24.01.2011

Cühudlar Afinaya toplaşır

Amerikanın ən güclü Yəhudi təşkilatları, bu ölkənin dövlət katibi Hillari Klintonun Afinaya səfəri zamanı konfrans keçirməyə hazırlaşır

FaktXeber.com-un Yunanıstanın "Eelefterotipiya" qəzetinə istinadən verdiyi məlumata görə, ABŞ-da Yəhudi vətəndaş cəmiyyəti təşkilatlarının yaratdığı Böyük Amerika Yəhudi təşkilatların başçıları, Yunanıstanın paytaxtı Afina şəhərində konfrans keçirməyi planlaşdırır. Yunanıstanın baş naziri Yorqo Papandreunun dəvəti ilə Afina və Təl-Əviv arasındakı strateji yaxınlaşmanı güclədirmək məqsədiylə 8-13 fevral tarixində keçirilməsi planlaşdırılan yığıncağa, ABŞ və Avropadakı yəhudi təşkilatların təxminən 70 rəhbərinin qatılacağı bildirilir.

Qeyd edək ki, Amerikanın ən güclü Yəhudi təşkilatları, bu ölkənin dövlət katibi Hillari Klintonun Afinaya səfəri zamanı konfrans keçirməyə hazırlaşır. Bu yolla yəhudi təşkilatların konfransı Klintonun səfərinin kölgəsində qalacaq.

Комментариев нет:

Отправить комментарий