Hər dəfə anamgilə gedəndə eyni bir mənzərənin yanından keçməli oluram...Balaca bir qəssab dükanının yanında yerə basdırılmış dəmir boruya bağlanan buzov başını aşağı salıb ölümünü gözləyir.
Bu gün axşammı, sabah səhərmi, onu yıxıb başını bədənindən ayıracaq və dərisini soyaraq ətini, sümüklərini, hətta içalatını da satıb süfrələrə göndərəcəklər.
O dükanın yanındakı buzovlar təbii ki, hər dəfə dəyişir. Amma mənzərə və onun məndə oyatdığı hisslər olduğu kimi qalır…
Son vaxtların ən çox işlənən mövzuları uşaq oğurluğu, qadın alveri, azyaşlılara qarşı zorlama halları olduğundan mən də bu mövzulardan kənar keçmək istəmirəm.
Amma yenə də bir qədər başqa tərəfdən baxacağam hadisələrə.
Məmləkətdə uşaq oğurluğu halları gündən-günə artmaqdadır. Sanki hamımız videokirayədən götürdüyümüz iyirmi qəpiklik manısvari Amerika dəhşət filmlərinin içərisində yaşamağa başlamışıq. Orta məktəblərin hər zirzəmisinə bir gözətçi, hər qapısına bir polis nəzarət edir az qala.
Bəs evlərimiz?
Bəs ailələrimiz?
Bunlara nəzarət edən varmı?
Əyalət evlərinin 90 faizi bu cür oğurlanan uşaqlardan ibarətdir. Yetkinlik yaşına çatmayan qız uşaqlarını elə öz qohumları, öz doğmaları hökumətdən də, onun qəbul etdiyi qanunlardan da ustalıqla oğurlayıb ərə getməyə vadar edirlər.
Bunların adı-soyadı orta məktəb jurnallarında yoxdurmu?
Bəs müəllimlər hara baxır?
Heç hara. Çünki hətta onların da arasında qız övladlarını tez-bazar ərə verib başından edənlər az deyil. Həm də ki, belə hallarda valideynlərin bu işə qarışacaq hər kəsə aqressiya nümayiş etdirməsi az-çox səsini qaldıranları da yerindəcə susdurur.
Biz bir xalq olaraq hələ də qızlarımızı diri-diri qəbrə qoyuruq. Bu isə nə Allahın, nə peyğəmbərin heç bir qanununa uyğun gəlmir. Belə azyaşlı qızlara kəbin kəsən mollalar, onları ər evinə gömən valideynlər, bu işi görüb də susan müəllimlər ən böyük bir günahın altına girdiklərinin fərqində deyillərmi?
On üç-on dörd yaşında məktəb partalarından qoparılıb ərə verilən, sinif yoldaşları məktəbi bitirənədək artıq ən azı iki uşaq doğub, üç abortdan keçən balalarımızın taleyi heç kəsi sözün həqiqi mənasında narahat eləmir sanki.
Hər il bir neçə dəfə məhz uşaqların və qadınların hüquqlarını müdafiə edən qurumların məhz əyalətlərdə keçirdiyi yığıncaqlar, iclaslar hansısa bircə belə çarəsiz balamızı cəhalətin caynağından xilas edə bilibmi?
Yox?
Bəs onda nəyə və kimə gərəkdir bu qədər qalstuklu əmilərin və bu qədər kostyumlu xalaların yığışıb kameralara və mikrofonlara etdikləri çıxışlar?
Bəlkə artıq əyalətlərin ən böyük akt salonlarında, icra başçılarının böyrünə qısılıb danışmaq yetər, cənablar və xanımlar?
Bəlkə əyalətlərin ən kiçik evlərinə getmək, atalar və analarla söhbət etmək zamanı gəlib?
Bunu etməyə hazır olanlar varmı?
Balalarının əyninə daş-qaşla bəzədilmiş bəyaz kəfənlər geyindirərək bəh-bəhlə bir ömürlük zülmə sürükləyənlərə bu cəhalətin nə qədər dəhşətli fəsadları ola biləcəyini anlada biləcək kimsələr varmı?

Комментариев нет:
Отправить комментарий