13.01.2011

İsrail rejimi media işçilərini təhqir etdi

Deyerler.org: İsrail rejiminin qondarma baş naziri Netenyahu ölkədəki xarici media nümayəndələri üçün keçirdiyi illik yekunlara dair mətbuat konfransında jurnalistləri əsəbiləşdirən qayda tətbiq edib. (aksam.com.tr) Belə ki, media nümayəndələri salona daxil olarkən, qapıdakı mühafizəçilər onları tək-tək xüsusi otağa salaraq, təpədən-dırnağadək yoxlayıb, sonra içəri buraxıb. Həm də bu yoxlama saatlarla davam edib və mühafizəçilər jurnalistləri həm əllə, həm də metal qurğu ilə yoxlayıblar.
Bu cür qarşılama jurnalistləri xeyli əsəbiləşdirib və onlar bildiriblər ki, belə yoxlama olacağı halda sionist rejimin toplantılarına qatılmayacaqlar.

Комментариев нет:

Отправить комментарий