28.01.2011

Cənub bölgəsi və Milli Məclis

Əvvəllər deputatların sayına görə Masallı lider idi, indi isə Yardımlı öndədir Təxminən 10 il öncə Milli Məclisdə təmsil olunanlardan 5 nəfəri Masallı rayonundan idi.

1. Vəsadət Əzizov – Masallının Qızılavar kəındindəndir. 71 saylı Masallı Seçki Diaərsindən seçilmişdi.
2. Əhəd Abıyev – Masallıdandır. 70 saylı Seçki Dairəsindən seçilmişdi.
3. Əlimməd Nuriyev – Masallı rayonunun Ərkivan qəsəbəsindəndir, Yasamal rayonundan seçilmişdi.
4. Tapdıq Kamalov – Masallı rayonunun Hacıtəpə kəndindəndir, Sabunçu rayonundan seçilmişdi.
5. Qulamhüseyn Əlibəyli – Masallı rayonunun Köhnə Alvadı kəndindəir. AXCP-nin siyahısı ilə seilmişdi.
Qeyd: Hazırda Milli Məclisdə cəmi bir masallılı deputat var – Nəriman Əliyev.
Liderliyi isə yardımlılar edir.
Belə ki, 125 deputatın 3-ü Yadımlıdandır.
Sabir Rüstəmxanlı- Yardımlının Hamarkənd kəndindəndir, 72 saylı Yardımlı-Masallı Seçki Dairəsindən seçilib.
Fəzail İbrahimli- Yardımlının Çanaxbulaq kəndindəndir – 69 saylı Masallı-Cəlilabad-Biləsuvar seçki dairəsindən seçilib.
Musa Qasımlı - əslən Yardımlının Hamarkənd kəndindəndir, Sumqayıt şəhərindən seçilib, elə alternativi də yardımlılı olub- Mirmahmud Mirəli oğlu.
(Bu göstərici də maraqlıdır ki, ölkə üzrə Milli Məclisə bir kənddən- Hamarkənddən 2 deputat verilib )
Hələ bununla “ürəyi soyumayan” yardımlılar Cəlilabaddan millət vəkili seçilən Mirkazım Əliyevi də özlərinki hesab edir. Mirkazım Əliyev Cəlilabad rayonunun Hasıllı kəndində anadan olsa da, əsli Yardımlının Osnağaran kəndindəndir.
Maraqlı cəhətlərdən biri də odur ki, Sabir Rüstəmxanlının təmsil etdiyi Vətəndaş Həmrəyliyi Partiyası hazırda Milli Məclisdə ən çox deputatLa, 3 millət vəkili ilə təmsil olunan partiyadır. (S. Rüstəmxanlı, F. İbrahimli, R. Hüseynov)

yardımlı.net

Комментариев нет:

Отправить комментарий