Aylar keçdi , il dolandı qələmin nağlı yarandı. İnsanlar əvvəlcə daşla , zaman keçdikcə papirusla , daha sonra lələklərlə yazı yazırdılar. Diyircəkli qələm kəşf olunduqdan sonra isə bütün yazılar qələmlə yazılmağa başladı. Ən gözəl nağıllar, hekayələr, əsərlər qələmlə yazılırdı.
Qələm çox öyünür elə hey dayanmadan yazırdı.diyircəyin ora-bura fırlanmaqdan başı fırlanır, nəfəsi kəsilirdi.
Diyircək Qələmə dedi: bir az nəfəsim kəsildi, yoruldum axı!
Qələm: eh, sən nə edirsən ki, belə yorulursan?! Yox, sənə görə mən dayana bilmərəm! Mən yazmasam məni başqa qələmlə əvəz edib, bir kənara atarlar. Yox buna yol verə bilmərəm!
Diyircək daha dözə bilmirdi qəfil qələmin ucundan fırr eləyib yerə düşdü. Diyirlənə - diyirlənə qaçıb getdi uzaqlara.qələm qaldı diyircəksiz. Qorxusundan əsim-əsim əsirdi.
Sahibi gördü ki, nə qədər çalışsa da qələm yazmır. Birdə baxıb gördü ki, qələmin diyircəyi qaçıb.
Dedi: təzəsini alım gərək.
Sahibi qələmi mətbəxin küncündəki zibil qutusuna atdı. Qələm qışqırıb Diyircəyi çağırır, qayıtmasını diləyirdi. Diyircəkdə diyirlənə - diyirlənə kim bilir haralar getdi. Qələmin səsini eşitmədi. Qələmin qəzəbdən ürəyi partladı.
Sahib evi süpürəndə Diyircəyi süpürüb həyətdəki ağacın dibinə atdı.
Diyircək “nəhəng dünya”nı səyahət etməyi qərara aldı. Diyirlənə - diyirlənə torpağın üstündə gəzməyə başladı. Elə bir azca yol getmişdi ki, qurumuş yarpaqların arasında yatan qələmlərə rast gəldi. O başa düşdü ki, onların da diyircəyi qacıb. Qərara aldı ki, diyircək dostlarını axtarıb tapsın. Bu fikirlə də yoluna davam etdi. Bu dəfədə qarşısına yonulmuş xırda qarandaşlar çıxdı. Qarandaşlar toz torpağa elə qarışmışdı ki, rəngləridə seçilmirdi.
Diyircək dedi: siz niyə burdasınız? Bəs, boyunuz niyə belə balacadı?
Qarandaşlar: (xorla) Sahibimiz hər gün rəngli – rəngli şəkilər çəkərdi. Bizi o qədər yontdu ki, əlində tuta bilmədi əsəbləşib pəncərədən yerə tökdü.
Diyircək düşündü ki, yaxşı ki, qarandaş deyil. Qarandaşlarla sağollaşıb yoluna davam etdi. Xeyli diyirlənmişdi ki, rastına rəngi qurumuş plamastirlər çıxdı. Balaca qız onları sındırıb hərəsini bir tərəfə atdı. Diyircək qorxub qaçdı.
Qaçdı, qaçdı rastına akvarel çıxdı. Diyircək ondan soruşdu: niyə burdasan? Fırçaların hardadı?
Akvarel: mən hər gün sahibimlə qəşəng şəkillər çəkirdim. Bir dəfə fırçanın axmaqlığı ucundan onun köynəyinə ləkə saldım. Anasıda rəhm etməyib məni fırladıb çölə atdı. O gündən bəri burda yalqız qalmışam.
Diyircək akvarellə də sağollaşıb diyirlənə - diyirlənə gəlib düşdü güllü bağcaya. Bağcada şirin bir qız oturmuşdu. Onun əlində qələm və dəftər var idi. nə isə yazır , üzü gülürdü. Birdən onunda qələminin diyircəyi diyirlənib qaçdı. Şirin qız ağlamağa başladı. Qələmi yerə atdı.
Dedi: nənəmə məktub yazırdım yarımçıq qaldı!
Şirin qızın göz yaşlarına dözməyən Diyircək yerə düşmüş qələmin ucuna oturdu.
Şirin qız göz yaşlarını əlləri ilə qurulayıb qələmi yenidən yoxladı. Qələm yenidən yazdı. Şirin qızın əvvəl ki, təbəssümü geri qayıtdı.
Həm Qələm , həm Diyircək , həm də Şirin qız sevinirdi.
Bu nağılı oxumuram ki, mışıl – mışıl yatasan oxuyuram ki, fikirləşib ağıllı yol tapasan.
Комментариев нет:
Отправить комментарий