28.01.2011

ABŞ-ın meydanı daralır

İran prezidenti Mahmud Əhmədinijadın Livana ikigünlük səfəri başlayıb. Səfər çərçivəsində Əhmədinijadın Livan rəsmiləriylə yanaşı «Hizbullah» təşkilatı rəhbəri Şeyx Həsən Nəsrullahla da, görüşü nəzərdə tutulub. Lider yazır ki, Livana yola düşməzdən öncə Tehranda mətbuat konfransı keçirən İran prezidenti səfərin məqsədinin ikitərəfli münasibətlərin inkişaf etdirmək olduğunu bildirib. Mahmud Əhmədinijadın «Hizbullah»-ın Livanın siyasi həyatında xüsusi rol oynadığı bir ölkəyə səfər etməsi Vaşinqtonu narahat edir. Nüvə məsələsinə görə İrana qarşı ciddi təzyiqlər göstərən Birləşmiş Ştatlar İranın «Hizbullah»-ı dəstəkləməsini Livanın suverenliyi və region üçün təhlükə hesab edir. Mahmud Əhmədinijadın Livana səfəri bu ölkədə də birmənalı şəkildə qarşılanmır. Səfəri dəstəkləyən və qarşı çıxanlar var. Bu arada Livanın Amal və Hizbullah kimi şiə partiyaları öz tərəfdarlarını paytaxt Beyrutdakı aeroporta gələrək İran prezidentini dəstəkləməyə çağırıb. Livanlı analitiklər İran prezidentinin bu ölkəyə səfərini Vaşinqtona meydan oxuma kimi qiymətləndirir. Qeyd edək ki, səfər çərçivəsində iki ölkə arasında enerji əməkdaşlığı sahəsində 450 milyon dollar dəyərində razılaşma imzalanacaq. Bundan başqa Əhmədinijad İsraillə sərhəddəki Livanın cənub hissəsini ziyarət edəcək. Məhs bu bölgədə 2006-ci ildə Hizbullah və İsrail arasında müharibə baş vermişdi.

                                                                                          haqyolu.net             

Комментариев нет:

Отправить комментарий