1
...
bir dolun ayla bəzənmişdi gecə !
mübhəm duyğular daşıyırdı içimə
dənizdən əsn ılıq əsinti .
doğrusu
qurbət sarmışdı bütün hücrələrimi
ama
bir dolun ayla bəznmişdi gecə !
kiçik dalğalar
döyüntüləri ilə anladırdı varlığını
parıldayırdı mavi dəniz
tamamlanmış şeirə bənzəyirdi gözlərin
və mahnılara götürürdü məni anbaan:
" . . . mən səni sevdim ay ışığında
könlümü verdim ay ışığında . . . "
bir dolun ayla bəzənmişdi gecə !
özündən getmişdi dünya
gözəllik yavaş yavaş pıçıldaşırdı mənimlə
və mən
sevməyə başlamışdım səni
melodilər kimi
röyalar kimi
dualar kimi . . .
bir dolun ayla bəzənmişdi gecə !
2
( balaca şəhidlərə sunulur . . . )
bəbə !
niyə ağlayırsan ?
oyuncağını mi itiribsən ?
axxx ! ! !
hanı bəs sağ qolun ?
nə də gözəl gözlərin var !
anan , zeytun bağlarına yerikləyib yəqin !
anan - baban kimdir ?
adını soruşmamışam heç !
adın nədir ?
kim köksünə damğalayıb adının məchulluğunu ?
Musa’san ?
Məhəmməd’sən ?
kimsən ?
bəlkə Məsih’sən əzizim ? ! !
axı O buyurmuşdu ;
sağ gözünü çıxartsalar ,
sol gözünü ısmarla .
sağ qolunu kəssələr ,
sol qolunu ısmarla . . .
- vətənin , sağı - solu olmur ki - bilirəm .
ama , kimsən sən ?
həəəə! ! !
yaralarından tanıdım indi !
Qarabağ’a - Təbrizə bənzəyirsən .
adın ; Qəzzə’dir !
indi tanıdım . . .
ağlama quzum !
dünyanın başına daş düşür göz yaşların .
ağlama . . .
bax !
gör necə modern oyuncaqlar var çevrəndə !
gözəl oyuncaqlardır .
Dəmokratçı əmilər gətiriblər !
al oynat .
ama gözlə ,
sol tərəfini aparmasın bu çiçilər . . .
gəl qucuma qadası !
yoxsa qan aparacaq yer üzünü . . .
olsun !
nə də olsa ;
geyməyə kəfən yaxşı !
vətən sağ olsun və sən . . . !
cəhənnəmi də cənnətdir vətənin .
üzülmə !
düz ,
ürəyinin başına göməcəyəm vətənin ;
vətənsizliyini . . . !
ağlama . . .
arxayın yum gözlərini .
arxayın öl qadası . . . !
3
. . .
gözləri ;
nəhəngləri ölmüş dəniz .
ürəyi ;
yuvası odlanmış göyərçin . . .
siqarası , damağında olardı həmişə .
torpağa yoldaş ,
çörəyə qardaş !
kimsə qonaq çağırmazdı onu
əziz günlərdə .
görüşünə kimsə gəlməzdi bayramlarda .
təvəkkül qoxuyardı ; səhər tezdənləri .
şükürlə boyanardı ; gün batanları .
əlləri tıkanlı - qabarlı .
saçları pıtlaşıq - torpaqlı . . .
beli bir az bükülü
və , yorqun yerişi . . .
* * *
indicə çıxardılar qoca fəhləni
çökmüş duvarın altından . . .
4
.. .
sən o yana ;
payız gəldi .
qarqalar doluşdu küçəmizin yuxusuna .
və , quruyub töküldü bütün sarmaşıq butaları . . .
bilirəm ;
səhərlərim alma qoxumayacaq daha
və , quşların xatirəsi
dağladacaq məni . . .
5
. . .
bugün ,
bağçama əkirəm səni .
böyüyüncə
olsun ki ;
atama çəlik olasan ,
anama tabut ,
balama beşik ,
özüm üçün bəlkə də dar ağacı . . .
ancaq ki ,
səni bağçama əkirəm bu gün ;
balaca ağac ! . . .
...
bir dolun ayla bəzənmişdi gecə !
mübhəm duyğular daşıyırdı içimə
dənizdən əsn ılıq əsinti .
doğrusu
qurbət sarmışdı bütün hücrələrimi
ama
bir dolun ayla bəznmişdi gecə !
kiçik dalğalar
döyüntüləri ilə anladırdı varlığını
parıldayırdı mavi dəniz
tamamlanmış şeirə bənzəyirdi gözlərin
və mahnılara götürürdü məni anbaan:
" . . . mən səni sevdim ay ışığında
könlümü verdim ay ışığında . . . "
bir dolun ayla bəzənmişdi gecə !
özündən getmişdi dünya
gözəllik yavaş yavaş pıçıldaşırdı mənimlə
və mən
sevməyə başlamışdım səni
melodilər kimi
röyalar kimi
dualar kimi . . .
bir dolun ayla bəzənmişdi gecə !
2
( balaca şəhidlərə sunulur . . . )
bəbə !
niyə ağlayırsan ?
oyuncağını mi itiribsən ?
axxx ! ! !
hanı bəs sağ qolun ?
nə də gözəl gözlərin var !
anan , zeytun bağlarına yerikləyib yəqin !
anan - baban kimdir ?
adını soruşmamışam heç !
adın nədir ?
kim köksünə damğalayıb adının məchulluğunu ?
Musa’san ?
Məhəmməd’sən ?
kimsən ?
bəlkə Məsih’sən əzizim ? ! !
axı O buyurmuşdu ;
sağ gözünü çıxartsalar ,
sol gözünü ısmarla .
sağ qolunu kəssələr ,
sol qolunu ısmarla . . .
- vətənin , sağı - solu olmur ki - bilirəm .
ama , kimsən sən ?
həəəə! ! !
yaralarından tanıdım indi !
Qarabağ’a - Təbrizə bənzəyirsən .
adın ; Qəzzə’dir !
indi tanıdım . . .
ağlama quzum !
dünyanın başına daş düşür göz yaşların .
ağlama . . .
bax !
gör necə modern oyuncaqlar var çevrəndə !
gözəl oyuncaqlardır .
Dəmokratçı əmilər gətiriblər !
al oynat .
ama gözlə ,
sol tərəfini aparmasın bu çiçilər . . .
gəl qucuma qadası !
yoxsa qan aparacaq yer üzünü . . .
olsun !
nə də olsa ;
geyməyə kəfən yaxşı !
vətən sağ olsun və sən . . . !
cəhənnəmi də cənnətdir vətənin .
üzülmə !
düz ,
ürəyinin başına göməcəyəm vətənin ;
vətənsizliyini . . . !
ağlama . . .
arxayın yum gözlərini .
arxayın öl qadası . . . !
3
. . .
gözləri ;
nəhəngləri ölmüş dəniz .
ürəyi ;
yuvası odlanmış göyərçin . . .
siqarası , damağında olardı həmişə .
torpağa yoldaş ,
çörəyə qardaş !
kimsə qonaq çağırmazdı onu
əziz günlərdə .
görüşünə kimsə gəlməzdi bayramlarda .
təvəkkül qoxuyardı ; səhər tezdənləri .
şükürlə boyanardı ; gün batanları .
əlləri tıkanlı - qabarlı .
saçları pıtlaşıq - torpaqlı . . .
beli bir az bükülü
və , yorqun yerişi . . .
* * *
indicə çıxardılar qoca fəhləni
çökmüş duvarın altından . . .
4
.. .
sən o yana ;
payız gəldi .
qarqalar doluşdu küçəmizin yuxusuna .
və , quruyub töküldü bütün sarmaşıq butaları . . .
bilirəm ;
səhərlərim alma qoxumayacaq daha
və , quşların xatirəsi
dağladacaq məni . . .
5
. . .
bugün ,
bağçama əkirəm səni .
böyüyüncə
olsun ki ;
atama çəlik olasan ,
anama tabut ,
balama beşik ,
özüm üçün bəlkə də dar ağacı . . .
ancaq ki ,
səni bağçama əkirəm bu gün ;
balaca ağac ! . . .
Комментариев нет:
Отправить комментарий