Elə bil bir ümidəm
Qəlbinin səsində...
Döyündükcə ürəyin
Xatırla məni öz nəfəsində...
Ya da buludlardan süzülən
Bir son bahar günəşi…
Toxunan saçlarına…
Xatırla məni,
Gözünə düşən,
Barmaqlarına vurğun tellərində…
Yağmur tək düşəndə göydən quşlar
Xatırla məni…
O quşların son nidası kimi…
Bir yanda can verir torpağa yağmur…
O yanda quşlar ölümü alqışlar…
Hər quş ölümünə ağlayan buludla,
Yas tutan yağışla…
Ya da son görüşə
əl çalanda buludlar öz gurultusu ilə…
Xatırla məni qəlbinin uşaqca qorxusu ilə...
Gələr bir gün yaddaşında
Susub gizlənmiş xatirəm dilə...
Onun o sevgi diliylə
Xatırla məni...
Комментариев нет:
Отправить комментарий