faktxeber.com
Fahişəlik icazəlidir və alqışlanır, narkotiklərin təbliğatı normal sayılır, amma hicab qadağandır
Hicab mövzusu dünyada müxtəlif ölkələrdə, müxtləlif şəxslər tərəfindən mənfi və ya müsbət şəkildə səciyyələndirilir. Hər bir şəxs buna öz vicdanı ilə müzakirələr apararaq qiymət verir. Bu yaxınlarda Rusiya radiolarının birində gözəl müzakirə olub. Uzun müddətdir internet saytlarında böyük marağ doğuran və hicabın müdafiəsinə yönələn, Rusiyanın 1-ci telekanalın aparıcısı Maksim Şevçenkonun iştirakı ilə “Exo Moskva” radiosunun efir stenoqramını sizə təqdim edirik.
Aparıcı: Ancaq çox pis haldır ki, sizin adlandırdığınız Avropa liberal dəyərlərini Rusiyanın vətandaşlarına başa salmaq mümkün deyil.
Maksim Şevçenko: Mən ümidvaram ki, onlar belə murdarçılıqlara qulaq asmayacaqlar. Tərbiyəli insanlar belə iyrənc sözlərə qulaq asmırlar. Bizə elə Fransa kifayətdir ki, orada qadına dini geyim geyinməyə qadağa qoydular. Fikrimcə, bu təcrübə Rusiyada çox diqqətlə araşdırılıb və Avropanın hara getdiyindən nəticələr əldə olunacaq.
Aparıcı: Siz üzünü tam bağlayan və yalnız gözlərini göstərən o dini geyimi nəzərdə tutursunuz?
Maksim Şevçenko: Axı qadının necə geyinməsinin nə fərqi var? Əgər siz Olya başınıza yalıq və gözəl qollarınızı tam örtən bir paltar geyinmək istəsəniz, məgər mən sizə bunu qadağan edə bilərəm və ya sizə necə geyinmək barədə göstəriş verə bilərəm? Onda azadlıq nədir? Deməli azadlıq ondan ibarətdir ki, xanımlar çılpaq, lüt qarın ilə, deşilmiş göbək ilə, başlarında hansısa göy xayer ilə gəzsinlər....
Bu sizcə normaldır, hə?! Qadınlar hər vaxt və hər yerdə öz bədənlərini satıb, Hollandiyada olduğou kimi vitrinlərdə dursunlar. Bu normaldır, hə? Amma qadının örtülməsi....
Aparıcı: Siz o kişilərə aidsiniz ki, qadın çılpaq qarın və qısa yubka ilə gəzdiyi üçün onu avtomatik tində öz bədənini satan iddia edirsiniz.
Maksim Şevçenko: Xeyr, avtomatik deyil. Sadəcə olaraq Amsterdamın vitirnlərində öz bədənlərini satan qadınlar durur. Amma qadın özünü satmaqdan imtina edirsə, öz üzünü və bədənini örtmək istəyirsə - bu ona qadağandır...Bu nə cəmiyyətdir? Bu nə cür azadlıqdır?!
Aparıcı: Bəs birdən o, öz bədəni və üzünü bağlamaq və satmaq istəmirsə, onda nə?
Maksim Şevçenko: Fahişələrə hər yerdə dayanmağa icazə verilir, fahişəlik icazəlidir və alqışlanır, narkotiklər və onların təbliğatı – liberal dünyanın normal diskursu (yolu) sayılır.... Amma bundan imtina qadağandır. Və bu qadağa yalnız müsəlmanlara tətbiq olunmur. Mən bilirəm ki, orada katolik qızlara xaç geyinməsi də qadağandır.
Aparıcı: Narkotiklərin təbliğatı islam aləminin də yoludur.
Maksim Şevçenko: Mənə deyin, islam aləmində narkotiklər harada açıq təbliğ olunur? Hansı islam ölkəsində, marixuana, həşiş və digər narkotiklərin satışı üçün nəzərdə tutulmuş Kofe-şoplar haqqında qanun qəbul olunur? Belə bir islam ölkəsinin adını çəkin.
Aparıcı: Yaxşı. Deməli insanlar bir mədəniyyətdən başqa bir mədəniyyətə, Avropa ölkəsinə, qadınların müəyyən formatda geyindikləri yerə gəliblər...
Maksim Şevçenko: İstədikləri kimi geyindikləri!
Aparıcı: Bəli, istədikləri kimi geyinmək....
Maksim Şevçenko: Müsəlman xanımlar da bax belə geyinmək istəyirlər! Axı nəyə görə onlara hansısa məxsusi paltarı zorla geyindirmək istəyirlər?!
Aparıcı: Fransızlar və ya belçikalılar, dəqiq yadımda deyil, deyirlər ki, balaca uşaqlar qara paltarda və yalnız nazik bir parçadan gözləri görsənən qadınlardan qorxurlar....Avropa uşaqları belə qorxulu və qara qadınları görməyə öyrəşməyiblər...
Maksim Şevçenko: Amma bu uşaqlar iylənmiş panklardan qorxmurlar? Bu normal sayılır? Vitrinlərdə duran fahişələrdən uşaqlar qorxmurlar?! Bullon meşəsində olan transvestitlərdən uşaqlar qorxmurlar?! Amsterdamın küçələrində ekstravaqant paltarlarda gəzən homoseksualitlərdən uşaqlar qorxmurlar?!
İndi müsəlman, pravoslav və katolik xanımların dini geyimləri uşaqlar üçün təhlükəlidir. Bax elə ayrı-seçkilik burdan əmələ gəlir! Bax elə burda həmən bir şey əmələ gəlir ki, biz buna görə həmişə liberal olan Qərb ilə mübarizə aparacağıq.
Aparıcı: Pravoslav və katolik xanımın dini geyimi nədən ibarətdir ki?
Maksim Şevçenko: Sizə deyim, məhz elə Fransada uşaqlar və qızlar üçün məktəblərdə xrisitian xaçların geyilməsinin qadağası haqqında müzakirələr gedib
Aparıcı: Axı bu katolik xanımın ənənəvi geyimi deyil.
Maksim Şevçenko: Katoliklər xaçsız gəzməməlidir, siz bunu bilmirsiniz? Ümumiyyətlə biz Avropa normaları haqqında danışanda unuduruq ki, Avropada da çox ənənəvi olan kilsə var. Mən “Euronews” kanalında 40 dəqiqəlik bir reportaja baxırdım. XVI Papa Benedikt haqqında belə dəhşətli şeylər danışırdılar. Təəccüb edirsən! Başa düşürsünüz?.. Biz müdafiə olunacağıq.
Aparıcı: Avropada özünə məxsus münasibətlər və geyim sistemi formalaşıb.
Maksim Şevçenko: Orada heç bir şey formalaşmayıb!
Aparıcı: Bizdə də formalaşıb.
Maksim Şevçenko: Onda oranı (Qərbi) azad cəmiyyət adlandırmayın. Biz gərək deyək ki, bu cəmiyyət transvestitlər üçün azaddır! Lütlənmək üçün azaddır! Öz arvadlarını nümayiş etdirmək üçün azaddır! Amma bu cəmiyyət inanclı insanlar üçün azad deyil. Deməli, Qərb elə bir yerdir ki, orada dindarlar özlərini azad hiss edə bilmirlər! Bax ayrıseçkilik elə bundadır. Bax elə bu prinsipə görə, bizdə iki ayrı cəmiyyətlər olacaq. Və mən istəmirəm ki, nə vaxtsa mənim ölkəmdə dindarlar özlərini azad hiss edə bilməsinlər.
Aparıcı: Dindar insanlar özlərini başdan ayağa örtüb gəzən insanlardı, hə?
Maksim Şevçenko: Dindar ya qeyri dindar onlardı ki, özləri necə lazım bilir elə də gəzirlər! Və nə prokuror, nə polis, nə də ki müxbir onlara necə gəzməyə göstəriş verə bilməz! Bu onların öz şəxsi işidir!
Aparıcı: Niyə digər dövlətə gələrkən onların mədəniyyəti barədə maraqlanmayasan? Hətta ruslar ərəb və müsəlman ölkələrinə gedəndə spirtli içkilər qəbul etmirlər, çünki orada bu müsbət qəbul olunmur. Və sizin məntiqinizə əsaslanıb demək olar ki, orada azadlıq yoxdur...
Maksim Şevçenko: Bəyəm Avropada rahiblik yoxdur? Bəyəm Avropada öz bədənlərini və üzlərini örtən qadın yoxdur?
Aparıcı: Var
Maksim Şevçenko: Bu ənənəvi avropa geyimi deyilmi?
Aparıcı: Siz Allah, niyə deyil....
Maksim Şevçenko: Amma qadın öz üzünü bir az çadra ilə örtürsə, bu olmaz hə?
Aparıcı: Axı nəyə görə, digər ölkəyə gedərkən, burada necə yaşamağı və özünü aparmaq qaydası ilə maraqlanmayasan? Və oraya uyğunlaşmağa cəhd etməyəsən.
Maksim Şevçenko: Uyğunlaşasan yəni öz mənəviyyatından imtina edəsən? Öz dəyərlərindən?
Aparıcı: Axı ruslar müsəlman ölkələrinə gedərkən öz mənəviyyatlarından imtina edirlər!
Maksim Şevçenko: Yəni siz demək istəyirsiniz ki, rusların canı– içki içməkdir?
Aparıcı: Rusların canı– müsəlmanlardan fərqli olan içkiyə olan münasibətləridir.
Maksim Şevçenko: Deməli siz hesab edirsiniz ki, rusların xüsusiyyəti içki içmək, amma müsəlmanların xüsusiyyəti qadınların üzün bağlamaqdır?
Aparıcı: Xeyr, mən hesab edirəm ki, ölkə vətəndaşlarına hörmət edib bəzi ənənələrdən imtina etmək olar.
Maksim Şevçenko: Yəni siz hesab edirsiniz ki, müsəlman qadın hörmət edib soyunmalıdır?! Əgər o soyunsa deməli bu ədəblidir! Düzdür?
Aparıcı: Xeyr, heç kim soyunmağı təklif etmir.
Maksim Şevçenko: Siz qadın olaraq, digər qadınlara öz istədikləri kimi geyinməyi qadağan edirsiniz.
Aparıcı: Mən qadağa etmirəm. Biz bir neçə dəqiqəlik fasiləyə ayrılırıq.
Moskvanın Səsi Radiosu, “Xüsusi fikir” verilişi
Tərcümə etdi: Nərgiz Kazımlı, Samir Əliyev
Комментариев нет:
Отправить комментарий