10.01.2011

Sionistlər fələstinlini vəhşicəsinə qətlə yetirdi

Deyerler.org. İsrail rejiminin əsgərləri Nablus bölgəsində yerləşən Həmra yoxlama məntəqəsində fələstinlini odlu silahla qətlə yetiriblər. (abna)
Qətlə yetirilənin Cenin yaxınlığındakı Əl-Yamun kəndindən olan 25 yaşlı Xaldun Səmoudinin olduğu müəyyən olmuşdur. Fələstinin Qırmızı Aypara cəmiyyətinin həkimləri bildirmişlər ki, əvvəl rejim əsgərləri hadisənin baş verdiyi yeri bağlı hərbi zona olduğunu söyləmiş və təcili tibbi yardım maşınını 300 metr kənarda saxlamağa məcbur etmişlər.
Hadisə şahidinin sözlərinə görə, Səmoudi yoxlama məntəqəsi yaxınlığında maşından düşmüş və yoxlama məntəqəsinə yaxınlaşarkən rejim əsgərlərindən biri ona dayanmaq əmri vermiş, sonra isə ona atəş açmışdır. Şahid əlavə olaraq bildirmişdir ki, əsgərlər mərhumun paltarlarını çıxarmış və o, qanaxmadan keçinmişdir.

Комментариев нет:

Отправить комментарий