Yeni ilin ilk günlərindən ANS telekanalının efirində "İlluminanti"lərin emblemi peyda olub
Artıq yeni ilin ilk 5 gününü arxada qoymuşuq. Telekanallarda bayram əhval-ruhiyyəsi hələ də davam edir. Sanki yarışa giriblərmiş kimi mənasız əyləncəli verilişlər bir-birini əvəzləyir. Amma məsələ bununla bitsəydi dərd yarıdır.
Belə ki, ötən ilin 7 noyabrında keçirilmiş Parlament Seçkilərindən dərhal sonra baş vermiş seçki saxtakarlıqlarından sadəcə birini işıqlandıran ANS telekanalı təzyiqlərlə üzləşməli oldu. Vergilər Nazirliyi telekanalda belə demək mümkünsə dərin yoxlamalara başladı. Bu yoxlamalar əsnasında telekanal rəhbərliyindən birinin işinə xitam verildi. Seyfulla Mustafayev işində yol verdiyi nöqsanlara görə, vəzifəsindən uzaqlaşdırıldı. Və ANS ətrafında yaranmış söz-söhbətlər başladığı kimi, dərhal da sovuşdu. Niyəsi isə bilinmədi. Çünki düşünmək olmaz ki, ANS telekanalı sadəcə Seyfulla Mustafayevlə təzyiqlərdən sovuşdu.
Amma deyəsən xoruzun quyruğu yavaş-yavaş görünür. Belə ki, yeni ilin ilk günündən etibarən, ANS-in efirində reklam dəqiqələri “İlluminati” mason lojasının loqosunun görüntüləriylə başlayırdı. Yəqin ki, diqqətli oxucular ANS-in efirində görüntülənən bir anlıq kadrı sezməmiş deyillər. “İlluninati” mason lojasının bu loqosu dünyaca məşhurdur. Bəs görəsən ANS efirində belə bir görüntünün yayımlanması hansı məqsədlərə xidmət edir? Həmçinin qeyd edək ki, ANS, Azərbaycan televiziyalarında mason emblemlərinə müraciət edən ilk televiziya deyil.
Obyektivlik naminə qarşı tərəfin də mövqeyini dinləməyə və dərc etməyə hazırıq.
Qeyd etmək yerinə düşərdi ki, sözügedən mason lojası 1776-cı ildə Almaniyanın Münhen şəhərində, Adam Weishaupt adlı Kabbalaçı bir hüquq professoru və Baron von Kniggenin rəhbərliyində qurulan gizli bir birlikdir. “İlluminati”, "İşıqlanmış Olanlar" mənasını verməkdədir. Birliyin quruluş məqsədi cəhalətlə, təzyiqlə və kilsə qanunlarıyla mübarizə etmək olub. Hər nə qədər əsl məqsəd, işıqlanaraq dini qanunlardan uzaq, azad düşüncəni və Nyutonçu elmin önünü açmaq idisə də, daha sonralar gizli siyasi məqsədləri olduğu ortaya çıxdı.
Babək Xaliqoğlu abna.ir
Bu emblemi bu yaxınlarda bakıdakı yeni salınmış yolların birində də gördüm. gənclik tərəfdə... maraqlıdı...
ОтветитьУдалить