14.06.2013

İçəri Şəhərdə Açıq Kitab Rəfi layihəsinin açılışı: YYSQ dəstəyi


Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, Azərbaycan Tələbələr Şəbəkəsi (Azerbaijan Student Network) və Dünya İqtisadi Forumunun (Davos Forumu) Qlobal Gənclər Birliyinin (Global Shapers Community) Bakı nümayəndəliyi Azərbaycanda kitab təbliğini aparmaq, bilik mənbəyi olan kitabları qorumaq və gələcək nəsillərə çatdırmaq məqsədilə “Açıq rəf” layihəsini həyata keçirir.
Layihənin əsas məqsədi gənclərin diqqətini ədəbiyyata cəlb etmək, yeni nəsildə kitab oxumağa həvəsi artırmaq, eləcə də, ölkədə yaşayan xarici vətəndaşları Azərbaycan haqqında kitab vasitəsilə məlumatlandırmaqdır.
Rəfin prinsipinə görə oxucular buradan əldə etdikləri kitabları ya geri qaytarmalı, ya da əvəzinə başqa kitab təhvil verməlidir. İlk “Açıq rəf” İçərişəhərdə (Arxeologiya bağı, Əzim Əzimzadənin heykəlinin yanı) yerləşdirilib. 14 iyun 2013-cü il tarixində saat 10:00-da ilk “Açəq rəf”in açılış mərasimi keçirildi. Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev qonaqları salamlamış və layihə haqda ətraflı məlumat vermişdir. F.Hacıyev ilk Açıq Rəfi məhz 15 iyun-Milli Qurtuluş günü ərəfəsində təqdim edərək Ulu Öndər Heydər Əliyevin daima gənclərin maariflənməsində və inkişafında əvəzsiz xidmətlərini bir daha vurğulamışdır.
Açılışda Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov, Gənc Alimlər, Aspirantlar və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov, Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri Aydın Xan Əbilov, Dünya Gənc Türk Yazarlar Birliyinin sədri Əkbər Qoşalı, “Əli və Nino” kitab magazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli çıxış edərək Açıq Rəfin açılışı münasibətilə gəncləri təbrik etmişlər.
Tədbirdə, həmçinin, gənclər təşkilatlarının fəalları, gənc yazarlar və media nümayəndələri iştirak etmişlər.

Комментариев нет:

Отправить комментарий