Cavidanın ədəbi infeksiya riskli NAMƏ romanı haqqında antinamə
1. İlan ilgiyi hanı?
Azərbaycanın ən gəncpeşəkar şairi Müşfiqi satanlara nifrət edir və bu yazını onun yazılmayan şeirlərinə ithaf edirəm.
1. PRİNSESSA , HƏR ŞEY BİR-BİRİNƏ OXŞAYIR—Divar kağızları udduğumuz hava kimidi, yəni əzab çəkir və bu çox xırda bir detaldır, lakin biz bunun mənasını heç vaxt bilməyəcəyik.
2. QIŞQIRMAQ LAZIM DEYİL—İnanılmaz və gözlənilməz səciyyə daxili səsin səssizliyindən xəbər verir.Uzaq olanları sərgiləməklə , yaxın olanlarla sehirli aləmə baş vurursan vəssəlam.
3. MƏKTUBLAR GÖYDƏ RUH KİMİ UÇMAĞA CAN ATIR—Ata bilirmi? Çox şeylər dəyişib. Məhrəm olan sərt-sərt baxandır. Əcəbdi. Pərişan sükut böyürtikan kollarının üstündəki göyərçin rəmzidi. Səs-soraq tikilən evin bənzərinə baxır, ancaq yadplanetli tənqidçilər bir- birinin sözünü kəsmir. Problemi(ədəbi) həll etmək fiqurlar kolleksiyası qədər risklidi.
4. ƏSA HAVADADI—“Havamı qaytar”-demək məktubları yazmağı unutmamaqdı. Bu naxış yadplanetli tənqidçilər üçün çox önəmlidi .
-Yazıçı nə istəyir?
- Məgər bilmirsən?
Azca da şübhəm yoxdur ki, dərinə getsəm kifayət qədər ciddi məsələdi bu və and içirəm ki, NAMƏdə bir mənəm- mənəmlik var və bu çox qabarıq görünür oxuduqca . Bu yaxşıdir yoxsa pis ?
5. MOTOSİKL TAM SÜRƏTLƏ BOŞLUĞA ÇIRPILIB—Fizioloji tələbatdan yuxarıda nəsə var.Təsəvvürdə həmişə hərəkətverici qüvvə(ədəbi) gizlənmiş (həm də gizlədilmiş) dərinliklərdə üzə çıxır. Mümkünsüz görünən elementlərin təzadı təhlükəli bir şeydir. Səhər açılanda ədəbi məntiqə görə o mövcudluq kimsə üçün sakit görünməyəcək. Nəyəsə çevrilmək içəri girər- girməz (ədəbi) “belə-belə işlər” –deyəndə səsinin nə qədər hündürdən gəldiyini hesablaya bilərsən.
6. ABSURD OLAN NƏDİR—Özünü YAZIya həsr etmək dünyaya təkan verməkdi və burada söhbət Azərbaycansayağı yazıçılardan yox, ciddi yazıçılardan gedir. Yadplanetli tənqidin böhranlı anında yazıçı səsi tamam itib-bata billər.Bununsa artıq sübuta ehtiyacı yoxdur ki, əyalət yazıçıları mərkəzdə yaşayan yazıçılardan yaxşı yazır və dünyanın genişliyində hamını təəccübləndirir.
7. GÖRƏSƏN ŞAQREN DƏRİSİ NİYƏ GÖRƏ GÜNDƏN-GÜNƏ KİÇİLMƏKDƏDİR—Məktub elə şeydir ki, oxuyub onu cıra da bilərsən. Toxtaya da bilərsən,ürəyini boşaltmaq istəyə də bilərsən. Bu məktublara rəğbətin də ola bilər, nifrətin gündən- günə arta da bilər.Çaşqın- çaşqın pəncərədən çölə də baxa bilərsən , sırf hansısa nıqteyi- nəzərdən baxa da bilərsən , sükütünla nəyinsə rəmzinə işarə də edə də bilərsən və MƏKTUB YAZMAQ HƏR YAZİÇININ İŞİ DEYİL və dünya edebiyyatinda bunun yaxşı örnəkləri də var.
8. YAZIÇILIQ HAL İŞİDİR— NAMƏdə yazıçının açmaq istədiyi fikirlərin daxili xüsusiyyətləri tam açılıbmı? Məncə yox, amma nəyisə açmaq istəyinin cazibəsi sadədir və bu məhfum yeni bir emosiyadır. Romanın bəzi yerlərini tərəddüd etmədən təzədən yazmaq olar, bəlkə xarici görünüşünə də fərqli baxmaq olar. NAMƏnin simvolikası son nəticədə məsafənin ölçüsünü itirib. İlk gəncliyimdə İsmayıl Qarayevin ÖMÜR romanını oxusam da , illər sonrası ona yanaşmam heç dəyişməyib . Hansısa bir fikrin təkrar-təkrar (azacıq fərqlə) verilməsi ÖMÜRün hansısa ədəbi elementlərini zənginləşdirirdi. Cavidanın NAMƏsində də eyni halla rastlaşdım. Yazıçılıq müəllimlik və s. deyil ki, yığışıb gedəsən kiminsə dərsində oturub onun necə dərs keçdiyini müşahidə edəsən və gəlib dərsində tətbiq edəsən .Yazıçılıq tamam başqa şeydir . Qəribə, yazıyagəlməz bir hal sonra böyük hay-küyə çevrilmirsə , demək sən yazıçı deyilsən.
9. PƏNCƏRƏ DAYAQSIZ YERİNDƏ DURA BİLMƏZ—Dua edən adamlar olsun ki,ulduzlardan çıxıb. Yazıçının yazdığı məkanı yaxşı tanıması başlıca şərtdir. Narahat olmağa dəyər. Necə izah edim? Məkan burdan soyuqdu.. Yazıçı məkandan elə bil uzaqdadı və romandan soyuqluq ətri gəlir. Yazıçı yerində qalır, məkan ona yaxınlaşmır ki, yaxınlaşmır.Bəs çiçəklər ha tərəfdədi. Gəlin duaları ciddi qəbul etməyək. Cizgilər nəyisə təmsil edir və bu yerdə onlar bizə heç lazım da deyil.
10. YAZIÇININ ÖZÜNƏ TƏRƏF GETMƏSİ MƏSƏLƏSİ—Yazıçının özünün yanında olması nəyisə ehtiva edir. Bu yerdə gərəkdi ki, yazıçı tam şəkildə özü olsun ki, onunla mübahisəyə ehtiyac qalmasın . “Bundan yaxşısı ola bilməz” cümləsi açar kimi “ illər sonrası da bu elə belə olacaq” kimi səslənsin. Yazı yazıçının ehtirasıdır. Təsəvvürə gəlməyən şeyləri səs-küy müşayət etsin gərək. Hə… ə . Təəccübsüz-filansız pilləkənləri dəyişdirmək (ədəbi) bomba daşıyan uçaq qədər risklidir və bu yerdə təxəyyül məktubları nəsə etsin gərək və bundan heç vaxt peşiman olmayacaqsınız. Müəmmalı danışmaq məmnunluq gətirər. Başqa səbəb üçün gümanınızda yanılmırsınız ki ? Bir an sonra nə olacaq ? Adam istəyir ki, həmişə səs-küy olsun. Romanın böyük sirri nə ? İddialar romana cavab verirmi ?Gerçək olan nə ?Bir kərə daha bununla ilgili göstərgilə nəsə dəyişər. Qara günlər hardadı ?Get özünü sev . İçimizdə acilar çoxdur yoxsa sevgilər ? Mən bilmirəm yoxsa oynamaq istəmirəm…
11. ROMANDA ÇOXLU SÖZ VAR—Mən artıq bu fikri səsləndirmişəm ki, YAZI sözdən əvvəlkidir və çox təəssüf ki, NAMƏdə xeyli söz var . Mələkdi nədi şəkil var ha bax o səmtdə və daha başqa çox-çox yerlərdə. Gərəkdi o sözlərin altından qırmızı xətt çəkəydim. Eybi yox. Diqqətli oxucu görə bilər.
12. ƏN BÖYÜK RƏQƏM HANSIDIR- Romanda bir yanğı da var- yaşıl yanğı və bu yanğı bu dünyanın, həm də o biri dünyanın ahəngini pozmur, çifayda yazıçı çox böyük daş götürüb və bu çox böyük daş yel vurduqca tərpənir. Namə yazıçının boyundan hündür görünür . Yaxına dursan qapı cırıltısı da eşidə bilərsən , romanın bəzi yerləri halsız yazılıb , sıradan biri kimi , halbuku Cavidan sıradan biri olan yazıçı deyil və o bu gün gənc yazıçılar arasında hamını diksindirə biləcək bir yazıçıdı(gələcəkdə). Ha tərifləmək istəsəm də nəsə çatmır NAMƏdə , nəsə çatmır . Hə, hə bildim. Bar ı çatmır NAMƏNİN. Romanın bəzi yerlərinin adiliyinə heyifsilənirsən və bu yerdə daha çox heyrətlənə bilmirsən NAMƏyə və bu süsləmə NAMƏni geri çəkir. Hər hansı bir romanda gərəkdi ki.,ilan iliyini (ədəbi) çıxarıb ortalığa qoyasan. NAMƏdə bu yoxdur düzü .Hansısa lövhəyə səthi toxunmaq olmaz.. Səndəl ağacından gərəkdi ki, yelpiklər süslənsin , sehr söylənsin . Əl yetməyən məsafələri yazmaq şübhəsiz çətindi və bu yerdə yaş da öz sözünü deyir . Bütün gənc yazıçıların əsərlərində bir mizan pozuqluğu var . Bu fəna yer təəssüf ki, hamıya aiddir. Gənc yazıçıların əsərlərində su dərman tamı verir ve bu əlbəttə 50 + 1 Cavidana aid deyil, amma onun da qələmində bir az çeviklik çatışmır. “ Axx …belə yazılsaydı yaxşı olardı “ – oxucu belə fikirləşir. Əsərin tamı yadına düşəndə gərək darıxıb dəli dərdinə düşəsən. Əsər gərək heç vaxt- E. ə. də , E . s. da səllim qalmasın , əriyib itməsin. Əsər gərək dəmli olsun , taxma təbəssümlə bütləşdirilib pyedestala mindirilməsin , yoxsa hamı onun böyründən baxmadan (oxumadan) şütüyəcək. Əsər gərək oyuqlardan keçib su kimi təkrarlansın və əsər yerin- göyün göbəyi deyilsə o əsər deyil. Əsər gərək ən böyük rəqəm olsun (yeri gəlməmişkən ən böyük rəqəm hansıdir – sizdən soruşuram).
13. MƏSAFƏ HAQDA SUAL-TAPMACA—Görəsən Azərbaycan romanıyla dünya romanının arasında nə qədər məsafə var ? Ciddi romançını HAl özündən çıxarmırsa , belə yazım burda – başını xarab etmirsə demək o yazıçı deyil.Təəssüf ki,Azərbaycan romançılarının çoxu bu dünyanın adamlarıdır . Bəs Cavidan haradadır ? Cavidan yolun tən ortasındadır .
Azərbaycan ədəbiyyatında ilkin olaraq yazıçını olduğundan böyük göstərmək meylləri var . Cavidan da istisna deyil . İlk şeirlərindən buna cəhtlər oldu və indi hansısa ədəbi problemlərdən danışmaq istəyəndə adamın ağlından özünümüdaifə cümlələri yazmaq keçir. Bu da yəqin altşüurdan gəlir və yuxarıda yəqin belə cümlələri artıq yazmışam. Şübhəsiz Cavidan istedadlı yazıçıdır. Bu da həmin cümlələrdən biri . Heç bir yazıçını bütləşdirmək lazım deyil . Cavidan gənc nasirdir. Doğrudan istedadlıdır.
Gənc yazıçıların hamısında yazdıqlarının mürəkkəbi qurumamış çap etdirmək kimi xatalı tendensiya var . Hətta kimsə əsərin yarısını yazanda belə artıq filan əsəri yazdığını bəyan etməyə tələsir. Ən azı bir il gözləmək lazımdır ki, həmin yazının mürəkkəbi qurusun . Belədə bir roman sonda bir hekayə həcmində qala da bilər. Belə daha doğrudur məncə. Onda əsər adilikdən çıxacaq və ədəbi prosesdə görümlü olacaq.
Ağır yuxuda sakitcə ağlamaq da olar və bilməzsən ki, vaxt necə keçər . Cümlə-aləm fürsət varkən var olar . Aç qapını, ört qapını . Sən demə eşq bildiyin nifrətmiş. Nifrəti oyatmaq lap çətin. Bəlkə günəş bir də doğmadı. . HAL ın düzələndə yazma . Yazanda yazını düşünmək heç də yaxşı iş deyil. Su görüntüsündə olan buxar gedirsən , gedirsən görürsən su deyil. Allah sağ olsun ki, Yazarlarla fəziləti ilə rəftar edir , ədaləti ilə rəftar etsə Yazıçılar buna dözə bilməz .
Əkrəm Əylisli səhv edir . Ədəbiyyat heç kimin vətəni deyil. Ədəbiyyatla zarafat etmək olmaz . Yazmaq qədər yazmamaq da xoşdur . Protest cizgi filmləri qədər maraqlı deyil. Bəlkə yazmaq yanlış bir işdir ? Ədəbi təbliğat maşını düzmü işləyir ?
Nəfəsimi çəkmədən NAMƏni oxuyuram . Gözümün qabağında fiqurlar canlanır . Mənə elə gəlir ki, fiqurlar ora – bura vurnuxur. Bəs yarğandan uçan nədir ? Mənim sualıma ən yaxşı cavab yoxdur . Cavab olmadığından üşüdüm .Beynim bom- boşdu . Beləcə oxuyur, oxuyur , oxuyuram .Vəsvəsədən yaxa qurtarmaq istəyilə irəli gedirəm . Elə bil eşitmə qabiliyyətim azalib .Vərəqlər nəfəs alır. Birdən mənə elə gəlir ki , məktublar qaçır və mən sonuncu nöqtəni oxuyub NAMƏdən çıxıb gedirəm . Kənara çıxmaq və yazmadıqlarım …
Ardı var yazarklub.org
Комментариев нет:
Отправить комментарий