Ülvi Məmmədli
Professional Oxucu Liqası
Xarvey bizim vaxtımızda yaşasaydı, prokurorluq işçiləri tərəfindən “mükafat”landırla bilərdi
Prokurorluq işçilərinin bayramı idi. Hamısını təbrik edirik. Kaş maaşınız yüksək, işiniz az olsun. Yəni az işlərə baxasınız. Elə bu xəbərin verildiyi saytda iki xəbər sonra yazırlar ki, bu gün təbəssüm günüdür. Əvvəl elə bildim zarafat edirlər, prokurorluq işçilərinin bayramı nədi, təbəssüm günü nə? Yəni deyirsiniz prokurorluq işçilərinə gülək, onların baxdıqları işlərə, yoxsa öz günümüzə? Dedim yəqin bu zarafatı eləyənlər qurd ürəyi yeyiblər. Nədi, restoranda bir milyona ayını kəsdirmək olur, qurd ürəyi zakaz eləmək olmaz?

Olsun, başınıza dönüm, olsun. Amma bu Xarvey bizim vaxtımızda yaşasaydı, prorkurorluq işçilərinin bayramına şərik çıxdığı üçün Xələcə putyovka ilə mükafatlandırla bilərdi... Amma o ki, ötən əsrdə Amerikada yaşayıb, onda kimsə oranın dilində ona "gözün üstə qaşın var" deyə bilərdi ki.
Oxuduğum bir xəbər az qala qanımı qaraldacaqdı. Roskosmosun rümayəndəsi deyib ki, bu il orbitdə kosmik zibilin miqdarı yaman artıb. Yaxşı ki, bizim boynumuza şər atmırlar, deyirlər bu bədbəxt orbiti əsasən raket buraxan ölkələr zibilləyir. Rusiyadı, ABŞ-dı. Son vaxtlar Çin də lap zibilini çıxarıb. Mütəxəssislər hesablayır ki, göydəki zibilin 40 faizi Çinin, 28 faizi ABŞ-ın, 26-sı Rusiyanın qalan 7 faizi kosmosla işləyən başqa ölkələrin payına düşür. Mənim bədən tərbiyə müəllimim bir az zəif olub, ona görə riyaziyyatı yaxşı bilmirəm, amma barmaq hesabı baxanda bu rəqəmlərin cəmi 101 eləyir. Deməli, plandan artıq da zibilləyirmişik. Belə getsə zibilin içində yaşayacağıq. Əgər dünyanın zibilyığanları da bizimki kimidirsə...
Комментариев нет:
Отправить комментарий