30.01.2011

Bəxtiyar Hidayət, şeir





…neçə yol bilirəm Tanrıya gedir,

Neçə yol bilirəm ölümə gedir,

Neçə yol bilirəm ölümdən anrıya gedir

Sənin ürəyinə gedən yolların

Amma bircəsini tapa bilmirəm.



Tanrıya gedən yollardan qorxmuram

-Tanrıdan başqa Tanrı yoxdu ki…

Ölümə gedən yollardan qorxmuram

əzrayıldan başqası  yoxdu ki…

ölümdən anrıya gedən yollardan qorxmuram

ya cənnətdi, ya cəhənnəm, başqası yoxdu ki.



sənin ürəyinə gedən yolları

taparsam getməyə verimmi qərar?

Axı mən Tanrı deyiləm

Axı mən Əzrayıl deyiləm
Axı mən adamam, məndən başqası var.

Комментариев нет:

Отправить комментарий