30.01.2011

Hər kəsə 3572 dollar hədiyyə və 14 ay pulsuz ərzaq

Bu barədə sərəncamı Küveyt əmiri imzalayıb Küveyt əmiri dövlət büdcəsindən 4 milyard ABŞ dollarının ölkə vətəndaşları arasında paylanması haqqında sərəncam verib. “Media forum” saytının məlumatına görə, sərəncam Küveytin dövlət müstəqilliyinin 50-ci ildönümü münasibətilə imzalanıb. Küveyt əmirinin digər sərəncamı 14 ay ərzində ölkə vətəndaşlarına pulsuz ərzaq mallarının paylanması haqqında olub. Pulsuz ərzaq mallarını ala bilmək üçün vətəndaşlara xüsusi kuponlar veriləcək. Küveyt rəsmisi Rovzan Əbdüləziz jurnalistlərə deyib ki, əmirin xalqa hədiyyəsi kimi nəzərdə tutulan vəsait - 4 milyard dollar ölkənin 1 milyon 200 min nəfərlik əhalisi arasında bölüşdürüləcək, hər vətəndaşa 3 min 572 dollar ödəniləcək. Küveyt əmirinin pul hədiyyəsi və ərzaq kuponları ölkədə yaşayıb işləyən 2 milyon 400 min nəfər xarici vətəndaşa şamil edilmir. Küveyt əmirinin sərəncamları 2011-ci ilin fevral ayından qüvvəyə minəcək. Ölkədəki neft ehtiyatlarına görə dünyada 5-ci yeri tutan Küveytdə hər bir vətəndaşın aylıq orta əmək haqqı 3500 dollardır.
Bir daha xatırladırıq ki, Küveyt əmiri bu sərəncamı ölkənin müstəqilliyinin 50 illiyi ilə bağlı imzalayıb. Xatırladaq ki, bu il Azərbaycan Respublikasının da müstəqilliyinin 20 ili bayram ediləcək. Hələlik onu deyə bilərik ki, müstəqilliyimizin 20 illiyi ilə bağlı amnistiya veriləcəyi gözlənilir.

Комментариев нет:

Отправить комментарий