Ədil Hüseynli gundelik-baku.com
ATV-də nə baş verir? Hər kəs niyə ağzına su alıb susur? Burdan vurub, ordan çıxan şou və əndrəbadi verlişlər niyə yoxa çıxıb? Bəs, televiziyanın nə olduğunu bilməyən, lakin qısa bir sürədə "tanınmış", şişirdilmiş teleaparıçıya çevrilən insanlar haradadır? Niyə çıxıb onları məşhur edən telekanalda baş verənlərə münasibət bildirmirlər? Və yaxud özlərini və verilişlərini müdafiə etmirlər?
Bu sualları istənilən qədər artırmaq olar. Amma mənası yoxdur. Çünki onlar da yaxşı bilirlər ki, telekanalın “halvasını çalıblar”. Anlayırlar ki, bu illər ərzində Azərbaycana və onun gəncliyinə müsbət nəysə verə bilməyiblər. Yalnız müxtəlif şəxslərlə danışıqlara gedərək sponsorlar tapıblar, verilişlərini hazırlayıb pul qazanıblar, vəssalam.
Rəhbərliyin susmasına baxmayaraq, kanalda ciddi kadr dəyişikliyi həyata keçirilir. Hələlik rəsmən təsdiqlənməsə də, ATV telekanalının rəhbəri Tağı İbrahimov vəzifədən gedib. Hətta telekanalda təhvil-təslim işləri də aparılıb. Qalıb kanala gətirilən yeni rəhbərliyin təsdiqlənməsi. Bu şəxsin kim olacağı ilə bağlı isə hələlik heç bir versiya ortada yoxdur.
Qaldı ki, televiziyanın nə etmək istədiyini anlayıb ölçü götürmək məsələsinə, məncə, bunda bir az gecikmişik. Çünki kanal əndrəbadi verilişləri və şou proqramları ilə tərbiyəsiz müğənniləri efirə çıxarıb onların əndamlarını göstərməklə gənc nəsli bir qədər də olsa, başqa istiqamətə yönəldə bilib.
Bəli, məhz ATV gəncliyimizə kitab oxuyub, savadlı olub uğur əldə etməyin mümkünlüyünü aşılamaq əvəzinə müğənni olub rahat yolla pul qazanmağın yollarını göstərdi. Hətta bu şəxslər üçün böyük imkanlar da yaratdı. Nəticədə, bu gün gənclik şou-biznesə daha sox maraq göstərir və bu kimi verilişlərə baxır və onları dəstəkləyir. Bu gün gənclərdən Xan Şuşinskini, Üzeyir Hacıbəyovun kim olduğunu soruşsan, heç birini tanımayacaq. Əvəzində isə Royanı, Ayğünü və digərlərinin adını çəkəcək. ATV günün 15-20 saatını ancaq şou-biznesdən danışdı, onun şəninə alqışlar səsləndirdi, dar və cırıq cinsi reklam etdi. Bütün bunlar azmış kimi, hətta utanmadan əxlaqsız reklamları da mənzillərə qədər gətirdi. Bu reallıqdır, barışsaq da, barışmasaq da belədir.
Ötən gün isə kanal qabaqdangəlmişlik edib özünü vətənpərvər, milli mədəniyyətin keşiyində duran kimi göstərmək istədi.
Mədəni abidələrinin qorunması, qədim müsiqilərimizin yada salınması və digər milli məsələlərə aid sujetlər hazırlayıb efirə verildi. Guya ki, kanalın məqsəd və məramı budur. Gecdir dostlar çox gecdir. 1 həftə bundan əvvəl niyə belə mövzulara yer ayırmırdınız? Nə yaxşı, gözlənilmədən böyük dəyişikliklər etdiniz? Bu, sığortalanmaqdan başqa bir şey deyil.
Üstəlik, hazırlanan 1-2 milli sujet illər uzunu mənasız şou-biznes verlişləri kimi təbliğat işi apara bilməz. 2 il əvvəl yazmışdım ki, bir gün bu kanalın sonu çatacaq. Çünki hər şey dəyərində gözəl olur. Normadan artıq hər şey həm haramdır, həm də əks təbliğat. Beləliklə, bu da son. Bumeranqı nə qədər uzağa atsan belə, gec də olsa, mütləq qayıdacaq. İndi həmin bumeranq qayıdıb. Kimin başına dəyəcək, bu, başqa məsələdir.
Kanalda edilən dəyişikliklərin hansı səviyyədə olmasına gəlincə isə, bunu zaman göstərəcək.

Ümumiyyətlə ATV bir kanal kimi çox maraqsız verilişlər hazırlayır. Xüsusilə də Zaurun verilişlərinnin formatından baş açmaq olmur. Elza Seyidcahan ilə apardıqları verlişlərdə özlərini o dərəcədə tükürpədici aparırlar ki, güya daha bunlar o qədər tanınmış, öz sözlərini demiş incəsənətmi deyim,şoubiznesmi deyim xadimləridirlər ki, televiziyada nə desələr xalq bunları qəbul edəcək. Vallah bəlkə də elə qəbul edirlər. Zaur gah qız ərə verir, gah Allahı qoyub falçıları təbliğ edir, özü də böyük səy və həvəslə. Bilmirsən baxdığın veriliş müğənni axtarışındadır, yoxsa qeyri-adi fitri istedad. Bir sözlə hamını yola verirlər. "Ümumiyyətlə bu belə olmalıdır?"
ОтветитьУдалить