Şirinxanım Kərimbəyli Şadiman
Sən mənə çox görmə səcdəgahımı,
Üzümə bağlama qibləgahımı,
Ömrümə açılan sabahımı,
Dəmlərdə hıçqıran günahımı,
Ürəkdən qopan ahımı,
Apar yağmurla, yağışla,
Bağışla, Allahım, bağışla.
Zülmlər doğur Ay kimi,
Göz yaşlarım dəli çay kimi,
Fəryadım sənə çatmır hay kimi,
Bu dünya çoxuna vay kimi,
Təndir acılarım yay kimi,
Köməyimə kimi çağırım, kimi?
Dövran məni öldürür şeytan baxışla,
Bağışla, Allahım, bağışla.
Hər şey həddindən keçib,
Sitəm səddindən keçib,
Bu dünya dindən keçib,
Ağrı qəddindən keçib,
Dərdi sinədə min bir naxışla,
Bağışla, Allahım, bağışla.
Sən yerdə, göydə ali,
Bitmir cahanın qeylü-qalı,
Haçan sona yetər zavalı?
Ərz edirəm dərgahına halı,
Zamanın tərsinə fırlanır valı,
Axı, bu dünyada qalır dünya malı,
Hara gedirik belə baxışla?
Bağışla, Allahım, bağışla.
Tox – sənə səcdəyə gedir Haca,
Varından bir qism vermir aca,
Tüstü içində göyünə açılan baca,
Layiqsiz pərçim olub oğurladığı taca,
Loğman göndər bu dərdlərə əlaca,
Sən bütün aləmlərdən uca,
Canımı al, gəlim dərgahına uça-uça,
Ruhumun yerini naxışla,
Bağışla, Allahım, bağışla.
Suyun üstündə gedirəm,
Baxtıma düşən anları
qorxulardan güdürəm,
Ağlımda baş qaldıran
şübhələri didirəm,
Ömrüm boyu sənə sitayiş edirəm,
Sənə doğru gedirəm!
Məni tənbeh etmə bu baxışla,
Bağışla, Allahım, bağışla!
Şadiman heç vaxt həddini aşmadı,
Təbsiz heç vədə qaynayıb-daşmadı,
Heç kəsin önündə ucuzlaşmadı,
Şeytana, iblisə ulaşmadı,
Yazında yazladı, qışında qışla,
Bağışla, Allahım, bağışla,
Bağışla, Allahım, bağışla.
Sən mənə çox görmə səcdəgahımı,
Üzümə bağlama qibləgahımı,
Ömrümə açılan sabahımı,
Dəmlərdə hıçqıran günahımı,
Ürəkdən qopan ahımı,
Apar yağmurla, yağışla,
Bağışla, Allahım, bağışla.
Zülmlər doğur Ay kimi,
Göz yaşlarım dəli çay kimi,
Fəryadım sənə çatmır hay kimi,
Bu dünya çoxuna vay kimi,
Təndir acılarım yay kimi,
Köməyimə kimi çağırım, kimi?
Dövran məni öldürür şeytan baxışla,
Bağışla, Allahım, bağışla.
Hər şey həddindən keçib,
Sitəm səddindən keçib,
Bu dünya dindən keçib,
Ağrı qəddindən keçib,
Dərdi sinədə min bir naxışla,
Bağışla, Allahım, bağışla.
Sən yerdə, göydə ali,
Bitmir cahanın qeylü-qalı,
Haçan sona yetər zavalı?
Ərz edirəm dərgahına halı,
Zamanın tərsinə fırlanır valı,
Axı, bu dünyada qalır dünya malı,
Hara gedirik belə baxışla?
Bağışla, Allahım, bağışla.
Tox – sənə səcdəyə gedir Haca,
Varından bir qism vermir aca,
Tüstü içində göyünə açılan baca,
Layiqsiz pərçim olub oğurladığı taca,
Loğman göndər bu dərdlərə əlaca,
Sən bütün aləmlərdən uca,
Canımı al, gəlim dərgahına uça-uça,
Ruhumun yerini naxışla,
Bağışla, Allahım, bağışla.
Suyun üstündə gedirəm,
Baxtıma düşən anları
qorxulardan güdürəm,
Ağlımda baş qaldıran
şübhələri didirəm,
Ömrüm boyu sənə sitayiş edirəm,
Sənə doğru gedirəm!
Məni tənbeh etmə bu baxışla,
Bağışla, Allahım, bağışla!
Şadiman heç vaxt həddini aşmadı,
Təbsiz heç vədə qaynayıb-daşmadı,
Heç kəsin önündə ucuzlaşmadı,
Şeytana, iblisə ulaşmadı,
Yazında yazladı, qışında qışla,
Bağışla, Allahım, bağışla,
Bağışla, Allahım, bağışla.
Комментариев нет:
Отправить комментарий