18.01.2011

AMERİKANIN BORCU BAŞINDAN AŞIR

ABŞ-ın xarici dövlət borcu astronomik həddə çataraq 14 trilyon dollar təşkil edib 

ABŞ-ın xarici dövlət borcu astronomik həddə çataraq 14 trilyon dollar təşkil edib. Bu, ABŞ-ın tarixi boyu ən rekord göstəricidir. Bu rəqəmi hər bir ölkə vətəndaşına bölsək, onda hər bir amerikalının 45 min dollar borcu oduğu məlum olacaq. Bura hələ hər bir Amerika ailəsində olan daxili kreditlər daxil edilmir.

ABŞ konqresi dilemma qarşısında qalıb: ya xarici borcun həcmini artırmaqda davam etmək, ya da ki, büdcə xərcləri azaldılmalıdır. Birinci halda, borc göstəricisinin kritik həddi keçmək təhlükəsi var. Bu isə dolların məzənnəsinin daha da düşməsinə və nəinki ABŞ, hətta dünya iqtisadiyyatının çökməsinə səbəb ola bilər. Digər halda isə büdcə xərclərinin azaldılması ABŞ-da vergilərin artırılmasına və ölkədə işsizlərin sayının həddindən artıq çoxalmasına gətirib çıxara bilər.

ABŞ mətbuatının məlumatına görə, hökumət hələ ki, ölkədə işsizlərin artacağından qorxaraq birinci varianta daha meyllidir.


                                                                                   faktxeber.com

Комментариев нет:

Отправить комментарий