Bu ilin fevralında Bakıya qonaq gələn tanınan rusiyalı televiziya şərhçisi Vladimir Maslaçenko Qus Hiddinkə sərt mesaj göndərib.Moskva “Spartak”ın və SSRİ yığmasının veteran qapıçısı milli komandalarının holland baş məşqçisinə qapını göstərib.
Maslaçenkonun fikrincə, Hiddinkə Rusiyada daha yer yoxdur: “Rusiya yığmasının Lixtenşteynlə oyunu olmasaydı, bunu 1 aprel zarafatı kimi qəbul etmək olardı. Komanda Azərbaycanla görüşlə müqayisədə yeni bir şey demək olar göstərmədi. Allaha şükür ki, biz birtəhər qələbə qazandıq və iki oyunda altı xal qazandıq. Hiddinkin dövründə cəmi iki normal, layiqli, istədiyimiz oyunu göstərdik. Hiddink yığma oyunçularımızı çox yaxşı bilir, “Çelsi”də isti yeri, bu klubun sahibi ilə həqiqətən də əla münasibətləri var. Ona yaxşı məsləhətim var – komandamızı ümumiyyətlə rahat burax. Qoy “Çelsi”də işləsin. Hiddinkə, Rusiyanın əməkdar məşqçisinə burada daha iş yoxdur. Vəssalam”.
Qeyd edək ki, Maslaçenko iki ay öncə AFFA rəhbərliyinin dəvəti ilə Bakıda keçirilən beynəlxalq futzal turnirinin bağlanış mərasiminə dəvət olunmuşdu. apa.az
Комментариев нет:
Отправить комментарий