26.01.2011

“PROKUROR KÖRPƏLƏRİMİN GÖZ YAŞLARINA İNANMIR”

Cəlilabad rayon Qarazəncir kənd sakini Humay Əliyeva yazır ki, rayon prokuroru onun şikayətinin obyektiv araşdırılmasına mane olub. “Mobil İsmayılov evimi əlimdən alıb, körpələrimin göz yaşlarına inanmır” başlıqlı məktubla redaksiyaya müraciət edən ana bildirir ki, şikayətinin obyektiv araşdırılmaması üçün prokuror müstəntiqə təzyiqlər göstərib, hətta qanunsuz əmələ görə rüşvət də alıb: “Prokurorun aldığı 16 min manat rüşvətə görə üç azyaşlı uşağımla mən onun-bunun evində qalıram. Baş prokurora yüzlərlə ərizə yazmışam, lakin baxılmayıb”.

Rayon prokurorunun köməkçisi Atakişi Atakişiyevlə əlaqə saxladıq. A.Atakişiyev bildirdi ki, hazırda o, başqa işə keçdiyi üçün prokurorluğun mövqeyindən çıxış edə bilməz. Onun vasitəsilə əldə etdiyimiz Cəlilabad prokurorluğunun telefonu ilə əlaqə saxlamaq cəhdimiz baş tutmadı.
P.S. Yazıda adı çəkilən prokurorun mövqeyini də dərc etməyə hazırıq.


                                                                            musavat.com 

Комментариев нет:

Отправить комментарий