FaktXeber.com-un verdiyi məlumata görə, ölkə hakimiyyətini sərt tənqidi çıxışından sonra həbs olunan Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov, hazırda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müvəqqəti saxlanma təcridxanasında saxlanılır. AİP sədrinin həbsdə olduğu müddətdə, onun həyat-yaradıcılığı və keçdiyi siyasi yolu barədə araşdırma apardıq. Yaxınları ilə söhbətdən sonra, Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovun partiya sədrindən əlavə, qayğıkeş ata, istedadlı həkim, savadlı zabit və böyük din alimi olduğu müəyyənləşdi.
Atası Mərdan Səmədovla bir yerdə
Quba rayonunda Ambulatoriyanın baş həkimi... Mövsüm Səmədovun evinə yollanan müxbirimiz, orada ailə üzvləri tərəfindən isti qarşılandı. Əvvəlcə həyat yoldaşı Səmədov Mövsüm barədə danışan Mehparə xanım, ona istedadlı insan kimi qiymət verdi. “Səmədov Mövsüm Mərdan oğlu 1965-ci il, sentyabr ayının 4-də Quba şəhərində anadan olmuşdur. Qubanın 3 №-li orta məktəbinin məzunudur. 1983-cü ildə M.Səmədov Azərbaycan Tibb Universitetinin “Müalicə proflaktika” fakultəsinə qəbul olub və 1990-cı ildə “Teropevt” dərəcəsi ilə universiteti bitirib. Bundan sonra isə bir il ərzində əsgərliyə getmiş və “zabit-leytinat” dərəcəsi almışdır. Universiteti bitirdikdən sonra, S.Mövsüm 2 il müddətində Qusar rayonunun Digah kəndində Ambulatoriyanın baş həkimi vəzifəsində çalışmışdır”.
Xalq Hərəkatı ilə başlayan siyasi fəaliyyət... Mövsüm bəyin xanımı bundan əlavə bildirdi ki, “Hazırda başımıza gələnlər 90-cı illlərə və siyasi hadisələrə oxşar olduğu üçün, onu deyə bilərəm ki, M.Səmədov da bu hadisələrdə yaxından iştirak etmiş və Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəal üzvlərindən olmuşdur. O, 90-ci ildən AXCP-yə üzv olub və siyasi fəaliyyətə də buradan başlayıb. Mövsümün 20 yanvar hadisələrindən sonra, İslam dininə olan meyli artır və Azərbaycan İslam Partiyasına (AİP) üzv olur”. Mehparə Səmədova bundan əlavə qeyd etdi ki, 1995-ci ildə M.Səmədov dini təhsil almaq üçün İranın Qum şəhərinə gedir və orada Qum Elmi Mərkəzinə qəbul olur. Təqribən 6 il müddətində təhsil alır. 2002-ci ilin fevral ayında öz vətəninə qayıdır. 2007-ci ildə Mövsüm Səmədov AİP-in sədri seçilib və hazırda partiyanın sədri vəzifəsində çalışır.
Sosial məsuliyyətini dərk edən fədai... “M.Səmədov yaxından tanıyan insan kimi bunu demək istəyərdim ki, özü həkimdir və maddi cəhətdən də imkanlı ailədən çıxıb. Bütün bunlara baxmayaraq, özünə dinc həyat tərzi yox, ictimai və siyasi vəziyyətdən çox, coşqun həyat tərzi seçib. Öz xalqının siyasi və ictimai mövqeyi, çətinlikləri M.Səmədovu yaxından maraqlandırır. Bütün bunlar bir insan kimi onun üstünlüyünü bizə çatdırır və onun vicdanı camaatın çətinliklərini görəndə onu narahat etməyə bilmir. Hacı, öz xalqının asayişini, rifahını öz dincliyindən, öz rahatçılığından daha üstün tutur”-deyə Səmədova əlavə edib.
Sağda Mövsüm Səmədov əsgərlikdəki şəkili
Qayğıkeş ata... AİP sədrinin qayğıkeş ata rolunu çox uğurla yerini yetirdiyini söyləyən onun xanımı, “Mövsüm Səmədov bir ata kimi övladalarına həmişə həm mehriban, həm də ciddi olub. Onların hər tərəfli inkişaf etməyinə daima maraqlanan qayğıkeş atadır. Amma ictimai və siyasi fəaliyyət, onu çox məşğul etdiyi üçün təbii olaraq ailəsi ilə çox maraqlana bilmir. Bu cəhətdən uşaqların dərsi, gündəlik tələbat mənim üzərimə düşür. O, gündəlik həyatında çox nizamlı bir insandı, proqramsız bir iş görmür. Məsələn, nə vaxt durmaq lazımdı, nə vaxt mütaliə etmək lazımdı və s. bunların hamısını özü proqramlaşdırır”-deyə bildirib..
“Halal-harama riayət edər, başqalarına deməmişdən öncə özü əməl edərdi”. AİP sədrinin xanımı Mövsüm Səmədovun çox mömin bir şəxs olduğunu qeyd etdi və onun ibadətinin həmişə yerində və kamil olduğunu söylədi. “Gecə nə vaxt dursam onu ibadətdə görürdüm. Hacı gecə namazlarını həmişə qılır, demək olar ki, heç vaxt gecə namazını tərk etməyib. İnsanlarla ünsiyyətdə çox mehriban və ədəblidi. İnanmıram ki, indiyə qədər kimsə ondan ədəbdən uzaq bir söz eşitmiş olsun, ya bir hərəkət görmüş olsun. Həmişə çalışır özünü sakit, təmkinli və vüqarlı aparsın. Həmçinin valideyinlərinə qarşı həmişə böyük ehtiram göstərir. Valideyinləri tərəfdən ona hörmətsizlik olunsa belə, hacıdan mən onlara qarşı heç vaxt hörmətsizlik görməmişəm. Bunu da qeyd edim ki, İslamın qaydalarına, xüsusən də halal-harama çox riayət edərdi. Başqalarına deməmişdən əvvəl, birinci özü əməl edərdi. Məxsusən, yemək məsələsində halal-harama riayət edəni onun kimisini görməmişəm”-deyə xanım Mehparə Səmədova qeyd edib.
İslama, təmizliyə dəvət... AİP sədrini gecə-gündüz xalqını düşünən insan adlandıran Mövsüm Səmədovun qaynanası Məmmədrzayeva Məryəm, ”Hacı, hər cəhətdən təmiz insandı. O, həkimliyi oxusa da, elmi və Quranı çox sevir. Quran yolunda canınan da keçər. Gecə-gündüz millətini düşünür və onu çox sevir. O həmişə deyərdi ki, millətim təmiz olsun, içən olmasın, çəkən olmasın, pis yollara düşməsin, oğurluq olmasın. Hacı daima təmiz qəlbli insanlarla oturub-durardı. Həmçinin ailəsi də. Qohumları içərisində əyri yolda olanı olsa da, onları İslama dəvət edib, düzgün yol göstərərdi”-deyə söyləyib.
Məhəbbət və səmimiyyət dolu ata... Həbsdə olan Mövsüm Səmədovu mehriban ata kimi vəsf edən Səmədova Zəhra, onun Məhəmməd peyğəmbərin(s) yolu ilə getdiyini söylədi. “Atam çox çalışardı ki, biz elə kiçik yaşdan Quranla, İslam dini ilə ünsiyyətdə olaq, bu dinlə böyüyək və bu dinə tabe olaq. O, bizə həmişə Peyğəmbər (s) və onun Əhli-beytinə layiqli davamçı olmağımızı və bunlardan ibrət almağımızı tapşırardı. Atamız axşamlar bizim üçün yuxuya getməmişdən qabaq Peyğəmbərlərdən (s), imamlardan (ə.s) nağıllar, rəvayətlər danışardı. Çox istəyərdi ki, biz də o həzrətlərin ardıcılları kimi öz yolumuzu davam edək, onların xadimləri kimi insanlar olaq. Bundan əlavə çox çalışardı ki, həmişə süfrəmizə halal tikə gətirsin. Mən və qardaşım kiçik yaşlarımızdan atamızdan mehribançılıqla namaza və dinin digər əməllərinə dəvət etməkdən başqa bir şey görmədik. Həmişə çalışardı ki, yaxşı əxlaqla, mehribançılıqla bizi bu dinə, Allahın yoluna dəvət etsin. İmam Hüseyni (ə) həmişə bizə nümunə göstərərdi və deyərdi ki, Zeynəbi-Kubradan (s.ə), Rüqəyyə xanımdan və digər böyük şəxsiyyətlər kimi səbrli, dözümlü olaq. Çox istəyirdi ki, namazlarımızı vaxtında qılaq. Məhəbbətlə və səmimiyyətlə bizə deyərdi ki, Allahın buyuruqlarına tabe olun. Məxsusən məni hicaba çox təşviq edərdi. Fatimeyi-Zəhra və Həzrəti Məryəmi mənim üçün örnək qoyardı və deyərdi ki, bu böyük xanımlardan ibrət al, hicaba çox diqqət et. Mən də çalışardım ki, atamın sözlərinə qulaq asım və dediklərinə əməl edim” Mövsüm Səmədovun qızı bildirib.
Samir Əliyev, Nərgiz Kazımlı |
Комментариев нет:
Отправить комментарий