16.11.2011

Sokaklarda sehir


Elxan Zal
iki şam yanırdı, iki şam,
mən səni düşündüm bu axşam,
bir eşqin sehrində qalmışam,
sevdasız  günlərdə yoxdu tam,
yaratam, mən seni, yaratam*.
uyqular qapqara, yox bəyaz,
ağrılı bəstələr qoşur yaz,
sevgilər ayrılar, qurtarmaz,
özümü mən nasıl unudam,
yaratam, ben seni yaratam.
mən sənəm, sən mənsən bəlkə də,
gəlmişik bir eşqli ölkədən,
bir canıq, bir tamıq, bir bədən,
bizi bir yaratdı yaradan,
yaratam, ben seni yaratam.
*yaratam – sevirəm (tatarca)

*****
Baxçamızda bülbül səsi,
Içimdə bahar həvəsi,
Hər aşiqin öz ölkəsi,
“Mənə sən gərəksən, sən”.

Sokaklarda sehir, bügü,
Agır olur hicran yükü,
Eşq ağacı yaprak tökür,
“Mənə sən gərəksən, sən”.

Şeir təbi gələr eldən,
Şarkı enər dadlı dilden,
Mən Taustan, sən İdeldən,
“Mənə sən gərəksən, sən”.

Hicran bitər, gedər gəmin,
Yəmin olsun, min yol yəmin,
Eşq bir olur, aşiqlər min,
“Mənə sən gərəksən, sən”.
*****
Xəzərin sahilində Egeni düşünürəm,
Üzümə sığal çəkir saçların kimi ruzgar.
Yalnızlıq məbədində zəng çalır ayrılıqlar,
Ayrılığın sonunda xurma tamlı öpüş var.

Ulduzlu bir gecədə, fontanlı bir şəhərdə,
Sevgidən şarkı yapdım sevgi olmayan yerdə,
Mən Bakı bulvarında, bəs sən nerdəsən, nerdə?
Sorağını almasam inan ürəyim yatar.

Sənli düşüncələrim saçımda neçə dəndi,
Aşiqlər ölkəsində iki can bir bədəndi,
Yaman sənsizləmişəm, zəngin gəlmir nədəndi?
Ulduzlu gecələrdə insafsız olmaz tatar.
*****
Allahdan buyruk,
Dünya bir  quyruk,
Yoxdu uyduruk,
Aşiqləriz  biz.

Qorxmaz sevən ər,
Içdədir hünər,
Eşq haqdan gələr,
Aşiqləriz  biz.

Sevgimiz dərin,
Yəmin, min yəmin,
Könüllər dəmi,
Aşiqləriz  biz.

Süz bu şərabı,
Yoxdu can tabı,
Göylərə qapı,
Aşiqləriz  biz.

Piyalələr boş,
Könlümüz sərxoş,
Güz, yay,bahar, qış,
Aşiqləriz  biz.

Nə sağ var, nə sol,
Haqqa gedir yol,
Ey ruh möhkəm ol,
Aşiqləriz  biz.
*****
Tənim yol  arıyır öz şəmasına,
Halımın azacık xarab günüdü.
Eşqin ormanında yarı düşündüm,
Alca dodakların şərab günüdü.

Könlün gözlərində açıldı pərdə,
Ruhum qanad açdı, durmadı yerdə,
Eşqin çiçəkləri açarmı bir də,
Əski günahların hesab günüdü.

Burası Xırdalan,  orası Muğla,
Tale ağacına çalama bağla,
Axşam duasını sabaha  saxla,
Sevda mehrabının xitab  günüdu.
***
Bahar qoxusunda güllər güləndə,
Eşqin bardağından nur töküləndə,
Uyumuş duyğular oyansa səndə,
Gözlərin dünyaya baxar,  ya baxmaz?

Tale  ajanının oyuny mindi,
Xatirə sehrində könül isindi,
Sevda müjdəçisi desə bəsindi,
Kədər ürəyini sıxar,  ya sıxmaz?

İndi bu şəhərdə bir ayrı park var,
Yarpaq dumanında yürüyən arx var,
Bilsən ki içində məğlub monarx var,
Başından tüstülər çıxar ya çıxmaz?
*****
Sevda arıları  qoşa  gəldilər,
Ürəyin gülünü çiçək bildilər,
Həsrəti  yaxdılar, qəmi böldülər,
Mövlam, mən neynəyim, belədi sevda,

Duman pərdəsindən baxanda üzün,
Zeytun bağlarından dağıldı hüzün,
Sonunda hücrə var  nurlu gündüzün,
Mövlam, mən neynəyim, belədi sevda.

Səma mehrabına bağlanıb murad,
Yağmur səpişində can olur rahat,
Eşqin hücrəsində nə mən var, nə ad,
Mövlam, mən neyləyim, belədi sevda.

Quşlar qanad vurur, könül atlanır,
Mənzil yaxınlaşır, yollar qatlanır,
Iki qəlb içində iki şam yanır,
Mövlam, mən neyləyim, belədi sevda.

Bu gözəl kəlmələr sanki quşdular,
Ələ ələ  verdilər,  göyə uçdular,
Dünyada sevdasız  doğuluşmu var?
Mövlam, mən neyləyim, belədi sevda.

Комментариев нет:

Отправить комментарий