08.06.2013

Qodmanın “Avropalı” qızı

Gülçin hələ 8 yaşından Avropa ölkələrində uğurlar qazanmağa başlayıb

Qodman ərazi vahidinin Məmmədrzakücə kəndində 2 balaca qız yaşayır. Onlar hələ 5-6 yaşlarında nəinki şahmat oynamağa, həm də şahmat birinciliklərində uğurlar qazanmağa başlayıb. İndi bu qızların - 11 yaşlı Həcərin, 10 yaşlı Gülçinin sorağı Avropa ölkələrindən gəlir.
Ucqar kənddə yaşayan bu balaca qızlar şahmatı öncə atası Emidənl və babası Ağaddin müəllimdən öyrəniblər.
Həcər ilk uğurunu 5 yaşında - Gəncədə keçirilən 8 yaşa qədər uşaqlar arasında respublika çempionatında qazanıb. O, bu yarışın ən balaca iştirakçısı olsa da, mükafata layiq 2-3-cü yerləri bölüşdürüb.

Gülçin isə 7 yaşında Bakıda keçirilən yarışmanın finalında 2-3-cü yerləri bölüşdürsə də, 2011-ci ildə 10 yaşa qədər uşaqlar arasında keçirilən çempionatda 2-ci yerin şəriksiz sahibi olub. Elə həmin ildə də Bolqarıstan Albina şəhərində keçirilən beynəlxalq turnirdə 66 nəfər arasında ilk 20-yə düşə bildi.
2012-ci ildə isə Gülçin Çexiyanın Praqa şəhərindəki yarışmada daha uğurlu çıxış edərək ilk onluğa düşməyə nail olub. 2013-cü il onun üçün daha düşərli olub. Belə ki, o Belorusiyanın Orşa şəhərində keçirilən açıq çempionatda 4-5-ci yerləri bölüşdürüb.
Hazırda hər iki bacı bu ilin iyun ayında Bakıda keçiriləcək respublika birinciliyinin finalına hazırlaşırlar.
Bu bacıların məşqçisi Ərəstun
Mustafayev və Famil Fərmanlıdır.
Bacılar bir dəfə yerli hakimiyyət tərəfindən 200 manat pulla mükafatlandırılıb. Babası deyir ki, Qəzənfər Ağayevin vaxtında bu gənc şahmatçılara rayon mərkəzində 0,05 həyətyanı torpaq sahəsi vəd edilsə də, sonra həmin torpağı məmurlardan almaq olmadı.
Onu da bildirək ki, hər iki bacı dərs əlaçısıdır, bir neçə musiqi alətində çala və rəsm çəkə bilirlər.
Hər iki bacıya uğurlar arzulayırıq.

cenubxeberleri.com

Комментариев нет:

Отправить комментарий