15.09.2011

Meşə qanunları

İbrahim Sel 
Professional Oxucu Liqası

ABŞ istədiyi qədər qan tökə bilər, neçə-neçə xalqı zəlil günə salar, amma ona heç kim söz deyə bilməz

Ən müasir silahlarla hər şey məhv edilir; nə abidə qalır, nə ziyarətgah, torpaq od tutub yanır, ekoloji fəlakət baş verir, bütün maddi sərvətlər oğurlanır, sağ qalan körpələrin çoxunun dili tutulur, sarılıq gətirir 

 Arada Animal planet”ə baxıram. Vəhşi heyvanların həyatı ilə bağlı çəkilmiş lentlərə baxmağı sevsəm də, amma canlıların (istər əhiləşdirilmiş ev heyvanı olsun, istərsə də vəhşisi, fərqi yoxdur) mühafizə və müalicəsindən bəhs edən süjetlər daha maraqlıdırlar. Xəstələnmiş, ya xəsarət almış heyvanlara tibbi yardım göstərən məntəqələrdə mütəxəssislər nələr etmirlər? Heç demə ABŞ-ın elə bir ştatı, elə bir şəhəri yoxmuş ki, orda hər cəhətdən təchiz olunmuş belə məntəqə gecə-gündüz işləməsin. Müxtəlif süjetlərə baxdığın əsnada onu eşidirsən ki, bəs heç demə filan Con, ya Elizabet bir pişiyin, ya da itin ayağını vurub şikəst edib. Ekranda gördüyümüz kimi görkəmli zooloq həkimlər hal-hazırda zavallı pişiyin (ya da itin) ayağını, pəncəsini sağaltmaq üçün özlərinə əl qatıblar. Heyvanları mühafizə cəmiyyəti və polis (!) təqsirkarı məhkəməyə veriblər. Onu ya həbs, ya da çox böyük məbləğdə cərimə gözləyir. Onu da dəqiq bilirəm ki, belə adamı lap yüz min dollar da rüşvət versə məsuliyyətdən azad etmirlər.
 Məsələnin bu tərəfi ilə işim yoxdur. Məni bu uğurlu təbliğat təbdən çıxarır... Həmin bu iblis imperiyasının fitnə-fəsadının ucbatından Afrikada körpə uşaqlar aclıqdan, xəstəlikdən milçək kimi qırılırlar. Yaxın Şərqdə nələrin baş verdiyini də bilirik. İraqda, Əfqanıstanda gündə min körpə bomba və raketlərin altında parça-parça da olsa, bu ABŞ-ın vecinə deyil. Liviya neftini də yəhudilərin əlinə vermək üçün ölkə əhalisinin başına gecə-gündüz bombalar yağdırır. Amma bir sahibsiz zibillik itinin sınmış ayağının gipsə qoyulması milyonlara göstərilir, yəni qoy hamı görsün və bilsin ki, ABŞ kimi rəhmdil, adil dövlət Yer üzündə yekdi! Ölüm ayağında olan iki balınanı buzlaqdan okeana ötürmək üçün 100 milyon dollar sərf etdilər. Əsl iblis riyakarlığı, əsl yezuit məkri bax, buna deyirlər. Hansısa su quyusuna düşmüş küçüyün xilas edilməsi əməliyyatını elə ustalıqla lentlərə çəkib, elə tərzdə göstərirlər ki, elə bil söhbət Somali, Sudan aclarının firavan günlərə çıxarılmasından gedir.
 HAŞİYƏ: Bu yaxınlarda Bakıda keçirilən sammitdə İran prezidenti Əhmədnejad çox maraqlı bir məqama toxundu. ABŞ-da 53 qadına ölüm cəzası verilib, amma heç kim bunu ədalətsiz adlandırmayıb. “Orada verilən hökmün qanuni olduğu deyilir, İranda beə hökm çıxarılanda isə İNSAN HAQLARININ POZİLMASI kimi qələmə verilir”. Doğrudan da maraqlıdır, nə üçün orada edilən edamlarla bağlı heç kim səsini çıxarmır, İranda isə həyata keçirilməyən hökm ətrafında səs-küy qaldırılır?
 İnaqurasiya mərasimi keçirməmiş Obamanın İranı təhdid etməsi bəzi qaranlıq əmmalara işıq saldı. Proqnozumda səhv etməmişdim, cümləsinin əvvəli ilə axırı düz gəlməyən, imperiyanı ağır maliyyə böhranına salmış, bütün türk-islam dünyasının nifrətini qazanmış bədnam Buşun yerinə qaradərili adamın gətirilməsi mason-sionist alyansına hava və su kimi lazım idi. Bir güllə ilə bir yox, bir neçə dovşan vurulur. Əvvəlcə hər yerə, ələlxüsus bütün türk-islam dünyasına satqın KİV ilə Obamanın müsəlman olması barədə şayiələr, mötəbər mənbələrdən əldə edilmiş xəbərlər yayılır. Bəli, bir müddət hamı işini-gücünü buraxıb Obamanın Keniya müsəlmanları ilə yaxın qohumluğundan dəm vurur. İkinci, tamam başqa məzhəblərə qulluq edən on milyonlarla qaradərili insanlarda ABŞ-a qarşı münasibət dəyişir. Yəni ABŞ-ı çox nahaq yerə bütün cinayətlərdə suçlayırlar, o demokratiyanın dayağı olmasaydı, heç qaradərili adamı prezident seçərdilərmi heeeç? Qərinələr boyu ABŞ-da qaradərili insanlara qarşı törədilmiş haqsızlıqları hamı bilir, irqçilik, dözümsüzlük, zəncilərə yuxarıdan aşağı baxmaq, “İtlərə və zəncilər giriş qadağandır!” lövhələri, onları adam yerinə qoymamaq və sair bu kimi “demokratik və humanist” əməllər amerikalıların hələ də beyinlərindən silinməyib. Amma Obamanın seçilməsi elə bil bütün streotipləri, təsəvvürləri alt-üst edir, guya dünya ABŞ-da sağlam mühitin hökmran olmasına inanacaq.
 Obama başqa cürə də danışa bilməzdi, çünki iblis imperiyasının ali, pozulmaz məram və niyyəti heç nəyə və heç kimə qurban verilmir. Ümumdünya jandarm rolunu oynayan ABŞ müstəqil olmaq istəyən ölkələrin haqq-ədalət uğrunda apardıqları mübarizəsini istədikləri məcraya salıb idarə etmək üçün müxtəlif qondarma beynəlxalq təşkilatların köməyi ilə onlara hər cürə saziş və konvensiyalar qəbul etdirir. Çox keçməmiş məlum olur ki, bütün saziş və konvensiyalar bilavasitə olaraq həmin ölkələrin əleyhinə işləyir. ABŞ-ın sadiq müttəfiqinə qarşı çıxış edən, Vaşinqtonla məsləhətləşmədən siyasət yürüdən hər hansı bir ölkə çox asanlıqla hər hansı cinayətdə suçlana bilər. Baş əymirsənsə, yəhudi təbəəliyinin həyat tərzini qəbul etmirsənsə, homoseksualistlərə, pedofillərə, insanlıq simasını itirmiş hər cürə zümrəyə tam azadlıq vermirsənsə, deməli ya terrorçusan, ya da islam fundamentalisti!
 Qəzetləri, telekanalları izləyin, görün qan içində çabalayan müsəlman ölkələridir, ya ABŞ-İsrail? Bəli, terroru heç kimi dəstəkləmir, faciə isə bundadır ki, hegemonluq edən hər hansı bir superdövlət istədiyi qədər qan tökə bilər, mənafeyi naminə neçə-neçə xalqı zəlil günə salar, amma ona heç kim söz deməyəcək. Divara qısnadılmış, bütün yəhudi dünyasının biganə nəzərləri altında böyüyü də, körpəsi də planauyğun tərzdə məhv edilən, dini, milli heysiyyatı hər an təhqir olunan xalqın övladları bilərəkdən gedər-gəlməzə yollanırlarsa, bu, cinayət sayılır. Ən müasir silahlarla hər şey məhv edilir, nə abidə qalır, nə ziyarətgah, torpaq od tutub yanır, ekoloji fəlakət baş verir, bütün maddi sərvətlər oğurlanır, sağ qalan körpələrin çoxunun dili tutulur, sarılıq gətirir,- bütün bunlar qanunidir, çünki belə zinakarlığı törədən ABŞ-dır. Sionistlər belə istəyir. ABŞ-İsrail cütlüyüdürsə, deməli demokratik dəyərləri qoruyur! Yaxınları, əzizləri göz qabağında qanlarına qəltan olunmuş fələstinli, ya da əfqan, ərəb, liviyalı adi partlayıcıya, ya avtomata əl atanda olur terrorist. Əcəb məntiqdir!
 Obamanın müsəlman olması barədə xəbərlər ağ yalan çıxdı, çünki ailəsinin mütamadi hər həftənin bazar günləri kilsəyə getmələri, nümunəvi xaçpərəst kimi keşişlərin moizələrinə qulaq asmaları, bütün ayinləri yerinə yetirmələri hamıya bəllidir. Mən sadəcə olaraq ondan qorxuram ki, Obama sələflərindən də min qat pis olsun. II Yekatirina tərtəmiz alman idi, amma provoslavlığı qəbul edib başına tac qoyan kimi öz təzə vətəninə elə xidmətlər göstərdi ki, Rusiya tarixində ona heç kimi bənzətmək mümkün deyil. Rusiyanı dirçəltdi. Stalini xatırlayın, o, rus xalqını, rus mədəniyyətini hər hansı qatı rus millətçisindən də çox sevirdi, odur ki rusları yəhudilərin məhv etməsinə imkan vermədi. Rusiya məhz onun hakimiyyəti illərində SSRİ adı altında bütün dünyada hegemonluq edə bildi. Fransaya əbədi şöhrət gətirmiş Napoleon tər-təmiz korsikalı idi. Korsikalı isə heç bir vaxt özünü fransız saymayıb. Bu cür misalları çox gətirə bilərəm. Sözüm bunda deyil. Sözüm budur ki, təsəlli xatirinə Obamanın qaradərili olmasına ümidlə baxanlar səhv edirlər. ABŞ-ı Obama yox, onu hakimiyyətə gətirən vəhabi-mason-sionist alyansı idarə edir. İndiyə qədər belə olub, bundan sonra da belə olacaq.
 Bağdad muzeylərinin tarac edilmiş qiymətli sərvətləri bu dəqiqə sionist kolleksionerlərinin, yəhudi bankirlərin evlərindədir. Həyasızlıq o yerə çatıb ki, tar-mar edilmiş Əfqanıstanda toya, dəfnə yığılmış camaatı da raketlərlə vururlar. İraqda əhalinin sıx yığışdığı yerlərə distansion bomba qoyub partladırlar, adını da qoyurlar kamikadze-terrorist özünü partlatdı. Dəfələrlə onlarla, yüzlərlə günahsız adam qətlə yetirilir və hər dəfə də ABŞ hərbçiləri “bu texniki səhvdir” deməklə saymazyana özlərini qırağa çəkirlər. Bəs görəsən toyu yasa dönmüş əfqan gedib İsrailin ortasında beş-on yəhudini o dünyaya vasil etsə onda necə olar? Bəli, bəli, düz fikirləşmisiniz, onu həmin dəqiqə terrorçu elan edəcəklər.
 İraqın neftini soyub aparan, müsəlmanları milli fərq qoymadan qırıb qurtarmağı qarşısında məqsəd qoyan, türk xalqlarının ümidlə baxdığı Türkiyəni masonların əlləri ilə göz açmağa qoymayan ABŞ indi də Obamanın dili ilə İranı təhdid edir. Şərə qarşı birgə mübarizə aparaq!

Комментариев нет:

Отправить комментарий