Dayaq.org – tam sərbəst!
İctimai şüurin vəziyyətinin monitorinqi üzrə məlum metod əlaqədar orqanların ən sevimli metodu olaraq qalmaqda davam etsə də, bütün dünyada mətbuatın təhlil olunmasına hər il milyonlarla pul xərclənir. Cəmiyyətdə dəyişikliklərin monitorinqi üzrə bu sistemin belə yaxşı işləməsinin səbəbi bundan ibarətdir ki, media orqanlarındakı informasiya bloku- bu, bağlı, dəyişməz sistemdir. İqtisadi mülahizələrə görə adətən təqdim edilən informasiya bloku daimi dəyişməz ölçülərə malik olur. Buna görə də xəbərlər blokunda nə isə yeni bir şey meydana çıxırsa, onun ölçülərinə müvafiq olaraq köhnə nə isə oradan yox olmalı və ya dəyişməlidir. Burada qapalı sistem daxilində məcburi seçim prinsipi işə düşür. Belə vəziyyətdə ictimai şüur həmişə ortaya atılan yeni “problemlərə” keçir və köhnələri tez unudur. Biz həm yeni “problemləri”, həm də cəmiyyətin artıq maraq dairəsində olmayan problemləri izləyirik.
Dayaq.org- öz
fikirlərini paylaşmaq, uğur qazanmaq, mükəməlləşmək, həyatda yaxşılığa doğru
dəyişikliklər etmək istəyən yazarlar üçün saytdır. İnsan maariflənmək, tədricən
yetkinləşmək, müdrikliyə can atmaq üçün yaranıb. Əgər o buna nail ola bilmirsə,
deməli günah onun özündədir.
Yazar
təfəkkürünü artırmaq üçün çalışmalı, öz gələcəyini istədiyi kimi qurmaq üçün
səy göstərməli, dayanmadan və davamlı olaraq inkişaf etməlidir. Özü ilə bərabər
başqalarının da inkişafına nail olmalı, onların arzularının həyata keçməsinə
yardım etməlidir.
Dayaq.org saytında mütəmadi olaraq
həyatını mənalı, maraqlı yaşamaq istəyənlər üçün seçilmiş mövzularda
materiallar verilir. Onlar əsasən maarifləndirici, istiqamətləndirici funksiya
daşıyır. Materiallar həm sayt administrasiyası tərəfindən yaradılır, həm də
müxtəlif mənbələrdən seçilir; xüsusən bloggerlərlə əməkdaşlıq etməyə üstünlük
verilir. Saytda obyektivliyi tam qorumağa çalışırıq, odur ki bizim məkanda tam
sərbəst ab-hava hökm sürür.
İctimai şüurin vəziyyətinin monitorinqi üzrə məlum metod əlaqədar orqanların ən sevimli metodu olaraq qalmaqda davam etsə də, bütün dünyada mətbuatın təhlil olunmasına hər il milyonlarla pul xərclənir. Cəmiyyətdə dəyişikliklərin monitorinqi üzrə bu sistemin belə yaxşı işləməsinin səbəbi bundan ibarətdir ki, media orqanlarındakı informasiya bloku- bu, bağlı, dəyişməz sistemdir. İqtisadi mülahizələrə görə adətən təqdim edilən informasiya bloku daimi dəyişməz ölçülərə malik olur. Buna görə də xəbərlər blokunda nə isə yeni bir şey meydana çıxırsa, onun ölçülərinə müvafiq olaraq köhnə nə isə oradan yox olmalı və ya dəyişməlidir. Burada qapalı sistem daxilində məcburi seçim prinsipi işə düşür. Belə vəziyyətdə ictimai şüur həmişə ortaya atılan yeni “problemlərə” keçir və köhnələri tez unudur. Biz həm yeni “problemləri”, həm də cəmiyyətin artıq maraq dairəsində olmayan problemləri izləyirik.
Aşkar olan
budur ki, bütövlükdə cəmiyyətlər insan fərdləri kimidir. Dəqiq sayı bilinmir,
lakin insan eyni vaxtda şüurunda yalnız müəyyən sayda problem və qayğı saxlaya
bilər. Əgər yeni problem və qayğılar əlavə olunursa, onda bu vaxt köhnələr sadəcə
olaraq sıxışdırılıb şüurdan çıxarılır. Biz soydaşlarımız üçün indiki anda nəyin
aktual olduğunu və onların nədən imtina etdiklərini hiss edirik.
Bizim təfəkkürdə
dəyər orientasiyası böyük rol oynayır. Məhz onlar bir növ kitab rəfləri rolunu
oynayır, alınan bilikləri çeşidləyirlər. Əgər şkaf, rəf yoxdursa, onda bir
qulaqdan qəbul olunanlar o biri qulaqdan havaya uçur. Ona görə də ağıllı adam
yalnız yaxşı intellektə malik olan adam deyildir, onda ilk növbədə qəbul edilən
dəyərlər ierarxiyası arasındakı qarşılıqlı əlaqəni düzgün qurmaq bacarığı
olmalıdır. Təsadüfi deyil ki biz düzgün qərar haqqında danışanda sağlam fikir
nəzərdə tuturuq. Qəlb, ruh idrakın yolgöstərici telidir. Sadələşmiş qəlb
sadələşmiş intellekt, sadələşmiş adam deməkdir.
Dayaq.org həm də sosial sayt olduğu üçün
cəmiyyətin kiçik bir modelini xatırladır. Həyatda yaxşını pisdən ayırmağa
çalışan insanlar bu saytda öz fikirlərini yaya bilirlər. Ədalət prinsipini
qorumaq üçün əlimizdən gələni edirik. Bu baxımdan, bizim saytı demokratik
quruluşa malik onlayn cəmiyyət kimi də xarakterizə etmək olar.
Bu məqamda bir
fikri nəzərinizə çatdırmağı qərara aldıq- bu sayt müəyyən ictimai status almağa
cəhdin diqtəsi ilə yaradılmamışdır və müəyyən ictimai statusun törəməsi də
deyildir. Ona görə də biz hər hansı bir cavabı müəyyən elmi doktrinaya və ya
qəbul olunmuş normalara uyğunlaşdırmağa çalışmırıq, hər bir sualı ayrılıqda
aydınlaşdırmağa cəhd edirik. Həqiqət- bizim yeganə məqsədimizdir, ona görə də
bəzi mülahizələr ümumi qədul olunmuş əqidələrlə üst-üstə düşməyə, həddindən
artıq kəskin qəbul oluna bilər.
Ümumi qəbul
olunmuşlarla bağlı aşağıdakıları demək olar. Həqiqətən də deyəcəyimiz bir çox
fikirləri siyasət sahəsində olan əksər peşəkar ekspertlər qəbul edirlər.
Məsələn, əgər hər hansı bir siyasi texnoloq bir qrup adamlar arasında
demokratiyanın mövcudluğunun reallığına inanmadığını desə, ətrafdakılar bu
sözləri birmənalı qəbul edəcəklər- “deyəsən bir az artıq spirtli içki qəbul
edib”. Bununla belə bu adamlar növbəti tok-şouya gələndə, tamaşaçılar
qarşısında çıxış edəndə heç vaxt qəbul etmədikləri baxışları müdafiə etməyə
başlayırlar. Saytdakı publisistik yazılarımızda biz deyilməsi qəbul olunan
sözləri yox, hər şeyi necə var eləcə qələmə almışıq.
İndi mövcud
olmayan əksər sivilizasiyalarda öz xalqlarının dəhşətli taleyini qabaqcadan
xəbər verən peyğəmbərlər olmuşdur. Həm də elə adamlar olmuşdur ki, öz
sivilizasiyalarının uçuruma doğru getdiyini başa düşmüşlər. Ancaq onlar heç nə
etməmişlər və ya kifayət qədər etməmişlər və öz xalqları ilə birlikdə onların
da izi-sorağı qalmamışdır. Başa düşmək özlüyündə heç kimi heç vaxt xilas
etməmişdir. Yalnız qəti hərəkət xilas edə bilər. Bu hərəkətin necə olması ilə
bağlı da öz mülahizələrimizi nəzərinizə çatdıracağıq.
Mənəvi
tənəzzül mövzusunun bu günki mövzusunu tok-şou ilə müqayisə etmək olar.
Sətəlcəm (ağ ciyarın iltihabı) olmuş adamı təsəvvür edin- onun ətrafına onun
müalicə olunması ilə bağlı fikirlər söyləyən mütəfəkkirlər toplaşmışdır.
Birincisi deyir: gəlin ona iltihabın ziyanı ilə bağlı məsləhətlərimizi verək,
onu düz yola qaytarmağa vadar edək, onun əqlini nurlandıraq. İkincisi deyir:
din cəhalətpərəstlikdir, ona dini ayinləri oxumaqdansa, xəstəliyə elmi baxımdan
yanaşaq.
Elmlə
maraqlananlar, intellekti yüksək olanlar, təhsil alanlar, əqli qabiliyyətləri
ilə hamını heyran etmək istəyən oxucular burda müxtəlif yönlü intellektual
informasiya əldə edə, ən maraqlı yeniliklərlə tanış ola bilərlər. O cümlədən,
xarici vətəndaşlar üçün rus, türk və ingilis bölmələrimiz də fəaliyyət
göstərir.
Biz Professional Oxucu dedikdə həm də öz şəxsi mənəvi keyfiyyətləri ilə seçilməyə, zəngin daxili aləmi ilə fərqlənməyə çalışan insanları nəzərdə tuturuq. Sayta bir-birindən oxunaqlı, intellektual tutumlu, oxucunun daxili aləminə dəyərli naxışlar vura biləcək yazılar gündəlik əlavə edilməkdədir. Gələcəkdə saytımızda Azərbaycan mediası üçün yeni olan, ajiotaj doğuracaq materiallar da görəcəksiniz. Layihələrimizi izləyin!

Gözlərinizi
ağrıdaraq oxuduğunuz üçün təşəkkürlər!
Sayman Aruz İbrahim Sel
Комментариев нет:
Отправить комментарий