20.01.2011

ÇILPAQLAR ADASI: AZƏRİYƏ

Hüsamə bin Sərxan

“Filfak” Müstəqil Araşdırmalar Mərkəzi



1.HƏR  ÖRTÜK  HİCAB  DEYİL... Qadının yad kişilər qaşısında öz bədən üzvülərini örtməsinin vacibliyi İslamın mühüm şərtlərindən biridir və bu müddəa Qurani-Kərimdə öz əksini tapmışdır. "Hicab" ərəb kəlməsi olub "örtmək", "örtük" mənasındadır və əksər hallarda "pərdə" mənasını da ifadə edir. Çünki pərdə özü də örtük vasitəsidir. Lakin bir çoxları hicabın "pərdə" mənasında olmasını yanlış başa düşdüyündən belə güman edirlər ki, İslam dini qadının həmişə pərdə arxasında, evdə məhbus olmasını və xarici mühitdən təcrid olmasını istəyir. Filosof Şəhid Mürtəza Mütəhhəri bu barədə belə buyurub: "İslamda qadın örtüyü bu mənadadır ki, qadın kişilərin yanında öz bədənini örtsün və öz bədən üzvlərini açıb başqalarına göstərməsin. Quran ayələri də, məhz bu mənanı çatdırır və fəqihlərin fətvaları bu mətləbi qüvvətləndirir". Qeyd edim ki, İran və Hindistan kimi qədim ölkələrdə, eləcə də yəhudi xalqı arasında da hicab mövcud olmuşdur. Tarixi oxusanız görərsiniz ki, onlarda mövcud olan hicab qanunları islami qanunlardan sərtliyinə və amansızlığına görə fərqlənmişdir. Məhşur tarixçi alim Vill Dorant “Svilizasiyaların tarixi “ adlı əsərində yəhudi qövmü və onların qeyri-yəhudiləri lənətləyən Talmud qanunu barəsində belə yazır: “Əgər hər hansı yəhudi qadın bu qanunu pozmaq fikrinə düşsəydi, məsələn, başını örtmədən camaatın arasına getsəydi, ictimai yerlərdə yun əyirsəydi, kişilərlə söhbət edib ucadan danışsaydı və onun səsini qonşular eşitsəydi, onda o qadını heç nə vermədən boşayardılar“.

  “Hicab“ sözü müxtəlif lüğəti mənaları özündə ehtiva edir: örtmək, örtülmək, pərdə... Lakin hər örtük hicab deyildir. O örtükləri hicab hesab etmək olar ki, pərdə arxasında qalmaq mənasını ifadə etsin. Keçmiş dövr və zamanların qadını “pərdə” arxasında saxlamağın müxtəlif şərt və hökmləri ilə tanış olduqca insan dəhşətə gəlir. Məsələn, “heyzli“ (aybaşı) qadınları nəinki cəmiyyətdən, hətta ailədən də təcrid edirdilər. Lakin cəmiyyətdəki təbii proqress qadınların ailədəki və ətrafdakı rollarını formalaşdırdıqca qadın ictimai fiqura cevrilmiş və onun cəmiyyətdəki yeri və mövqeyi dəyişmişdir. Bu günün qadını prezident  baş nazir, millət vəkili, idmançı və şairdir... Bu günün qadını telefon gəzdirir, internetə qoşulur, on saatlarla televiziya ekranları qarşısında oturur, radioya qulaq asır və yəqin ki hicab  davası açan kişilər kimi bəzən “svetnoy“ yuxular da görə bilir . İstəsək də, istəməsək də belədir. Söz yox ki mən yaxşı mənada hicabın əleyhinə deyiləm. Amma bir şərtlə ki o hicabdan günahlarımızı və eyblərimizi gizlətmək üçün deyil, abır və həyamızı qorumaq üçün istifadə edəydik; bizim hicabımız örpək, örtük yox, namus və qeyrətimiz olaydı. Bu günkü mənada hicaba ehtiyac olsaydı  yəqin ki heç Yaradan da Adəm babamızı, Həvva nənəmizi əlbisəsiz yaratmazdı.

 2.HİCAB KİŞİLƏRƏ LAZIMDIR. Başa düşməli və anlamalıyıq ki, nə islama qədərkı, nə islamdan sonrakı hicabın bizə və millətimizə aidiyyatı yoxdur. Hərçənd bu o demək deyil ki, keçmiş zamanlarla müqayisədə qadınlara qarşı ədalətsizlıklərə son qoyulmuş, qadınların “pərdə“ arxasında saxlanması səbəbləri tamamilə aradan qalxmışdır.

 Texnologiyaların tüğyan etdiyi indiki dövrdə hər gün yüzlərlə zorlama hadisələri baş verir ki, nə mütərəqqi Avropa və yəhudiləşmiş Amerika, nə hicablı-hicabsız İslam dünyası bu bəladan xali deyil. Çünki nə qədər ki dünyaya şəhvətpərəst güclərin ehtirasları hökmranlıq edir, bəşər övladının namus və qeyrəti təhlükədədir. Bu gün dırnaqarası insan azadlıqları və demokratiya mahnıları ilə oynaqlayan dövrümüz hicab arxasında gizlənən keçmişimizdən yalnız zahiri xüsusiyyətləri baxımından fərqlənir. Bir zamanlar hansısa bəy-xan hansısa şəxsin arvadını evindən zorla apartdırırdısa, indiki zamanda filan nazirin, başçının, oliqarxın, məmurun qızışmış “gül balası“ müxtəlif yollarla millətin namus-qeyrətini, qız-gəlinini barlara, diskotekalara, gəmilərə və eyş-işrət məqsədi ilə təşkil edilmiş gecə məclislərinə dartıb gətirərək bədbəxt edirlər. Qız-gəlinlərin aldadılaraq oğurlanması, cinsi-istismara və təcavüzə məruz qalması günümüzün dəhşətli reallıqlarındandır. Cinsi əxlaq məsələlərinin ailə mühitindən cəmiyyətə, iş və fəaliyyət sahələrinə doğru yönlədirilməsi isə artıq faciədir və milləti zəiflədir, yəhudilərin cənginə verir.

 Ən dəhşətlisi isə odur ki, bütün bu kimi dəhşətli reallıqların yaradıcısı kişilərdir. Kişisi kişi olan millətin qadınına heç hicab lazım deyil. Kişisi kişi olmayan millətin qadınına da hicab lazım deyil. Hicab qadından çox seksual oriyentasiyası bəlli olmayan Faiq və Samir kimilərə, Qarabağda tank sürmək əvəzinə televiziyada pozğunluğu yayan Zaur Baxşəliyev kimilərə, millətin namusuna təcavüz etməyə fürsət gözləyən şərəfsiz və binamus “erkəklərə“ lazımdır.
 YAZININ DABANI: Çılpaqlaşmaq əsrimizin bəlasıdır. Ancaq azəri-türk qadınına heç yaraşmır. “Çılpaqlıq adası“nın son vətəndaşı olmaq ümidin çin olsun, ablacım!

Комментариев нет:

Отправить комментарий