada məktəblilərin 47% cinsi münasibətlərin nə oldugunu bilir və bunu bir həyat tərzinə çeviriblər.
 Təəssüf ediləsi haldır ki, Amerikada dörd qızdan biri yoluxucu  xəstəliklər daşıyır ki, bu da onlara çox erkən yaşda bulaşıb.
 Yeniyetmələrin 24% artıq STD daşıyıcısıdırlar ki, onlar da qətiyyən çəkinmədən və bəzən də anlamadan qarşı tərəfi də buna yoluxdururlar.
 ABŞ-da hər beş qızdan biri yeniyetmə yaşında ana olmaq məcburiyyətindədir.
 O da məlumdur ki, Amerika yeniyetmə hamiləliyinə görə dünyada birinci yerdə gedir və bu Kanadadan iki dəfə, Fransadan dörd dəfə, Yaponiyadan isə yeddi dəfə çoxdur.
 Əgər insanlara ailə həyatı qurana qədər cinsi münasibətlərə qadağan qoyulmayıbsa, onlar nə ərə getməyəcəklər, nə evlənməyəcəklər.
 Amerika Sosial Araşdırmalar Mərkəzinin tədqiqatlarına əsasən çox az sayda insan 18 yaşda ailə həyatı qurur. Amma 1960-cı illərə qədər onların 72%-i böyüklər tərəfihdən evləndirilir və onların əxlaqı tənzimlənirdi.  Bu gün 44% az sayda insan 24-34 yaş arası ailə həyatı qurur.
 Amerikada cütlüklərin yarıdan çoxu nigahdan öncə birlikdə yaşayırlar. Onların belə həyat tərzlərində ayrılma ehtimalı nigahdan sonrakı ayrılmadan daha çoxdur.
 Amerika boşanma statistikasına görə də dünyada öndə gedən ölkələrdən biridir.
 Və nəticə olaraq Amerikada hər dörd uşaqdan biri tək valideynlə yaşayır və yetişir.
 Təxminən 42% qadın tənha anadır və qidasını yalnız başına təmin etmək məcburiyyətindədir.
 Seksual inqilab qadını tamamilə ticarət və istək obyektinə çevirmişdir ki, bu da Amerikada porno filmlərin çəkilişlərinin və satışının yüksək səviyyəyə çatdırmışdır. Artıq bu elə inhisarçılığa çevrilmişdir ki, əhalinin 33%-i bu websitelere baş çəkmədən və ya belə filmləri izləmədən həyat sürə bilmirlər. Bu dünya xalqlarının tarixində görünməmiş bir partlayışdır.
 Tədqiqatlar müəyyən etmişdir ki, əhalinin 25%- (əgər net bağlantısı varsa) iş yerində olduğu müddətdə belə websitelərə və saytlara mütləq baş çəkirlər.
 1973-cü ildə Roe. V. Uayld qanunu ilə leqallaşdırılan abort artıq həyat tərzi kimi amerikalıların yaşamını tənzimləyir.
 Kütləvi abortlar və ya RU 486 abort dərmanını istifadəsi nəticəsində hər il Amerikada milyonlarla insan bu işi həyata keçirir.
 Çox çirkin müqayisə olsa da qeyd etməliyik ki, Amerikada abort olunan körpələrin sayı bu dövlətin indiyə kimi müharibələrdə itirdiyi əsgərlərin sayından çoxdur.
 Son statistik məlumata görə Vaşinqtonda qadınların 41%-i hamilə vəziyyətlərinə abortla son verirlər. Ən maraqlısı da budur ki, bu abortların çoxu komfort naminə edilir. İnsanlar gələcək övladdan sadəcə həyatlarındakı maniə kimi qurtulurlar.
 Bədbəxtlikdən bu gün dünya mədəniyyətindən ayrılmaq və özünə ayrıca yol cızmaq demək olar ki, mümkünsüz hala gəlib. Televizorda açıq-saçıq mənzərələr, filmlərdə erotik çagırışlar boldur və hətta ən kiçik reklam roliklərində belə seksə çağırış var. Bu gün bəşəriyyət elə bir vəziyyətə gəlib çatmışdır ki, kimlərsə istismar olunur, kimlərsə istismar edir. Lakin daş dövründən bu yana fərqlənməyən və heç bir dəyişikliyə uğramayan cinsi münasibətlərin qurbanı niyə qadınlar olmalıdır?! Bütün dünyanın can atdığı Amerika xəyalı budursa bizim gələcək nəsillərin hansı xəstəliklərdən əziyyət çəkəcəyi və nələrə görə  həyatlarını itircəkləri məlumdur.

xeberlent.az

Комментариев нет:

Отправить комментарий