16.09.2011

Müğənninin qızı görənləri iyrəndirdi

"Rolling Stones\" qrupunun solisti, əfsanəvi müğənni Mik Caqqerin qızı Ceyd özünə əsla fikir vermir. Milli.Az \"Entertaiment\"ə istinadən bildirir ki, 39 yaşlı zərgərlik dizayneri və sabiq modelin əndamı çox bərbad kökdə olduğundan paparassilər \"iyrəndik\" deyiblər.

İspaniyanın Formentera adasındakı çimərlikdə Ceyd Caqqer soyunub və onu görənləri təşvişə salıb. Caqqerin arvadı, Avropa Şurasının konsulu, İnsan Hüquqları Fondunun üzvü və Beynəlxalq Gələcək Fondunun rəhbəri Byanka Caqqer bir vaxtlar çox gözəl model idi. Onun qızı Ceydə baxanlar isə bunu deməyə çətinlik çəkirlər. Bədəni sellülit və piy qatları ilə örtülmüş Ceyd bu formada pozalar verməkdən çəkinmir. \"Botoks iynələri vurdurmaq və ya üzümün dərisini dartdırmaq niyyətində deyiləm. Qadının həyatında elə dövr çatır ki, gəncliyinin artıq geridə qaldığını anlayırsan\", - 39 yaşında 50 yaşlı qadın təki görürən Ceyd Caqqer deyib. 


"Bizim yol"

Комментариев нет:

Отправить комментарий