09.01.2011

Təbrik edirik, Böyükxan müəllim!

 Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun “Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni təqvim ili münasibətilə” keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinə yekun vurulmuşdur.

 Qaliblər sırasında istedadlı yazıçı, “Yeni gün” qəzetinin baş redaktoru və “Sözün işığı” jurnalının redaksiya heyətinin üzvü Böyükxan Bağırlı da vardır. O, “Müstəqilliyə gedən yol” adlı məqalə ilə müsabiqədə iştirak etmiş və qalib gələrək Fondun diplomu və pul mükafatı ilə təltif olunmuşdur.

 Bu böyük uğur münasibətilə qələm dostumuzu təbrik edir, ona yaradıcılıq sahəsində yeni-yeni uğurlar diləyirik. 



                                                                                      “Sözün işığı”

Комментариев нет:

Отправить комментарий