Rayon sakini Yapon Məmmədov Ramiz Cəbrayılovu qanunsuzluqda ittiham edir
Laçın rayon sakini Yapon Məmmədov rayonun icra başçısı Ramiz Cəbrayılovun əməlləri ilə bağlı redaksiyamıza şikayət ərizəsi ilə müraciət edib. Ərizədə qeyd edilir ki, R.Cəbrayılov icra başçısı təyin ediləndən bəri Laçın camaatı çıxılmaz duruma düşüb. “Ramiz Cəbrayılov rayona öz mülkü kimi baxır. O, rayondakı idarə və müəssisələri hərraca çıxarıb. Cəbrayılov 2007-ci ildən bəri rayon mədəniyyət və turizm şöbəsi rəhbərliyini üç, maliyyə şöbəsi müdirini və işçilərini isə bir neçə dəfə dəyişib. İcra başçısının dəyişmə əməliyyatı bununla yekunlaşmayıb. O, icra aparatı işçilərini, əmək və əhalinin sosial müdafiəsi mərkəzi rəhbərliyini, Dövlət Sosial Müdafiə Fondu rayon şöbəsinin müdirini və işçilərini, kənd icra nümayəndələrini də dəfələrlə dəyişdirib. Bu dəyişikliklər başçının maraqları naminə baş tutur” - deyə Y.Məmmədov yazır.
Ərizədə qeyd edilir ki, R.Cəbrayılovun rayonda ən yaxın silahdaşı təhsil şöbəsinin müdri Şahlar Xəlilovdur: “Bu cütlük rayon təhsil sistemini acınacaqlı duruma salıb. Bu gün Laçında kağız üstündə işləyən onlarla məktəb var. Rayonda şagirdlərin bir çoxu təhsildən kənarda qalıb”.
Laçın əhalisinin bir hissəsinin Ağcabədidəki Taxtakörpü deyilən ərazidə məskunlaşdığını söyləyən Y.Məmmədov o ailələrin məşğuliyyətinin əsasən heyvandarlıq olduğunu bildirdi: “Lakin Cəbrayılov insanların örüş kimi istifadə etdiyi torpaqları zəbt edərək ayrı-ayrı adamlara satdı. Başçı 1 hektar buğda sahəsi üçün 80, arpa sahəsinə isə 40 manat alır. O, əyri yollarla yığdığı pullarla Ağcabədidə özünə villa tikdirib. İndi isə Taxtakörpüdə köckünlər üçün salınacaq 500 evlik şəhərciyə göz dikib. Əhali bu evlərin Cəbrayılov tərəfindən satılacağından narahatdır”.
P.S. Bu iddialarla bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
Seymur HACI musavat.com

Комментариев нет:
Отправить комментарий